Birinci müavin burda etiraz etdi:
–Aman, müdirə xanım, mən bunu necə deyə bilərəm? Bəlkə müəllimlərin içində qohumları və ya dostları var. Bunu sizin eşitdirməyiniz daha doğru olar. Həm də müəllimlər sizə etiraz edə bilməzlər.
–Yaxşı, yaxşı.. Bu, mənim öhdəmdə qalsın. Siz sadəcə sinif rəhbərlərinə məsələni uyğun bir dillə başa salın və Ayişə Pusat gəldikdən sonra tənəffüslərdə ciddi bir nəzarət həyata keçirin. Ələlxüsus da onun növbətçi olacağı günlərdə şagirdlərlə xüsusi şəkildə münasibət qurmasına mane olun.
–Baş üstə…
* * *
O gün ədəbiyyat müəllimi Ayişə Pusat, üç il qabaq zorla çıxarıldığı məktəbinə geri dönmək üçün yola çıxırdı. Bu dönüş onun duyğulu və romantik əhvali-ruhiyyəsi üçün çox mühüm bir hadisə idi. Zamanında özünün də şagirdi olduğu bu məktəb bütün gənclik xatirələri ilə dolu, yarı müqəddəs bir yer kimi idi. Ədəbiyyat fakültəsini bitirib orta məktəblərin birində bir il staj keçəndən sonra buraya təyin edilərək, bütün məhəbbəti və hə-vəsi ilə, bütün enerjisi və xoş niyyəti ilə işə sarılmışdı. Yaxşı ça-lışırdı, şagird yetişdirmək üçün çox uğurlu fəaliyyət aparırdı. Şagirdlərini çox sevir, onlar tərəfindən çox sevilirdi. Artıq hə-rəkətlərə yol vermədən, ciddilikdən kənara çıxmadan qura bil-diyi qədər səmimiyyət çox uğurlu nəticələr gətirirdi. Çox sıx-madan çalışdırmaq, dərsi gözəl başa salaraq şagirddə maraq oyatmaq, çox gözəl münasibət göstərərək özünə hörmət qazanmaq Ayişə Pusat kimi çox nadir müəllimlərin xüsusiyyətlərindən idi. Hər işdə soyuqqanlı hərəkət edərdi. Qızların xüsusi vəziyyətlərini öyrənir, sual verir və qiymət yazarkən bütün bunları da nəzərə alırdı. Evindəki əlverişsiz şərtlər üzündən dərsini hazırlaya bilməyən bir şagirdini başqa müəllimlər kimi sıxmır, ona daha əlverişli şərtlər tapmaq üçün çalışardı.
Liseydə bütün qadın müəllimlər arasında ən sadə geyinən, makyaj etməyən yeganə qadın o idi. Evliydi və Tosun adında kiçik, sevimli, nadinc bir oğlu vardı. Ömrünün əsas his-səsi evi ilə lisey arasında keçir, evini bacarıqla idarə etdiyi kimi məktəbdə də həm dostları, həm şagirdləri ilə yaxşı yola gedir, yaxşı çalışırdı. Enerjili və sağlam bir qadın idi. Gur və qara saç-ları çiyinlərinə tökülür, gözləri gülümsəyərək baxır, düzgün nitqi ilə dərhal gözəl bir təəssürat yaradırdı. Həyatından, işindən məmnun idi. Bu günə kimi bir dərsini də boş buraxmamışdı. Əgər böyük bir problem, müdhiş bir talesizlik, hətta fəlakət deyə biləcəyimiz bir hadisə olmasaydı, bu bəxtiyar və sakit həyat sarsıntısız davam edəcək, bu qədər maddi və mənəvi itkilərlə yanaşı üç ili boşuna getməyəcəkdi. Ayişə Pusat kin saxlamaz, ona qarşı edilən pis işləri tez bağışlayıb unudardı. Fəqət ərinə qarşı edilən hərəkəti unuda bilmirdi, onun yıxılan böyük ümidləriylə birlikdə səadətinin də təməlinin sarsıldığına inanaraq buna səbəb olan şöhrətpərəst insanları bağışlaya bilmirdi.
Ziyan olmuş üç il… Amma o da hər insan kimi təsəlli tapmaqda gecikmirdi. İnsanları daha yaxşı tanımaq fürsətini də ona bu üç il vermişdi. Həyatın axışında heç bir əhəmiyyət kəsb etməyən bir fikri genişləndirərək bütün məmləkətə aid bir mə-sələ səviyyəsinə qaldıranlar, şəxsi kin və qərəzləri ilə hərəkət edənlər, ərinin istiqbalını yıxmaya çalışsalar da, həqiqətdə onun səadətini yıxmışdılar. İnsanlardan iyrənərək hər şeyi gülünc, hər kəsi kölə görən bir adamla yaşamaq heç də asan deyildi. Bundan başqa, ətrafdakıların daim onu ürkək və şübhəli göz-lərlə süzməsi də onu narahat edirdi. Əri iki il həbsdə yatıb çıx-mışdı, amma işin mahiyyəti bir çoxları üçün hələ də aydınlaşmamışdı. Həbsə qatillər, oğrularla bərabər məzlumlar və ideya sahibləri də girir, amma kütlə bu iki zümrəni bir-birindən ayıra bilmir, yaxud da heç zaman ayırmağa ehtiyac görmür. Qəzetlərin yalan məlumatları daim onların əleyhinə olmuş, elə bu səbəbdən də Pusat adı sanki ölkənin bir nömrəli xalq düşməninə çevrilmişdi. Amma işin iç üzünü bilənlər, gəlib dostluq göstərənlər də az deyildi. Fəqət bunlar o qədər az idi ki, bu azlıqla o çoxluğu doğru yola gətirmək mümkün deyildi. Ayişə Pusat dindar idi. İlahi ədalətə daim inanmışdı. Dindar olmamaqla yanaşı, əvvəllər dini duyğularına hörmət edən əri indi buna elə də əhəmiyyət vermirdi, bu da Ayişəni bir başqa cür sındırırdı. Hər nə qədər əri açıq bir şəkildə bu məsələlərdə heç nə deməsə də, bu mövzularda söhbət gedərkən üzündə yaranan ifadələrdən və ya baxışlardan Ayişə bir istehza sezirdi sanki. İndi ərinin inandığı və hörmət elədiyi tək inanc ölüm idi. Elə əvvəllər də o, ölümə böyük rəğbət bəsləyir, işi uğrunda, fikri uğrunda ölməkdə bənzərsiz bir gözəllik və böyüklük görürdü. Artıq bu rəğbətlə yanaşı heç bir alternativ fikir qəbul eləmirdi, sanki ölümü gözləyən bir vəziyyətdə idi. Qəhrəmanlıqla ölənlər haqqında yazıları təkrar-təkrar oxuması Ayişənin gözündən qaçmırdı.
Çox maddi görünməsinə baxmayaraq mistik bir ruh ha-lında, bir ölüm çevrəsinin ortasında yaşayır, yaşayır yox, yavaş-yavaş əriyib sönürdü. Ayişə Pusat, ərini daim həddindən artıq ifratçı hesab edirdi. Evlənərkən onun bu ifratçılığı xoşuna gəlsə də, zamanla bunun bir az azalmasını gözləmişdi, lakin ümidi boşa çıxmışdı. Bu adamda gizli qaynaqlardan gələn bir atəş var idi ki, onu daim ifrata, təhlükəyə, özünü xərcləməyə sürüyürdü. Müəyyən məsələlərin xaricində bütün məsələlərdə bir uşaq kimi saf və məlumatsız olan, tez aldadılan, hər kəsə və hər şeyə inanan əri indi dəhşətli dərəcədə çoxbilmiş insana çevrilmişdi. Artıq onu aldatmağa imkan yox idi. Lakin bu xüsusiyyətin onun yavaş-yavaş həyata marağını kəsdiyini görən Ayişə Pusat dərin kədər hissi keçirir, həyatla və hər şeylə əlaqəsini kəsən ərinin özünü də unutduğunu zənn edir, bu ehtimal zamanla bir inam halına gəlirdi. Onu həyata bağlamaq üçün etdiyi bütün səylər boş idi.
Bununla yanaşı ərinin hələ də qəti qərar vermədiyini, içində qorxunc bir mübarizə getdiyini bilirdi. Daxilən hiss etdiyi bir hisslə bu mübarizənin nəticəsindən çox qorxurdu. Bütün həyatı boyunca geri dönmək və peşman olmaq nədir bilməyən bir adamın ruhundakı döyüşün sonundan ciddi olaraq qorxmaq lazım idi. Əri o qədər böyük bir düşmənlik və kin yaşamışdı ki, bu kinin sərhədləri genişlənmiş, Ayişə Pusata kimi gəlib çatmışdı. Buna görə sakitlik və zövq içində çalışdığı liseydən çıxarılmış, nazirlik əmrinə göndərilmiş, hətta istintaqa cəlb olunaraq ərinin əleyhinə ifadə verməyə məcbur edilmişdi. Bütün bu çətinliklərə böyük bir mətanətlə davam gətirmiş, maddi çətinlikləri səbirlə qarşılamış, haqqını axtarmaq üçün qanuni yollara müraciət etmiş, lakin haqqını ala bilməmişdi. Kiçik Tosunu məhrumiyyət СКАЧАТЬ