Yeddi gözəl. Низами Гянджеви
Чтение книги онлайн.

Читать онлайн книгу Yeddi gözəl - Низами Гянджеви страница 3

Название: Yeddi gözəl

Автор: Низами Гянджеви

Издательство: Hədəf nəşrləri

Жанр:

Серия: Uşaq ədəbiyyatı

isbn:

isbn:

СКАЧАТЬ həqiqidir və əbədidir.

      Neman şah vəzirin bu sözündən mütəəssir oldu, rəngi üzündən uçdu. Sifəti getdikcə saraldı. Çox qorxu və vəhşət içində yerindən qalxdı, ağlar gözlə qəsrdən aşağı düşdü, ah və fəğanla səhra tərəfə üz tutub getdi. Vəzir öz dediyindən peşman oldu, lakin gec idi. Vəzir və vəkillər Neman şahın dalınca səhraya üz tutdular. Nə qədər gəzdilərsə, Neman şahdan bir soraq verən olmadı. Münzir ah-zarla ağlamağa başladı. Nəhayət, atasının tapılacağına ümidini itirdi, padşahlıq taxtına çıxıb, hökmranlığa başladı. Münzirin də Neman adlı bir oğlu var idi, o, Bəhramla yaşıd idi. Bir-biri ilə oturub-durar, oynayar, bir yerdə məktəbə gedər, bir yerdə oxuyar və tərbiyə alardılar.

      Elə ki Münzir atasının yerində əyləşdi, xalqla son dərəcə ədalətlə rəftar etməyə başladı. Bəhrama atasından da artıq qayğı göstərirdi. Bir saat Bəhramı görməsəydi, aram ola bilməzdi. Bəhram yeddi yaşına çatanda Münzir onun dərs və təlimindən, məşqindən ötəri xüsusi müəllimlər ayırdı, elm və mərifət hasil eləməkdən, hünər göstərməkdən ötrü çox səy göstərdi. Müəllimlərlə mükalimə və mübahisə edərdi və sual-cavabda məharət göstərirdi. Bu minval ilə üç ilin ərzində bütün elmlərlə yanaşı ərəb, fars və hindu dilinə də bələd olmuşdu. Tezliklə riyaziyyat, həndəsə və digər elmlərə yiyələndi. Münzirin Bəhrama məhəbbəti günbəgün artırdı. Bəhramın başına pərvanə kimi dolanırdı. Bəhram zəmanəsinin bilicisi olmuşdu. Kimsə bir dəfə Bəhramın hüsncamalını görürdüsə, məhəbbəti ona qarşı artırdı. Elə ki Bəhram on iki yaşına çatdı, bütün elmlərə və fənlərə yiyələndi, ox atmaq və qılınc oynatmaq məşqinə başladı. Bütün elmlərdə və hünərdə misilsiz olan Münzir şah da hər gün geniş bir meydanda Bəhramın tərbiyəsi ilə məşğul olurdu, ona ox atmaq və qılınc oynatmaq öyrədirdi. Beləliklə, Bəhram üç il müddətində bütün döyüş fənlərinə bələd oldu.

      BƏHRAMIN GURU OVLAMASI

      Ata minib meydanda çövlan edə-edə bir neçə oxu eyni nöqtəyə atardı. Sonra meydanda Münziri səsləyib atdığı oxları ona nişan verərdi. Balaca Bəhramın atdığı səkkiz oxun hamısı bir-birinə elə yapışırdı ki, sanki onlar ceyranın və ya dovşanın dırnağı idilər. Bəhramda bu cür məharət, hünər və mərifətlər müşahidə olunurdu. O, hər gün ova gedər və dağ eşşəyi şikar edərdi. Bəhramın gur ovlamağa çox meyli olduğu üçün tamam aləmdə Bəhram-Gur kimi məşhurlaşdı. Təəccüb burasındadır ki, o, şikarda dağ eşşəyini kəmənd ilə diri tutardı. Sinni dörd yaşından az olanı azad, yaşı dörddən keçəni şikar edərdi. Bəhram azad etdiyi şikarların sağ buduna öz möhürünü vurardı. O, belə elan etmişdi ki, hər kəs mənim şikarımı ovlasa, onun özü mənim əlimdə şikar olacaqdır. Buna görə də dağ eşşəyinin budunda möhürün yerindən öpüb onu azad edərdi.

      Günlərin birində Münzir dövlət əyanları ilə şikara çıxmışdı, səhrada gəzib ov ovlayırdılar. Qəfildən biyabanın bir tərəfindən toz qalxdı. Bəhram bunun səbəbini bilmək məqsədi ilə atını çapıb o tərəfə getdi. Münzir və sair atlılar da onun dalınca yola düşdülər. Amma Bəhrama yetişə bilmədilər.

      BƏHRAMIN ŞİRİ OVLAMASI

      Bəhram özünü tozanaq yerə yetirib gördü ki, bir aslan bir dağ eşşəyinin kürəyinə minib belini sındırmaq istəyir. Bəhram bunu görən kimi şiri şikarı ilə birlikdə nişan aldı. Bəhramın atdığı ox şirin arxasından dəyib qarnından çıxdı, torpağa sancıldı. O əsnada Münzir şah öz atlıları ilə birlikdə çatıb Bəhramdakı bu məharətə təəccüb elədilər.

      Ovdan qayıdan hər kəs öz mənzilinə getdi. Bəhramın bugünkü şöhrəti şəhərə yayıldı. Münzir əmr verdi Xəvərnəq qəsrində həmən şir ilə şikarının və şahzadə Bəhramın atın üstündə şikar elədiyi vəziyyətdə şəklini divara kəsb etdilər.

      Bir gün yenə həmən qaydada ova çıxmışdılar. Səhranın hər tərəfinə at salıb ov etməyə məşğul idilər. Bəhram özü səhranın bir tərəfinə təkcə keçmişdi. Münzir və onun atlıları başqa tərəfdə şikarda idilər. Təsadüfən o səhrada bir dağ eşşəyi göründü. Onun qarnının altı qar kimi ağ, beli ləl kimi qırmızı, digər hissələri başdan-ayağa naxışlı və bəzəkli idi. Bəhram onu diri tutmaq fikri ilə kəməndi əlinə alıb dalınca at saldı. Heyvan öz ovçusunu görəndə əl-ayağını yığışdırıb üz qoydu qaçmağa. Gurun gözəlliyindən vəcdəyə gəlmiş Bəhram öz-özünə dedi: “Bu şikarı ovlamayınca qayıtmaram”.

      Bu arzu ilə ovun dalınca dörd ağaca qədər at çapdı. Bəhram günün qüruba endiyini və ovun da ələ gəlmədiyini görəndə çox məlul və məhzun oldu. O, gurun bu cür rəftarından təəccüb etdi. Düşündü ki, əcəba, bu sehrdir və ya ki bir başqa şeydir? Bəhram da, gur da yorulmuşdu. Onlar böyük bir dağa yetişdilər. Dağın döşündə bir mağara var idi. Bəhram o mağaraya nəzər salan vaxt gur qeyb oldu. Əlli qədəm qalmışdı ki, mağaraya yetişsin, Bəhramı bir hərarət bürüdü, atı qulaqlarını şəklədi. O, çox fikirləşdi, sonra atdan düşüb özünü mağaranın qapısına yetirdi. Mağaranın içinə baxanda gördü ki, qatran kimi qara və böyük bir əjdaha dal pəncələri üstə oturub gözləri od şöləsi kimi işıq saçır, ağzından tüstü kimi buxar qalxır. Elə ki Bəhram qəfildən bu bəlanı gördü, qəlbinə vahimə düşdü. Qaçmağı şəninə sığışdırmayıb cəsarətləndi və öz-özünə düşündü: “Bu bəlanı mən necə dəf edim, bu nə qəribə vəziyyətdir ki, mən tamaşa eləyirəm, gur haraya getdi, yoxsa bu əjdaha bir tilsimdir?”

      Fərasətinin çoxluğundan xeyli götür-qoy elədi və belə qərara gəldi:

      – Əlbəttə, bu gur öz gözəlliyi ilə məni aldadıb və qabağıma düşüb bu yerə gətirdi. Ola bilsin ki, əjdaha o heyvana əziyyət verib. Çox güman ki, əjdaha onun balasını tələf eləyib, hər halda bu əjdahadan intiqam almalıyam və bu bəlanı o heyvanın başından dəf etməliyəm.

      BƏHRAMIN ƏJDAHANI ÖLDÜRMƏSİ

      Sonra Bəhram kamanı əlinə aldı və bir ox çilləyini kamana qoyub, əjdahanın hər iki gözünü nişan aldı. Ox çilləyi kamandan çıxdı, düz gəlib əjdahanın gözünə dəydi. Əjdaha oxun zərbindən elə bir nərə çəkdi ki, mağara lərzəyə gəldi. Qılıncını qınından çıxarıb mağaranın içinə daxil oldu. Var gücü ilə qılıncı əjdahanın boynundan burub başını bədənindən ayırdı. Bəhram əjdahanın başını bədənindən ayırandan sonra onun qarnını cırdı və gurun iki balasını əjdahanın qarnında gördü. Gurun intiqamını aldığına görə Bəhram şad oldu. O, əjdahanın işini bitirəndən sonra mağaradan eşiyə çıxdı, atını minib qayıdanda yenə də o guru gördü. Gur gəlib mağaraya daxil oldu. Bəhram Gurun dalınca mağaraya girdi. “Əcaba, yenə nə isə başqa bir sirr vardır, bu gur yenə intiqam almaq istəyir?” – deyə düşündü. Bu fikirlə mağaranın içərilərinə, bir yerə yetişdi, gördü ki, burada çoxlu cavahirat var. Məlum oldu ki, gur o cavahiratı Bəhrama göstərmək üçün mağaraya daxil olmuşdur. Bu mətləbi anlayan kimi СКАЧАТЬ