Qırmızı kitab. Məhəmməd Qutlu
Чтение книги онлайн.

Читать онлайн книгу Qırmızı kitab - Məhəmməd Qutlu страница 7

Название: Qırmızı kitab

Автор: Məhəmməd Qutlu

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ olun ki, mən deyil, Türkiyədə meydana gələn bəzi kritik dəyişikliklərdir. Böyük ustad Ser Toni For-lov bizlərə bu mövzuda ətraflı hesabat təqdim etmək üçün yanımızdadır. Ona təşəkkür edərək verəcəyi dəyərli məlu-matlarla sizi baş-başa qoyuram, – dedi.

      Komitəni təşkil edən üzvlərin hər biri, dünyanın ən böyük neft, enerji, informasiya və maliyyə şirkətlərinin ida-rə heyəti sədrləri idilər. Otuzunun bir yerdə sahib olduğu şirkətlərin illik toplam gəliri 10 trilyondan çox idi.

      Dünya ölkələrinə bu adamların sahib olduğu bank-lar borc verir, üçüncü dünya ölkələrinin neft başda olmaqla bütün təbii sərvətlərini bunların şirkətləri sümürürdülər. Bu adamların sahib olduğu silah şirkətləri, qabaqcıl texnologi-yanın məhsulu olan raketlər, təyyarələr və hərbi gəmiləri hazırlayıb üçüncü dünya ölkələrini silahlandıraraq, borcla-rını qatbaqat artırırdılar.

      Komitə üzvlərindən üçünün sahib olduğu informa-siya texnologiyaları şirkətlərinin toplam gəliri isə bütün üçüncü dünya ölkələrinin ümumi milli gəlirindən artıqdı. Dünyanın gücü və pulu sanki, bu masanın ətrafında top-lanmışdı.

      Toni Forlov, cır səsiylə danışmağa başladı:

      – Cənablar, Türkiyədə çox əhəmiyyətli siyasi dəyi-şikliklər baş verir. Mühafizəkar yayın siyasəti ilə tanınan Şə-rəf qəzetinin ifrat milliyyətçi yazarı Mehmet Demir, anidən keçiriləcək seçkilərdə iqtidara hazırlaşan TİP-ə üzv oldu.

      Bölgədəki qaynaqlarımız, Demirin hansısa yolla Di-laveri kənarlaşdırıb partiyanın, dolayısıyla da ölkənin ida-rəsini ələ keçirtməyi hesabladığın bildirir. Bəylər, bu faşistin yuxarı qalxmasına icazə verə bilmərik. Bu olsa, bölgədəki trilyon dollarlıq mənafelərimiz zərər görəcək.

      Apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, o, tipik bir ailə sahibi, zəif tərəfləri olmayan biridir. Əgər belə zəkalı və xarimzatik bir nəfər ölkənin başına keçərsə, bölgədə böyük mövqe itirəcəyik. Özü də ki, bu adam Tür-kiyədə böyük heyranlıqla izlənən bir yazardır. Fikirləri mil-yonlarla gənci qərb düşməni etməyə yetib. Burada, bu təh-lükə qarşısında ne edə biləcəyimiz haqqında fikir alış-verişi etmək üçün toplanmışıq.

      Toni Forlov danışarkən Mehmet Demirin Mahmut Dilaver ilə birlikdə təşkil etdiyi mətbuat konfransının çəki-lişləri divardakı böyük ekranda hərəkət edirdi. Üzvlər, şüb-həli gözlərlə bu çəkilişləri izləyirdi.

      Ser Forlovun       danışığının ardınca çökən qısa süku-tu, Amerika Mərkəzi Bankı olaraq bilinən Federal Reserveni təşkil edən və on iki böyük bankdan biri olan Wall Bankın sahibi Adam Rozenberq pozdu:

      – Ser Forlov, deyə bilərsinizmi bu adam bu qədər təhlükəlidirsə, Türkiyədəki bəradərlərimiz o bu nöqtəyə gə-lənə qədər niyə tədbir görməyiblər?

      – Bu barədə mən də Türkiyədən hesabat istədim. Bi-rincisi, adamın siyasi ehtirasları olduğunu bilməməklə bir-gə, bu qədər ani bir manevr edəcəyini gözləmədiklərini de-dilər. Türkiyədə hər kəs, Mehmet Demirin bir gün partiya yaradacağını düşünürdü. Heç kim TİP-ə qatılmasını gözlə-mirdi. Bu manevrin çox ani olduğunu biz də qəbul edirik. Bəradərlərimiz, onun siyasi partiya hazırlıqlarını gözləyərək partiyasının ölü doğulmasın və mediadakı gücümüzü də işə salaraq geniş xalq kütlələrinə xitab etməsinin qarşısını al-maq üçün hazırlaşmışdı. O isə, bütünlüklə bizim əlimizdə olan bir partiyaya qoşulma yolunu seçdi.

      – Yaxşı, bəradərimiz Mahmut Dilaver nə deyir bu haqda? Belə birini partiyaya üzv edəndə necə olur ki, lojayla məsləhətləşmir? Artıq Avropada və Şərqi Aralıq dənizi böl-gəsində işlər beləmi yerinə yetirilir?

      Bu günahlandırıcı sualı yönəldən, Amerika Hava Qüvvələrindəki təxminən iyirmi min təyyarənin yarısını is-tehsal edən General Mecanicin müdiri Henri Falkon idi.

      Yaşlı olmasına baxmayaraq bu sual qarşısında, şifahi imtahanda veriləcək cavabı tapa bilməyən ibtidai sinif şa-girdi kimi çarəsiz yerində qıvrılan Ser Toni Forlov:

      – Haqlısınız. Əmr etdim ki, dərhal onunla əlaqə qu-rulsun. Türkiyədəki ustadımız da iki gün çalışdıqdan sonra əlaqə yarada bildiyi Dilaverə bu sualı verdi. Aldığı cavab, partiyaya üstünlük gətirəcəyini düşünərək Demiri sıralarına qatdığı şəklindəydi. Sizi qane etmədiyi kimi, mənim də bey-nimə batmadı bu fikir. Mahmut Dilaver olduqca şübhəli davranır. Bütün gücümüzlə bu məchulu həll etməyə çalışı-rıq. Dilaverin bütün ipləri əlimizdədir. Bizə qarşı səhv bir addım atacağını təxmin etmirik. Ancaq yenə də bütün diq-qətimizi bu məsələyə ayıracağıq – qarşılığını verdi.

      Komitə Katibi Mayk Eduard söhbətə qarışaraq:

      – Deyəsən, çox da gecikməmişik. Bu adamın Ameri-ka və yəhudi düşməni olduğunu mən də bilirəm. Biz Dila-veri bura çağırıb yaxşıca danışaq. Fürsət düşən kimi bu ada-mı partiyadan atmasını, hansısa formada ondan qurtulma-sını deyək. Hər halda bizə qulaq asacaq. Nə də olsa, cib xərcliyini biz veririk, doğrudurmu? – deyə dilləndi.

      Eduardın fikri bütün üzvlərin xoşuna gəlmişdi. Ən yaxşısı Mahmut Dilaveri çağırıb, komitənin hüzurunda ca-vabını alaq. Beləcə, Mehmet Demirin sürpriz transferinin gerçək hekayəsini birinci ağızdan dinləyə bilərik.

      Komitə, Dilaverin ABŞ-a çağırılmasına qərar verdi. Dilaveri gətirmək işini də Ser Toni Forlova verdilər. Dilaver, ABŞ-a gəlmək istəməz, ya da əhəmiyyət verməzsə, işin için-də başqa bir iş olduğu rahatlıqla görünəcək. Əgər belə bir şey olsa yeni planlar dövrəyə girəcək.

      Nə olur olsun, Mehmet Demirin TİP-də, dolayısı ilə gələn il keçiriləcək seçkilər sonrasında hökumətdə yüksək bir vəzifəyə gəlməsinin qarşısı alınacaqdı. Başda MKİ Tür-kiyə heyəti və ingilsilərin Mərkəzi Kəşfiyyat 5 idarəsi olmaq üzrə bütün xəbər qaynaqları və agentlər gücləndirilmiş reji-mə keçiriləcək, hər növ məlumat və sənədi komitəyə yön-ləndirmək üçün bütün qüvvələr səfərbər olunacaqdı.

      ***

      Mehmet Demir Mahmut Dilaverin sıxıntılı bir səs to-nuyla etdiyi zəngi bir neçə gündür gözləyirdi. Telefonun di-gər tərəfindəki adam, bitib tükənən bir kəsin qısıq səsi ilə güc-bəla ilə cümlə qururdu:

      – Əhəmiyyətli yeniliklər var, görüşməliyik, – deyə bildi.

      – Sizi başa düşürəm, buyurun birlikdə vəziyyəti də-yərləndirək. Yemək də yeyərik. Sizin sevdiyiniz yeməkləri hazırlatdırıram – deyərək telefonu yerinə qoydu.

      Görünən o idi ki, TİP-ə transfer olması okeanın o biri tərəfinə bomba kimi düşmüşdü. Mahmut Dilaverin səsi, okeanın o biri tərəfindən gələn əks-sədanın СКАЧАТЬ