Qırmızı kitab. Məhəmməd Qutlu
Чтение книги онлайн.

Читать онлайн книгу Qırmızı kitab - Məhəmməd Qutlu страница 6

Название: Qırmızı kitab

Автор: Məhəmməd Qutlu

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Eduard:

      – Bu lənətə gəlmiş Latın Amerika operatorunu gön-dər bura, – dedi. Bir də bizim poker oynayanlara zəng edib de ki, sabah onları klubda gözləyirəm.

      Dosyelər qucağında, utancaq addımlarla içəri girən Con Depler yanına gələnə qədər gözlədi. Sonra anidən ovu-nun üstünə atılan aslan kimi masaya doğru əyilərək:

      – Bu lənətə gəlmiş latınlara tək-tək zəng et de ki, tez pullarını ödəsinlər. Hansı palçığa batırıblar, kimə yedizdi-riblər mənlik deyil. Həftənin əvvəlində 60 milyard dolları masamın üstündə görmək istəyirəm. Başa düşdün? – deyə kükrədi.

      Yekəqarın pul baronunun tüpürcəyindən sir-sifəti is-laq olan Depler:

      – Baş üstə, əfəndim – deyərkən küləyə tutulmuş qo-vaq yarpağı kimi titrəyirdi. Üç il əvvəl 5 Latın Amerika öl-kəsi, 600 milyard dollar və üçdən biri EIB-ə aid olan kredit borclarını ödəməyəcəkərini bildirdikdən bəri, ixtiyarı ilk də-fə bu qədər əsəbi görürdü.

      ***

      Böyük mübarizədən əvvəl bir az mənəvi dəstək və güc toplamaq istəyən Mehmet Demir, həyat yoldaşı Yase-min, övladları Kaan və Tuğçeni də götürüb boya-başa çat-dığı Bıçkılı kəndinə getdi.

      Ata-babaları Şeyx Şamilin Rus çarlığı qarşısında məğlub olmasının ardınca 1864-cü ildə Osmanlı torpaqları-na hicrət etdiyi vaxt, oradakı kəndlərinə birə-bir bənzəyən bu cənnət parçasını tapıb məskən salmışdılar. Bura, sağlam qayın meşələriylə örtülü bir vadinin başlanğıcında, yamya-şıl bir kənd idi. Kəndin üç tərəfi gur meşələrlə bəzənmiş sı-ra dağların əhatəsində idi.

      Demir burada boya-başa çatmış olmasına rəğmən kəndin gözəlliyindən heç vaxt doymamışdı. Fürsət düş-dükcə özünü kəndinə atır, tüfəngini götürüb meşəyə gəzin-tiyə gedərdi. Uşaqlığından bəri fürsət yarandıqca meşəyə gedər, yüksək bir təpənin başında bağdaş qurub düşüncə-lərə dalardı. Nəyə görəsə bu meşəliklərdə onu cəlb edən bir şey var idi. Meşəyə gəldiyi zamanlar, özünü təmizlənmiş, dərdlərdən uzaq, mənəviyyatı güclənmiş kimi hiss edirdi.

      Kəndə gedəndə yenə eyni şeyi təkrar etdi. Oğlu Ka-anı da yanına alıb meşəyə doğru yollandı. Meşəyə çatmaz-dan əvvəlki son fındıq bağçaları ailəsinə aid idi. Oğlu Kaa-nın yol boyunca uzanan fındıq bağçalarına qürurla baxdığı-nı gördükdə:

      – Eyni mənəm, – deyə düşündü. O da, fındıq bağça-larının yanında durub, uzun müddət seyrə dalardı. Nazlı fındıq budaqları, ona bərəkəti xatırladırdı.

      – Oğlum, bu fındıq bağçası o vaxtlar sıx bəstəboy ağaclar və tikanlarla örtülü keçilməz bir meşəydi. Rəhmətlik babanın dəryaz və külünglə buranı təmizləyib fındıq kolları əkdiyini bilirdinmi?

      – Hə, ata. Dəfələrlə danışıbsan. Rəhmətlik babam çox çalışqan biriymiş.

      Oğlunu gülümsəyərək dinləyən Demir:

      – Bizim bu uşaq, bizi də keçəcək, – deyə düşündü. Hələ 12 yaşında olmasına rəğmən yetkin, ciddi və ağıllı bir dəliqanlı olmuşdu. Üstəgəl eynilə onun kimi baxırdı həyata.

      İkisində də səkkiz fişəng atan avtomatik ov tüfəng-ləri vardı. Oğluna:

      – Düz burda bir göyərçin vurmuşdum, bax burda bir meşəcüllütün havada vurmuşdum, – deyə qürurla ov ma-cəralarını danışırdı.

      Aradabir gözucu oğluna baxır:

      – Vallah doğru deyirəm, atan çox yaxşı ovçuydu gəncliyində – deyə israr edirdi. Oğlu da gülərək:

      – İnanıram ata, sən kimin atasısan? – deyə qarşılıq verirdi.

      Yol boyunca tüfənglərini gah quru bir budağa, gah da iri bir qayaya tutaraq boşaltdılar. Kəndə qayıdanda ax-şam azanı oxunurdu. Kənd çayxanasına doğru yaxınlaşan-da:

      – Oğlum, sən bir az qabaqdan get. Yaşlılar bizi bir yerdə görməsin, məlum məsələdi onların Qafqaz adətləri… Mən çayxanada bir az baş qarışdırıb gələrəm. Anana da de ki, narahat olmasın, – deyərək Kaanı göndərdi.

      Kənd mərkəzinə çatanda çayxananın qabağında out-ranlar birlikdə ayağa qalxdı. Hamza adlı, özündən yaşca bö-yük dostu:

      – Mehmet, nə pis adamsan. Kəndə gəlirsən, xəbər belə vermirsən. Qorxma gəl, çaylar bizlikdi, – deyə səsləndi.

      – Səndən qorxan elə sənin kimi olsun. Allahın kənd-lisi. Təbii ki, çaylar sənlik olacaq. Biz qonağıq burda. Sən öl-mədinmi hələ? Eşitmişdim ki, can verirsən.

      – Sən çox gözləyərsən aslanım, hamınızı basdırma-dan getməyə niyyətim yoxdur.

      Bir saat boyunca dostlarıyla çənə vurub həsrətə son vermiş, çayxanaya gələn hər yaşlı adam üçün ayağa qalxıb əlini öpmüş, kef-əhval soruşmuşdu. Bu kəndi, bu kəndin in-sanlarını çox sevirdi.

      Səhəri gün, günortaya doğru yerindən qalxmış, qar-daşı Hamdi və evin digər üzvləri ilə nahar etmişdi. Qarda-şının evinin balkonunda etdiyi bu naharları heç nəyə dəyiş-məzdi.

      Daha sonra da hər dəfə gələndə etdiyi kimi evin ar-xasındakı təpəyə gedib aşağıdakı tarlaları uzun-uzadı seyrə daldı. Kəsilmiş olan fındıq kolunun budaqlarını toplamağa başladı. Fındıq bağçasında işləmək, həmişə onun kefini açır-dı.

      Ailəsiylə kənddə keçirdiyi həftə sonunun ardından, rahat və enerji dolu Ankaraya qayıtdı. Artıq böyük mübari-zə üçün özünü hazır hiss edirdi.

      ***

      Vaşinqton yaxınlarında, ucsuz-bucaqsız meşənin də-rinliklərində, gözlərdən uzaq bir sarayın geniş həyətinə ard-arda enib qalxan vertolyotlar, ağac budaqlarında yuva qu-ran quşlara bazar səhərini zəhər etmişdi.

      Yolu belə bilinməyən meşənin dərinliklərində, göy-dən zənbillə düşmüş kimi dayanan, yüksək mərmər sütunlu nəhəng malikanənin ətrafında, sıx hərəkətlilik görünürdü.

      Binanın ətrafında, qara eynəkli, kostyumlu və avto-matik silahlı adamlar nizamlı olaraq dövrə vururdu. Onlara yoldaşlıq edən qara dobermanların bu adamlardan tək fərqi, eynəksiz olmalarıydı.

      Günortaya doğru enən son vertolyotdan aşağı düşən adam, yekəqarın, kovboy şlyapalı və ilk baxışdan kefinin ol-madığı görünən yekəpər qoca da mərmər yığınından içəri girdikdə, vertolyotun pərlərinin səsi kəsilmişdi.

      Kraliça Viktoriya СКАЧАТЬ