Şəhid Ənvər Paşa. Nevzat Kösoğlu
Чтение книги онлайн.

Читать онлайн книгу Şəhid Ənvər Paşa - Nevzat Kösoğlu страница 5

Название: Şəhid Ənvər Paşa

Автор: Nevzat Kösoğlu

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ müşir işbu tezkere ita kılındı.

      10 Kânunievvel 1321

      Deraliyye’de daire 1, Xoca Rüstem Mahallesi

      Çatalçeşme sokağı, hanəsər, 6

      (Nezaret-i Umur-ı Dahiliye) mühürler.

      (Arı İnan, Ənvər Paşanın şəxsi məktubları, Ankara 1997, s. 20)

      Ailəsi orta səviyyəli olmaqla onun təhsili üçün lazımlı hər şeyi etməyə cəhd göstərir. Üç yaşında ikən evlərinin yanındakı İbtidai Məktəbə gedər. "İlk bəsmələni mədrəsə müəllimi Qara Hafiz Əfəndinin qarşısında tələffüz etdim" (Ənvər Paşanın Xatirələri, həzz. Xəlil Ərdoğan Çingiz, İst.1991, s. 33). Daha sonra Fatih “Mekteb-i İbtidaîsi”nın ikinci sinfində ikən ictimai işlər qurumunda konduktor olaraq işləyən atasının təyinitı Monastıra keçirilir. Məktəbi orada bitirir. Yaşının kiçik olması səbəbiylə “Askerî Rüşdiye”yə qəbul etmək istəməsələr də, çox həyəcanlı və istəkli olduğu üçün baxaraq məktəbə qəbul edərlər. Yaramaz olmadığı üçün yoldaşlarının, dərslərinə çalışdığı üçün də müəllimlərinin sevgisini Kazanar. İlk imtahanda sinif yeddincisi olur; ancaq ümumi imtahanda, dərsdə keçirilməyən bir sual verilir; kiçik Ənvər cavab verə bilmir. Sinfin altmışıncılığına düşür. Bu vəziyyət onu çox üzür və dərsləri zəifləyir. "Həm sinifin aşağısında olduğum üçün müəllimlərin əhəmiyyət verməməsi səyimi tamamilə kəsirdi. Dördüncü ildə son bir səylə sinifin otuzuncusu olmuşdum. Məktəbdən məzun olarkən on yeddinci oldum". (Çingiz, h.d.ə s. 34) Sakit sadə, amma ətrafına güvən təlqin edən bir şəxsiyyəti vardı. Bu dövründə parlaq bir şagird olmaqdan çox, yaxşı bir şagirddir.

      Rüşdiye-dən sonra “Məktəb-i İdadi”11yə on beşinci olaraq qəbul olur. Monastır Hərbi İdadisi o zamanlar, Mustafa Kamalın da oxuduğu, bir çox seçmə Osmanlı zabitinin yetişdiyi etibarlı bir məktəbdir. Hərbiçi olmaq həvəsinə görə həyəcanla dərslərə girişir. İkinci sinifə on ikinci və üçüncü sinifə doqquzuncu olaraq keçir. Sonunda Hərb Məktəbinə göndərilərkən sinif altıncısı olur. “İdadi məktəbindəykən, öz ifadəsiylə "Düzgünlükdəki fanatizmi" səbəbiylə altı həftə “izinsizlik” cəzası alır. Üçüncü sinifdə, şəkil dərsində, özündən böyük bir yoldaşı Ənvəri yatırdıb üstünə ot yığır. Tam Ənvər qalxarkən müəllim içəri girir və ona üç həftə “izinsizlik” cəzası verir. Ənvər kimsənin adını vermir. "Bu cəza mənə çox ağır gəldi" deyə yazır. Başqa bir vaxt yoldaşlarının israrı ilə çalğısını müəllimləri tutur və kimin etdiyini soruşarlar. Ənvər ortaya çıxıb etiraf edər. Yenə üç həftə “iznsizlik” cəzası verilir. "Lakin bundan o qədər kədərli deyildim. Çünki, həqiqətən, qəbahətliydim. Tək, doğruluğun itaətsizlik olaraq şərhi mənə çox təsir edirdi. (Çingiz, h.d.ə. s. 35)

      İdadi məktəbini son sinifindəykən l897-ci ildə Girit hadisələri başlayır. Adanın Yunanıstana qatıldığını şərhiylə başlayan və sonunda türk-yunan savaşına çevrilən proseslər şagirdlərdə böyük həyəcan oyandırar. “İstirahət vaxtı sobanın başında toplanaraq mövzunu müzakirə edər, "Hökumətin acizliyindən, mütləqiyyət rəhbərliyinin pisliyindən və xüsusilə də, Sultan Həmdin pisliyindən bəhs edərdik".

      Buradan sonra Hərb Məktəbinə gedən Ənvəri, oradakı yoldaşları, "çalışqan, təvazökar, ciddi və sözünün üstündə duran biri" olaraq tanıyırlar. O günlərdə qatarlar hərbi işlərə ayrıldığından Selanikdəki köçürmə nöqtəsinə xüsusi bir qatarla göndərilirlər. Sonra gəmi ilə İstanbula gedib orada Hərbi məktəbdə təhsil almağa başlayır. Bu barədə yazır:

      "Artıq bizdəki sevinc fövqəladə idi. Zabitliyə namizəd olmuşduq. Biz də üç il sonra indi hərbə gedən qəhrəman əsgərlərimizə əmr verəcək insanlar olacaqdır. Yolda rast gəldiyimiz qatarlardakı Anadolu könüllü batalyonlarının əsgərlərinin üzlərindəki təbəssümlə bizə salam verməsi, mahnı oxumaqları, həqiqətən, bunlara layiq zabit ola bilmək üçün son dərəcə çalışmaq əzmi barəsində bizi həvəsləndirməyə kifayət idi. Bəli, onlar hər şeylərini, yerlərini, yurdlarını buraxaraq vətənin bir küncündə ölməyə gedirdilər. Biz də gələcəkdə bizə əmanət ediləcək bu yüzlərlə, bəlkə, minlərlə qəhrəmanı yaxşı idarə edərək, onları zəfərlərə sövq üçün məlumat və bacarıq Kazanmağa gedirdik. Hər iki tərəf də vətənin qurtuluşu üçün gedirdi. Bu sırada yeganə əməlim zabit olmaq, məmləkətimə bu surətlə xidmət etmək idi." (Çingiz, h.d.ə., s. 36)

      Hərb Məktəbinə həyəcanla başlayır; məqsədi buradan qərargah məktəbinə getməkdədir. Lakin Monastır İdadisini altıncılıqla bitirməsinə baxmayaraq, qeydləri aşağı olduğundan çox da ümidli deyil. İlk sıralamada sinifinin əlli altıncısıdır; bu vəziyyət davam etsə, qərargah sinfinə düşmək mümkün deyil. "Bununla belə hər halda əzm göstərmişdim” – deyir.

      Bir gün şagirdlər toplayıb, zabitlərdən, Hərbi məktəbdən və Tibb məktəbi ndən bir çox adamın "Sultan Həmid əleyhinə cinayət təşəbbüsləri" səbəbiylə sürgün və edamla cəzalandırıldıqlarına dair bir elan oxunur. Məktəblər Nazırı Zeki Paşa bir nitq söyləyir və hərbidə sədaqətin hər şeydən üstün olduğunu söyləyir: "Sədaqət təhsil aldıqca tabeçili və səfər və digər mövzularda bacarıq Kazanılmasına gərək qalmadan zəfərə çatıla biləcəyini" söyləyir. Nədənsə bu sözlər Ənvərin zehnində "İyrənc yalanlar" olaraq əks-səda verir və kiçik bir iz buraxar. Sonunda unudur və yenə dərslərə diqqət etməyə başlayır.

      İkinci ilə on yeddinci, üçüncü ilə on ikinci olaraq keçir. Məktəbi bitirərkən dördüncüdür. Lakin keçən illərlə birlikdə ortalama çıxarılanda doqquzuncu olur. Artıq qərargah üçün ayrılan qırx beş adam arasında Ənvər də vardır. Hərb Məktəbində bir həftə “iznsizlik” cəzası alır. Sinfin ən kiçiyi olduğu üçün ən qabaqda oturur. Lövhəyə sinifdəki pişiyin dilindən açıq məktub yazanın kim olduğunu növbətçi müəllim ondan soruşur. O da bilmirəm deyir. Sonradan ərizəni yazan ortaya çıxıb mən yazdım desə də, Ənvər bilmirəm dediyi üçün cəza alır.

      "Məni dinc, çalışqan bir şagird olaraq tanıyardılar. Çox vaxt dərslə-rimə tək çalışar, bağçada tək gəzər, yaşımın kiçik olmasına görə Monastır Harbi Məktbindən gəlmiş böyük yoldaşlarım tərəfindən qorunardım".

      Qərargah zabiti olmaq üçün Erkanı Hərbiyə Məktəbinə qəbul edilən Ənvər burada da sevilən və hörmət edilən biridir. Bu illərində eyni yaşlarda və eyni məktəbdə birlikdə olduqları əmisi Xəlil (Paşa) ilə siyasi səbəbdən həbsə düşmək təhlükəsi yaşayırlar. Məktəbdən istintaq üçün Ulduza aparılarkən Xəlil bir yolunu tapıb özünü "Mən bir şey bilmirəm, xəbərim yoxdur." deyə müdafiə edir. Hadisə şahzadə Məcid Əfəndinin Alman dili müəllimi ilə onun dostu olan bir jurnalistin evlərində görülməsiylə əlaqəlidir. Bu şagirdlərin Şahzadənin qaynı Zəki bəy kanalı ilə gizli əlaqələr içində olduqları şübhəsi oyanmışdır. Ənvər СКАЧАТЬ