Ruh adam. Piter Kouter
Чтение книги онлайн.

Читать онлайн книгу Ruh adam - Piter Kouter страница 6

Название: Ruh adam

Автор: Piter Kouter

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ tək xahişim təbliğatı kəsin və əvvəlki metodunuzu dəyişdirin, ancaq dərslərinizlə məşğul olun.

      III FƏSİL

      Ayişə Pusat müdir müavini ilə birlikdə müəllimlər ota-ğına gəldiyi zaman artıq yorğun idi. Otaqda, pəncərənin qarşı-sında oturmuş olduğu halda qəzet oxuyan müəllimdən başqa heç kim yox idi. Birinci müavin, divardakı dərs proqramına ba-xaraq:

      –Bu gün təkcə dördüncü, beşinci saat dərsləriniz var, iki saat gözləyəcəksiniz,” – dedi. Müəllimlər üçün ən çətin məsələnin boş saatları gözləmək olduğunu bildiyinə görə düşünürdü ki, Ayişə Pusat şikayət edəcək. Lakin o nə etiraz etdi, nə də şi-kayət… Birinci müavin bir müddət utancaq rəftarla Ayişəyə baxdıqdan sonra:

      –Dərs saatlarınızın vaxtı gələndə sizi siniflərə təqdim edərəm –dedi və onun etirazına imkan verməmək üçün tez küncdə qəzet oxuyan müəllimə səsləndi:

      –Rza bəy, baxın, Ayişə Pusat gəldi.

      Cəbr müəllimi Rza bəy liseyin köhnə müəllimlərindən idi. Yası altmışı haqlayan bütün müəllimlər kimi yorğun və çox danışan bir adam idi. Vaxtilə Ayişə Pusatın müəllimi olmuşdu. Qəzetini endirib baxdıqdan sonra sevinclə yerindən qalxdı:

      –Oooo… Xoş gəldiniz, qızım … Xoş gəldin, Ayişə… Val-lah darıxmışdım – deyərək ona doğru getdi. Hərarətlə əlini sıx-dı.

      Birinci müavin vəziyyətdən çətinliklə çıxmışdı. Səssizcə otağı tərk etdi. Rza bəy ətrafını tələsik baxışla nəzərdən keçirdikdən sonra tək olduqlarını görüncə Ayişəyə doğru əyilib səsini qısaraq:

      –Ərin necə oldu? Həbsdən çıxdımı? –deyə soruşdu.

      Ayişənin gözlərində qəmli bir işıq yanıb-söndü. Ərini soruşmaq lütfkarlığını göstərənlərdən çoxu da bax belə gizlicə, tək olanda, səslərini alçaldaraq soruşurdular. Hər bir fikrə, hadisəyə diqqət edən insanlar kimi Ayişə də bundan pis olur, gizli soruşanların heç maraqlanmamasının daha düzgün hərəkət olduğunu düşünür, əsəbiləşir, lakin bunu qətiyyən büruzə vermirdi. İndi qarşısındakı adam öz müəllimi olmasa, bəlkə cavab verməzdi. Bununla birlikdə içindəki üsyanın səsini dinləməyi və üzünə qarşı daim tənqid etdiyi ərinə ürəyinin bütün səmimiyyəti ilə haqq verməkdən çəkinmirdi. Əri bir dəfə mübahisə edəndə melanxolik bir səs tonu ilə demişdi:

      –Mənə insanlardan danışırsan? İnsanlar keçmişdə və tarixin vərəqləri arasında qaldılar. Bu gördüklərin bir karikaturadan başqa heç nə deyil.

      Ayişə bunları düşünərkən qoca cəbr müəllimi çox danışma vərdişi ilə:

      –Qızım, Ayişə, – dedi. – Sənin xətrini çox istəyirəm, bilirsən. Ərini də çox təqdir edirəm. Lakin nə edəsən ki, bir az da zamanın şərtlərinə tabe olmaq lazımdır. İnsan hər həqiqəti olduğu kimi deyə bilməz ki… Bu qədər cəsarət göstərməməli idi. Heyf deyil? Bütün gələcəyi məhv oldu.

      Bunlar hər kəsin söylədiyi sözlər idi. Bunları dinləməkdən artıq yorulmuşdu. Həqiqətən, insanlar çox qəribə məxluqlardır. Öz ağıllarının üstünlüyünə inanaraq başqalarına öyüd-nəsihət verməkdən çəkinmirlər, lakin öz gülünclüklərini, zavallılıqlarını da heç cür dərk edə bilmirlər. Ayişə bu gün liseyə onsuz da bir əsəb imtahanı keçirmək üzrə gəlmiş olduğundan qoca cəbr müəlliminin qarşısında çox səbrli bir duruşla dayanırdı. Yəqin o biri də bunun fərqində idi və təhlükəli bir mövzunu qurdalamaqda olduğunu anlamışdı. Ayişə zorla gülümsədi:

      –Həbsdən çıxdı, amma çıxmadı desəm də yalan olmaz. Çünki öz-özünü evə həbs edib. Evdən bayıra çıxmır.

      –Niyə?

      –İnsanlardan iyrənib. Heç kimi görməyə gözü yoxdur.

      Yaşlı müəllim qüvvətli bir hissiyatı ilə bu sözlərdən özü-nə pay çıxarmışdı. Sözdə təəssüf hiss edən insanların etdiyi ki-mi dərin bir ah çəkərək yerinə oturdu. Qəzetini oxumağa getdi. Ayişə məmnun idi. O da heç kimin onu narahat etməyini istə-mirdi. Başqalarının onunla məşğul olmasından sıxılırdı. Bir küncə çəkilərək çantasından Əbdülhaq Hamidin “Məqbər” əsə-rini çıxardı. Bu səhər liseyə gələndə evdən çıxarkən çantasına bu kitabı qoymuşdu. Nə üçün “Məqbər”i seçmişdi? Bunu bil-mirdi. Bir neçə dəfə oxuduğu, bəlkə yarısını əzbər bildiyi bu ki-tabın məchul tərəfi qalmadığı halda şüuraltı bir hərəkətlə “Məqbər”i götürmüşdü. Kim bilir, bəlkə də bir mərsiyə olduğuna görə onu seçmişdi.

      Oxumağa başladı. Lakin elə ikinci misrada birdən-birə dayandı:

      “Könlüm dolu ahuzar qaldı”…

      Qəflətən bu misradakı hüznün ürəyinə işlədiyini fərq etdi. “Məqbər”in ən qeyri-adi, hətta dil baxımından nahamar olan bu misrasında nə vardı ki, ona bu qədər təsir edirdi?

      Yoxsa özü romantik əhvali-ruhiyyədə idi?

      Şeirlərin nə zaman təsirli olduqları haqqında bir az dü-şündü. Düşüncələr onu ildırım sürətilə çox uzaqlara apararkən beynində bir nöqtənin işıqlandığını hiss etdi sanki. İnsanlar öz duyğularına uyğun bir misradan, bir beytdən zövq alırlar, qəmlənirlər, kədərli olurlar. Ayişə könlünü yoxladı. Bu könül ahu-zar ilə doluydu. Amma bir fərqlə ki, Hamid, öz ahu-zarını fırtınalı bir fəryad halında dünyaya və zamanlara bağıra bildiyi halda, Ayişənin ahu-zarı könlünün sərhədləri içində məhbus qalmağa məhkum idi. Onu bu qədər duyğulandıran da yəqin bir dərd ortağının olmaması, hətta dərdini eşidən bir insanın ta-pılmaması idi. Bunu kəşf etdikdən sonra təkrar kitaba qapıldı:

      Könlüm dolu ahu-zar qaldı …

      Bir qəlbin ahu-zar ilə dolmasının nə demək olduğunu könlü rahat olanlar anlaya bilməzdi. Bütün liseyi əhatə edən bir zəng səsi Ayişəni xatirələrindən ayırdı. Əlli dəqiqə necə keçmişdi? Axı o, hələ “Məqbər”in ilk səhifəsində idi. Bəzən sürətli, bəzən yavaş keçən bu zaman nə nisbi məfhumdu! Başını qaldıranda cəbr müəllimiylə göz gözə gəldi və müəlliminin bayaqdan bəri onu süzməkdə olduğunun fərqinə vardı. Yaşlı müəllim ona yəqin nə isə deyəcəkdi. Lakin o hələ sözə başlamadan öncə otaq qapısı açıldı və dərsdən çıxan müəllimlər bir-bir gəlməyə başladı. Bunların çoxu üç il əvvəldən tanıdığı müəllimlər idi. Ayişəni qarşılamalarında və salamlaşmalarında belə gizli bir sünilik var idi. Bəziləri sanki heç bir şey olmamış, üç illik bir fəlakət dövrü gəlib keçməmiş və bu qədər iztirab çəkilməmiş kimi davranırdılar, süni görünən yüksək əhvali-ruhiyyə ilə danışaraq onu üzürdülər. СКАЧАТЬ