Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu
Чтение книги онлайн.

Читать онлайн книгу Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu страница 6

Название: Şəhid Ənvər Paşa

Автор: Nevzat Kösoğlu

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ müəllimlərimin dərhal ümumiyyətlə təqdirlərini qazanırdım. Beləcə qərargah ikinci ilə beşinci, üçüncü ilə üçüncü olaraq keçdim".

      Qərargah məktəbinin buraxılış imtahanlarına girərkən vətənə və millətə xidmət imkanı üçün Allaha davamlı dua etdiyini və həyəcan hiss etmədiyini deyir. "Ürəyim rahat idi; əlimdən gəldiyi qədər çalışmış, geri qalan üçün Allaha sığınmışdım". (M. Şükrü Hanioğlu, Məktublarında Ənvər Paşa, İstanbul 1989, s. 259) İmtahanlar bitir və Ənvər sinif birincisi və lakin məktəb ikincisi olaraq yanvar 1902-ci ildə məzun olur. Məktəb birinciliyi üçün, keçən bütün illərin ortalama qiymətləri nəzərə alındığı üçün, məktəb birincisi, daha sonra Sarıqamış hərəkatında XI Korpus komandirliyi edəcək olan və yoldaşlarının "böyük zəka" deyə xatırladıqları Hafiz Haqqı olmuşdur.

      İyirmi bir yaşında qərargah kapitanı olaraq orduya qatılan Ənvər bəyin bütün qərargah zabitləri kimi piyada, topçu və süvari sinifləri içində səkkiz ay tələbəlik etməsi lazımlıdır. Bunun üçün də iki il müddətlə 3-cü Orduya təyin edilir. Özü bir müddət İstanbulda nənəsinin yanında qalmaq istəsə də, “Hırka-i Şerif” şənliyinə qatılmaq üçün (Ramazanın on beşində) dərhal Ordu mərkəzi yerləşən Selanikə getməsi əmr edilir. Burada 13-cü Topçu Alayına təyin edilir. Səkkiz ay müddətlə Monastırda 6-cı Topçu Batareyasının komandirliyini edir; böyük bir enerji ilə çalışar. Batalyon komandirinin vəkili kolağası12 Saleh bəy də ona kömək edir. Həqiqətən, əsgərliyə girən və təcrübə Kazanmağa başlayan Ənvərin bu dövrü üçün yazdıqları maraqlıdır:

      "Fikirlərimi ümid etdiyim kimi reallaşdıra bilməyəcəyimi görmüşdüm. Alayın içində islahatlar aparmaq çətin idi; kimsə böyük bir işə girmək istəmirdi. Beləcə hər kəsin könüllü olaraq, əlindən gələnin ən yaxşısını etməsi halında hər şeyin düzələcəyinə inanırdım. Öz vəzifəsini tam icra etməyən bir ordu nəfərinin ən üst ordu idarəsini, paşaları və s. tənqidə haqqı olmadığını görmüşdüm. Buna görə bu tip tənqidçiləri izləyib cəzalandırırdım." (Hanioğlu, h.d.ə., s. 260)

      Ancaq ətrafı ondan məmnundur. Balkan dəstələrinə qarşı qarşıdurmalara müəyyən vaxtlarda batareyasıyla qatılır:

      "May ayında Mogilada on səkkiz nəfərlik Bolqar dəstəsiylə olan qarşıdurmaya iki topla qatıldım. İlk gerçək top və tüfəng atışını orada gördüm. Bu qarşıdurmada quldurlar tamamilə yox edilmişdi. Buna baxmayaraq topçu zabiti kimi qarşıdurmaya ciddi şəkildə qatıla bilməmişdim. Tək iş top atmaqdan ibarət idi." (Çingiz, h.d.ə., s. 46)

      1903-cü ilin sentyabrında öz istəyi ilə piyada stajı üçünə 20-ci Piyada Alayının 1-ci Batalyonuna təyin edilir. "Mənim niyyətim Bolqar sərhədlərindəki bölgəni öyrənmək idi və bu sırada kəşfiyyat əsgərləri də silahlandırıldığından, döyüş anında geri qalmaq istəmirdim." (Ş. Hanioğlu, h.d.ə., s. 262) Bir ay sonra bu batalyon polis bölmələrinə paylandığından, Koçanadakı 19-cu Piyada Alayının 1-ci Batalyon, 1-ci Bölük komandirliyinə təyin edilir. Burada ikən Sultan Təpə ətrafında iki yüz nəfərlik bir Bolqar dəstəsi ilə qarşıdurmaya qatılır. Bölgəni yaxşı tanımadığından və birliklərə əmr verən Miralay, birgə hərəkət planı təmin edə bilmədiyindən qarşıdurma axşama qədər çəkir və axşam dəstələr qaçırlar. Ənvər bəy izləmək istəyir; batalyon komandiri icazə vermir; onun gəncliyinə qıymadığı üçün icazə vermədiyini söyləyir. Halbuki belə bir dəstənin onların sayca üstün birliklərinin əlindən qaça bilməsi Ənvər Bəyi dərindən sarsıdır. Bundan sonrakı qarşıdurmalarda mümkün olduğu qədər işi gündüz bitirməyə qərar verir. Əsgərlər onu sevir; ancaq zabitlər, qaydaları çox möhkəm tətbiq etdiyi üçün çox məmnun deyildirlər.

      1904-cü ilin aprelində süvari stajı üçün Üsküpdəki 16-cı Süvari Alayının bir bölüyünə göndərilir. "Çox məmnun idim. Burada tək olacaqdım. Burada zabitlərdən hər cür vəzifənin tam tətbiq olunmasını istədiyimdən, əvvəlcə öz kefinə hərəkət etməyə alışmış olan bu əfəndilər heç məmnun olmadılar".

      Vəzifəsinə laqeyid yanaşan bir zabitə həbs cəzası vermək məcburiyyətində qaldığını bildirir.

      "Burada əvvəlki fikirlərimi dəyişdirmək məcburiyyətində qaldım. Çünki, məmurlardan yalnız könüllü iş istəmək demək ki, doğru deyilmiş. Bu belə olsaydı, qanunlara və içində var olan cəzalara gərək olmazdı. Demək ki, hər şeydən əvvəl dövlət işlərinin yaxşı nəticələnə bilməsi üçün qanunun nöqtəsinə-cən tətbiq olunması şərtdir.... Zabitlər komandirlərinə itaətsizliyə başlasalar, orada ediləcək heç bir şey qalmamışdır. O zaman komandir bacarıqsızdır, yəni əmrini həyata keçirmək gücü yoxdur. Belə bir vəziyyətin davam etməsi vətənin iflası mənasını verir." (Hanioğlu, h.d.ə., s. 263)

      Ənvər bəy bacarıqsızlığına görə təqaüdə göndərilməli olan bir Miralayın, İstanbula bir neçə min lirə göndərib diviziya komandiri olduğundan bəhs edir. Bu cür hadisələrin zabitlər arasında mənəvi təsirləri olur.

      Gənc zabitlər, bütün bu və bənzəri problemləri Əbdulhəmid zülmünə bağlamaq asançılığına özlərini qapdırmışdılar. O da "Və beləcə get-gedə bu pis hadisələrə bir son verib Əbdulhəmidin istibdadı yerinə Qanuni-əsasiyə söykənən bir dövlət təsisi lazım olduğu fikri içimdə böyüyürdü. Yoxsa hər cəhd sonda nəticəsiz qalacaqdı.” deyə düşünür. Avropanın təsir gücü ilə baş tutan islahatların ölkəni parçaladığını görür, ancaq bunu, məmləkətin zəif idarəsinə, pozulmağı da Əbdulhəmid istibdadına bağlayırdılar. Onlar pozulan rəhbərliyi düzəldəcəkdilər.

      "Xristiyanların Avropa tərəfindən dəstəklənilməsi məmləkətdə əvvəlki ilə müqayisədə tam tərsinə bir bərabərsizlik yaratmışdı. Məmurlar artıq yalnız xristianlarınn işləri ilə məşğul olduğundan, kimsə müsəlmanların haqlarıyla məşğul olmurdu. Bir xristiyana edilmiş haqsızlıq dərhal cəzalandırıldığı halda, kimsə müsəlmanların haqqlarını nəzərə almırdı." (Hanioğlu, h.d.ə., s. 264)

      İki ay da İştipdə qaldıqdan sonra stajı bitən Ənvər bəy Monastırdakı qərargaha dönür. Burada 1-ci və 2-ci şöbələrdə on beş gün işlədikdən sonra yeni qurulmuş olan Ohri və Kotsavo hərbi bölgələrinə müfəttiş təyin edilir. 7 Mart 1906-cı ildə kolağası (önyüzbaşı) olan Ənvər bəyin sıx və bezdirici quldur şəbəkələri ilə döyüşləri başlayır. "Bəzən bir ay sonra bir dəstənin təqibindən qayıdanda dərhal yeni vəzifələrə göndərilərdim. Və heç bir zaman yorğunluq, yaxud narazılıq hissimi göstərmədim".

      Ferik Hadi Paşa və qərargah başçısı Həsən bəyin məsuliyyət şüuru içindəki səyləriylə Monastır və ətrafındakı dəstələr təmizlənər.

      "Bu şəkildə iki il içində yalnız mənim əmrimdəki qeydlərə görə əlli dörd qarşıdurmada oldum. Ketihada apardığım döyüş mənim üçün nümunə oldu. Ondan sonra mübarizə apardığım dəstələri qaça bilməmələri üçün mühasirəyə aldım. Ondan sonra şəxsən СКАЧАТЬ