Название: Yeddi gözəl
Автор: Низами Гянджеви
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
isbn:
isbn:
BƏHRAMIN YƏMƏNDƏN HƏRƏKƏT ETMƏSİ
Xülasə, Bəhram bütün bu fikirlərini Münzirə bildirdi və əmr etdi ki, səfərə çıxmaq üçün hazırlıq görsünlər. Münzir piyada və atlı ordusu ilə İran tərəfinə hərəkət etdilər. Elə ki İran sərhədinə yetişdilər, bu xəbər İran əhlinə və Xosrov şahın qulağına çatdı, Xosrov şah öz-özünə dedi: “Böyük bir fitnə baş verəcək”.
O, çox qorxuya düşdü. Dövlət adamlarını topladı və üzünü onlara tutub dedi:
– Madam ki, bu əjdahaxasiyyət Bəhram bu taxt-tacın varisidir, məni niyə bu təhlükəyə saldınız?
– Çünki bizim Bəhrama meylimiz yoxdur. Çalışarıq ki, onu dəf edək. Bəhram uşaqdır, elə ki bizim naməmiz ona çatacaq, o qorxub öz yerinə qayıdacaq.
XOSROVUN BƏHRAMA NAMƏ YAZMASI
Xülasə, hamısı Bəhrama namə yazmağı məsləhət gördü. Məktubu bu məzmunda yazdılar: “Əvvəl Allah-taalya şükür-səna olsun. Ey bəxti uca və ey taleyi cavan şahzadə! Əvvəla, sizə dua və salam olsun. İkinci budur ki, sənin atan vəfat edəndən sonra rəhmli Allah məni padşahlığa layiq bilib və bu səltənət taxtını mənə əta eyləyib. İndi mən İran məmləkətinin sahibi olmuşam. Lakin əsl həqiqətdə İran məmləkətinin taxt-tacına o qədər də meylim yoxdur. Məni padşahlığa layiq biliblər və özlərinə padşah ediblər. Məsəl var, deyirlər: “İnsanın düşməni öz nəfsidir, öz arzusudur”. Sizin üçün dövlət idarə etməkdənsə, eyş-işrət yaxşıdır. Sizə şikara getmək min dəfə bu zəhərli nemətdən yaxşıdır. Öz meyliniz ilə nə vaxt istəsəniz, şikara gedin; niyə özünüzü möhnət və zəhmətə salırsınız? Əgər həqiqəti bilmək istəsəniz, dünyanın padşahlığı sizin eyş-işrətinizdir, heç bir kəsin fikrini çəkməzsiniz. Lakin mən bədbəxt, sizin əksinizə gündüzlər və gecələr qəm, qüssə içində fikir edirəm, eyş-işrətdən məhrum olmuşam. Belə surətdə, ey şahzadə, kaş mən sizin yerinizə olaydım. Həmişə xoşhal gəzib-dolanardım.Yox, mən demirəm ki, siz padşahlığa və tac-taxta layiq deyilsiniz! Hər nə olubsa, sizin atanızdan olub. Çünki bütün rəislər, ordu, vəzirlər və rəiyyət atanızdan razı deyildilər. O zülm və cəfanı ki sizin atanız Yəzdigürd rəiyyətinə eləmişdi, xalq sizin padşahlığınıza razı deyil. Hamısı sizdən incikdirlər. Bunların hamısını özünüz fikirləşin”.
VƏZİRLƏRİN BƏHRAMIN YANINA GƏLMƏSİ
Xülasə, məktubu bu təfsil ilə yazıb iki nəfər zirək, ağıllı və işbilən vəzir, neçə nəfər kamil və fazil adam seçib Bəhramın ordusuna tərəf yola düşdülər. Bəhram da əmr etdi ki, onları yanına gətirsinlər. Gələnlər Padşaha layiq ədəb-ərkanla təzim edəndən sonra Bəhramın hüzurunda əllərini sinələrinə qoyub dayandılar. Bəhram kəmali-şövkət ilə bəzəkli bir taxtın üstündə əyləşmişdi. O, özünün sağ tərəfində yer göstərib hamısına əyləşmək izni verdi və onlara çox nəvaziş və mərhəmətlər göstərdi. Sonra birinci vəzir yerindən qalxdı. Bəhramın dua və sənasını yerinə yetirib, kamali-ehtiram ilə naməni ona verdi. Bəhram naməni açıb xətibə verdi. Əmr elədi ki, naməni ucadan oxusun. Namənin məzmunundan xəbərdar olan Bəhramın üzü od kimi qızardı. Bir azdan yavaş-yavaş nəzakət ilə əvvəlki vəziyyətinə qayıtdı, kamali-təmkin və vüqar ilə başını yuxarı qaldırıb buyurdu:
– Bəli, namənin məzmunundan xəbərdar oldum və yazılanların hamısını anladım. Eyş-işrət mənim üçün əlverişli olsa da, çoxlu cavahirata malik olsam da, yeddi iqlimi almağa gücüm çatsa da, fikrim budur ki, ata-babamdan mənə qalan mirası alam. Deyə bilərsiniz ki, sənin atan Allahlıq iddiası edirdi. Mən isə öz Allahımı tanıyıram. Deyirlər sənin atan zalım idi, mən adiləm. Deyirlər, sənin atan qəzəbli idi, mən həliməm. Siz məni atamla müqayisə edirsiniz, lakin məsələ sizin düşündüyünüz kimi deyil. Mən indiyə kimi yuxuda idim, lakin indi qəflət yuxusundan ayılmışam. Bu, mənim öz haqqımdır. O şəxslər ki, doğruluq, ədalət tərəfdarıdır və düşüncələri yaxşıdı, məndən iltifat və məhəbbət görəcəklər. O kəslər ki, xalqın xeyirxahıdır və xeyirli məsləhətləri var, onlara qarşı qəflət eləmərəm və günahsız bir kəsi incitmərəm. O şey ki, hər kəsin şənini və ləyaqətini ucaldır, yerinə yetirəcəyəm və biliciləri öz qapımdan qovmaram, onların məsləhətlərini qəbul və icra edərəm. Dövlət və məmləkət işlərini başqalarına tapşırmaram və öz nəfsim ilə xalqın işlərinə köməklik göstərərəm.
Bu mətləbi Bəhram həmən məclisdə bəyan eylədi. Elçilər öz qəlblərində Bəhrama afərin dedilər və Bəhramın haqqında düşündüklərinin əksini gördükdə ədalətindən xəbərdar olub elədiklərindən peşman oldular. Vəzir o saat qalxıb Bəhramın taxtının ayağından öpdü, dua və səna edəndən sonra öz peşmanlığını bildirdi. Hamısı ərz elədi ki, mətləbi bizə yalan deyiblər. Siz tacı-taxta və mülki-dövlətə layiqsiniz. Çünki səltənət sizə ata-babadan qalıb. Biz Xosrov adlı bir nəfəri padşahlığa qəbul edib onunla möhkəm əhd-peyman bağlamışıq, canımızı və malımızı onun yolunda vermişik. İndi bir möhkəm dəlil lazımdır ki, bağladığımız bu əhd və peymanı pozaq və ona cavab verək.
Elə ki Bəhram bu kəlamı vəzirlərdən eşitdi, qəlbdən şad oldu. Buyurdu:
– Sizin haqqınız var. Çünki əhd bağlamaq böyük bir işdir. Amma mən bir təklif verim, sözünüz yalan olmasın, padşahınız Xosrov da sizə irad tutmasın. O təklif budur ki, mənim atamın tacını, taxtını bir böyük və geniş meydanda qoysunlar, iki böyük və ac şiri gətirsinlər meydanın ortasına və o tacı o iki şirin arasında qoysunlar. Deyin ki, hər kəs bu tacı-taxta layiqdir, getsin o tacı o iki şirin arasından götürsün. Kim o tacı o iki şirin arasından götürsə, tacı-taxta sahib olmaq onun haqqıdır. Heç kəsin də deməyə bir sözü olmasın, mən buna razıyam.
Vəzirlər və məclis əhli bunu bəyəndilər, Bəhramın hüzurundan çıxıb dua-səna eləyə-eləyə qayıtdılar Xosrovun xidmətinə. Bəhramla qəbul etdikləri qərarı Xosrova bildirdilər. Xosrov bu mətləbi eşitdikdə rəngi qaçdı, tacı iki şirin arasından götürməyin nə olduğunu anlayıb dedi:
– Mən heç cürə özümü şirlərə yem eləmərəm. Siz nə üçün şücaət və mərdliklə əvəzsiz və taxtın halal varisi olan Bəhram kimi şəxslə məni təhlükəyə salmısınız və səltənəti mənə tapşırmısınız?
Vəzirlər və vəkillər ərz elədilər ki, bəli, doğrudur, ancaq Bəhramla bağlanmış şərt çox çətindir. İnanmıram ki, o, bunun öhdəsindən gələ və tacı iki şirin arasından götürə. Əgər Bəhram bu işin öhdəsindən gəlməsə, şəkk-şübhə yoxdur ki, siz padşahlıqda qalacaqsınız. Əgər onun öhdəsindən gəlib şirlərin arasından tacı götürsə, o vaxt sizin və bizim danışmağa haqqımız yoxdur. Gərək padşahlığı СКАЧАТЬ