Название: Yeddi gözəl
Автор: Низами Гянджеви
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
isbn:
isbn:
– Ey aləmə pənah olan padşah, ey şəhərlər alan padşah, əgər mənim gözümün nurunu məndən ayırsalar, mən həlak olaram. Öz lütf və mərhəmətini məndən əsirgəmə. Gərək mərhəmət buyurub mən binəvaya izn verəsiniz ki, şahzadə ilə birlikdə gedəm və məni öz ciyərparəmdən ayırmayasınız. Bunu deyib şiddətlə zar-zar ağlamağa başladı. Padşah bu halı gördükdə qəlbi dərdlə doldu, ixtiyarsız göz yaşları axıtdı, ürəyi ona yanıb dedi:
– İzn verdim, get.
Ana bu sözü eşidəndən sonra canına həyat gəldi. Ürəkdən padşaha razılıq elədi. Xülasə, o gecəni keçirdilər, səhər açıldı. Padşah hərəmxanadan səltənət taxtına gəldi. Neman şah da gəlib əyləşdi. Padşah Bəhramın anasının vəziyyətini Neman şaha nəql etdi. Neman bu mətləbdən çox şad olub dedi:
– Çox münasibdir.
Bir həftə tamam olandan sonra padşah əmr eylədi ki, səfər tədarükü görməyə məşğul olsunlar. Padşah çoxlu azuqə və bir neçə yük qızıl ayırmağı əmr eylədi.
NEMAN ŞAHIN YOLA DÜŞMƏSI
Neman şah bu mətləbi anlayıb qızılları qəbul etmədi və dedi:
– Məndə də bu qədər qızıl vardır.
Padşah nə qədər israr elədi, Neman şah qəbul etmədi. Səhəri gün yola düşdülər. Padşah özü də atlanıb onları bir neçə ağaclıq yolda müşayiət elədi və ağlar göz, yanar ürəklə qayıdıb səltənət təxtinə əyləşdi. Neman şah iki mənzili bir edib, Yəmənin yaxınlığına yetişdi. Elə ki bu xəbər Neman şahın oğlu Münzirə yetişdi, böyük izzət və ehtiram ilə atasının pişvazına çıxdı. Şahzadə Bəhramı gətirdiyindən çox şad və xürrəm oldu. Nəhayət, böyük dəbdəbə və cəlal ilə Yəmən şəhərinə daxil oldular. Bəhram və onun anasına öz evində yer verib, özü başqa mənzilə getdi. Neman şahın oğlu Münzir Bəhramı görməyindən çox şad və məmnun oldu. Onun məhəbəti qəlbində yuva saldı. Belə ki bir gündə üç dəfə Bəhramı görməsəydi, könlü aram olmazdı. Bir gün Neman şah öz oğlu Münziri yanına çağırıb belə dedi:
– Ay mənim oğlum, ay mənim gözümün işığı, mənim qəlbim Bəhrama tərbiyə verməkdən ötrü iztirab içindədir. Ona görə ki, şəhər çox istidir, Bəhramın vücudu isə incə və lətifdir. Buranın istiliyinə dözə bilməz. Bundan ötəri səni çağırdım ki, bu şəhəri ətrafını gəzib ab-havası əlverişli olan bir yer tapasan ki, Bəhramı orada saxlayaq. Münzir dua-səna eləyəndən sonra dedi:
– Mən də belə xəyal edirəm ki, möhtərəm Şəhriyarın icazəsi ilə məhz özüm gəzib bir münasib yer axtarım.
Xülasə, o, atasının xidmətindən çıxıb bir neçə sərkərdə ilə yola düşdü. Şahzadə on gün Yəmən şəhərinin ətrafında dolanandan sonra abu-havası gözəl olan bir yer müəyyənləşdirdi. Padşahın xidmətinə qayıdıb, vəziyyəti danışdı. Padşah atlanıb, Münzirin tapdığı yerə getdi. O, doğrudan da, abu-havası xoş olan bir yer gördü. Bütün gələnlər bu yerin çox əlverişli olduğunu təsdiq etdilər. Ətrafı nəzərdən keçirib qəsri çox şəfalı olan təpənin üstündə tikməyi məsləhət gördülər. Mühəndis və bənnalar təpənin ətrafını dolanandan sonra bildirdilər ki, onlar padşahın arzu etdiyi binanı tikməkdə acizdirlər, belə bir binanın öhdəsindən gəlmək hər mühəndisin işi deyil. Neman şah onların qərarından qəmləndi və sual etdi ki, təklifiniz nədir?
BƏNNA SİMNARIN GƏLMƏSİ
Padşahın cavabında dedilər:
– Rum məmləkətində adlı-sanlı bir bənna vardır. Tayı-bərabəri olmayan bu bənna dünyada məşhurdur. Adı Simnar olan bu bənnanın tikdiyini özündən qeyri-bir kəs tikə bilməz.
Neman şah bu xəbərdən çox xoşhal oldu və həmən saat o bənnanın tapılıb yanına gətirilməsi əmrini verdi. Simnara çoxlu xələt ayırdı, vədələr verdi və dalınca adam göndərib onu Yəmənə çağırdı. Gedənlər bir az zamanda Rum vilayətinə yetişdilər, axtara-axtara Simnarı tapdılar. Vəziyyəti əvvəldən-axıra kimi ona nağıl elədilər və dedilər ki, əgər sən Neman şahın arzusunu yerinə yetirsən, səni dünya malından qane eləyəcək. Simnar çox məmnun və şad olub yol tədarükü gördü və ardınca gələn adamlarla Yəmənə yollandı. Onların gəlişini Neman şaha xəbər verdilər. Neman bu xəbərdən şadlanıb əmr elədi ki, Simnarı yanına gətirsinlər. Padşah Simnardan əvəzi olmayan bir imarət tikməsini xahiş etdi. Neman şah atlandı. Simnarla birlikdə imarət tikiləcək yerə gəldilər. Simnar o yeri dolanıb Nemana bildirdi ki, tikəcəyi imarət onun ürəyincə olacaq. Neman şah lazım olan alət və ləvazimatı hazırlamağı əmr etdi. Nəhayət, Simnar imarəti tikməyə başladı. O, bütün səy və bacarığı ilə beş il müddətində binanı tikib qurtardı. Çox uca, növbənöv cavahirat ilə ali imarət günəş şüasından rəngini dəyişdirdi. Günəş şüası düşən zaman bir kimsə o imarətə baxa bilməzdi, gözləri qamaşardı. On iki saatlıq gündüzdə rənglər bir-birini əvəz edir, abi, ağ və sarı rəngə düşürdü. Günəş günorta yerinə gələndə onun rəngi sarı, qızıl kimi və günün qürub vaxtı gümüş kimi ağ olurdu. Onun adı indi də dünyada qalır. Ona məşhur Qəsri-Xəvərnəq deyirlər.
Xülasə, Simnar elə bir qəsr tikdi ki, Neman şah ömründə onun bənzərini nə görmüş, nə də eşitmişdi. O, Simnarı xələt və nəvaziş ilə elə xoşhal və şad elədi ki, Simnar özünü Neman şahın qədəmlərinə saldı, çox dua-səna eləyib dedi:
– Əgər əvvəldən bilsəydim ki, mənə bu qədər ehsan edəcək və nəvaziş göstərəcəksiz, bundan da yaxşı bir qəsr tikməyə səy edərdim. Tikdiyim bu qəsr gündə üç rəng ilə cilvələnirsə, o, hər gündə on rəngə düşərdi.
Neman bu kəlamı Simnardan eşidəndə əhvalı xarablaşdı və dedi:
– Niyə bəs dediyin kimi tikməmisən?
Neman şah xəyal eylədi ki, onun zəhməti hədərə getdi. Madam ki, Simnar bundan da yaxşı qəsr tikməyə qadirdir. Xəyal etdi ki, başqa padşahlar bu qəsrdən xəbər tutsalar, Simnarı aparıb bundan da yaxşı bir qəsr tikdirəcəklər. Neman əmr elədi, Simnarı qaldırdılar tikdiyi qəsrin başına və o biçarəni qəsrin başından aşağı atdılar.
Simnarın məsələsi həll olunduqdan sonra Neman şah əmr etdi şahzadə Bəhram Ərdəşiri anası ilə birlikdə həmən qəsrə gətirdilər.
Şahzadə Bəhram altı yaşına çatanda Xəvərnəq qəsri hər yerdə şöhrət tapmış, bütün məmləkətlərdə məşhur olmuşdu. Qəsri görən hər kəsi heyrət bürüyürdü. Simnarın hünərinə hamı afərin söyləyirdi. Belə zirək və qabil bənnanı öldürdüyü üçün qəsrin ətrafında gül-çiçək, СКАЧАТЬ