Qırmızı kitab. Məhəmməd Qutlu
Чтение книги онлайн.

Читать онлайн книгу Qırmızı kitab - Məhəmməd Qutlu страница 4

Название: Qırmızı kitab

Автор: Məhəmməd Qutlu

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ gəlmişəm.

      – Allah utandırmasın gözəl qardaşım. Allah doğru-nun, inananın yanındadır. Bacaracağına inanıram.

      – Sağ ol, qardaş. Üstümüzdə böyük əməyin var. Haqqını halal elə.

      – Halal olsun. Allah yar və yardımçın olsun. Vəziy-yət necə olur olsun, qapım sizin üzünüzə həmişə açıqdır, bunu unutma. Necdetdən xəbər varmı? O da sizə qoşulacaq düzdürmü?

      – Bilirsən kəndə çəkildi. Seçkilərdə namizəd göstər-mək istəyirəm.

      – Yaxşı fikirdi. O da mütləq qatılar.

      – Mən də elə düşünürəm. Salamat qal, İslam qarda-şım, dualarını əsirgəmə.

      ***

      Mahmut Dilaver katibəsinin meqafondakı səsini eşi-dəndə rahatlıqla son anket nəticələrinə baxırdı. Nədənsə bu xatunun səsini eşidəndə içi qıdıqlanırdı.

      Doğurdan da çox xoş səsi vardı. Onu katibə olaraq seçməsində əndamıyla birgə bu dəvətkar səs tonu da təsirli olmuşdu.

      – Əfəndim, Mehmet Demir bəy zəng edir, telefonu qoşum?

      – Qoş yavrum, gözləyirəm.

      Gün hardan çıxıb? Ondan heç xoşu gəlməyən Meh-met Demir durduq yerə heç zəng etməzdi. Bunları düşünə-düşünə gərildiyin hiss edirdi.

      – Ooo Mehmet bəy, bu nə şərəfdir. Necəsiniz? Bu-yurun…

      – Əstəğfürullah Mahmut bəy, sizə zəng etməyib, ki-mə zəng edəcəyik ki? Ölkənin vəziyyəti göz önündədir. De-dim baxım hələ bizim iqtidara namizəd olan partiyamızın li-deri nə düşünür?

      – Mən də sizə zəng edib görüşək deyəcəkdim. Nə vaxtdır həsb-hal edə bilmirik? Ölkə pis vəziyyətdədir. Kö-şənizdən bəzi gerçəkləri yazılarınızda vurğulasanız çox bö-yük xidmət etmiş olarsınız.

      – Əlbəttə, işimiz budur, bilirsiniz. Eyni şeyləri fikir-ləşirik. Görün nə deyirəm, qarşıdakı həftə içi görüşək. Göz-lərdən uzaq bir görüşmə olsun, narahat edilməyək. Mən si-zə zəng edərəm, mümkündürmü?

      – Çox yaxşı olar, Mehmet bəy, sizin zənginizi gözlə-yəcəm. Lakin bir gün əvvəl zəng etsəniz çox yaxşı olar, gö-rüşlərimi nizamlaya bilim.

      – Yaxşı. Görüşənə qədər, işiniz avand olsun.

      Ölkənin ən çox satılan qəzetinin ən çox oxunan ya-zarı zəng etmişdi. Məlum məsələydi ki, iqtidara gələcək partiyanın lideri ilə yaxınlaşmaq istəyirdi. Bu adamın yazı-larını hər gün on milyon adam oxuyurdu. Yazıları ölkə gün-dəmini arxasınca sürükləyirdi. Mehmet Demir kimi bir ada-mı qazanmaq çox yaxşı olardı. Amma, nəyə görəsə bu ada-mın adını duyduqda belə Dilaver gərginləşirdi.

      ***

      Axşam saat yeddiyə yaxınlaşanda Mahmut Dilaver və dəftərxana müdiri Ekrem Sayhan, Demirin özəl ofisinə gəlmişdilər. Rəsmi vəzifələrinə görə Demirin özək heyətin-dən yanında heç kəs yox idi. Ofisdə sadəcə katibəsi və iki cangüdəni var idi.

      Bir müddət havadan-sudan söhbət etdikdən sonra Mehmet Demir, əlinə keçən xüsusi bir araşdırmanı göstər-mək istədiyini bildirərək, yan otağa keçməyi təklif etdi. Baş-başa olmaqları daha yaxşı olacaqdı. Bundan xoşu gəlmədi-yini yerində vurnuxaraq bəlli edən dəftərxana müdiri, Dila-verə:

      – Mən burada gözləyərəm, əfəndim, – deyə bildi.

      Demir yolu göstərdi və hər ikisi iç otağa keçdilər. Bu otaq, dünyada mövcud texnologiyalarla dinlənilməsi müm-kün olmayan bir otaq idi. Divarları və döşəməsi, beş santi-metr qalınlığında metal ilə örtülmüşdü. Pəncərəsi yox idi. Səs əks-sədasının qarşısını almaq üçün istifadə olunan tex-nologiya sayəsində, kimsə otağın qapısına qulağını söykə-yib qulaq assa belə, içəridə top atsalar heç nə eşidə bilməzdi.

      Eyni zamanda, otaqda, hərəkət edən hər şeyi anında çəkə bilən 5 ədəd yeni texnologiyanın məhsulu kamera var idi. Üstəgəl, fısıltını belə qeyd edə bilən səs sistemi quraşdı-rılmışdı.

      Slaydın nümayişi bitdikdən sonra pultla cihazı sön-dürən Demir, Mahmut Dilaverə baxdı. Adam qan-tər için-dəydi. Stolun üstündəki qrafindən bir stəkan su dolduraraq ona uzatdı. Titrəyən əlləriylə stəkanı ağzına tərəf aparan Di-laverin halı, su içərkən özünü nəhəng bir timsahın dişləri arasına salan antilopu xatırladırdı.

      – Bu nə deməkdir, Mehmet bəy, – deyə bildi.

      Bütün təmkinliyi ilə Mahmut Dilaveri süzən Meh-met Demir, özündən arxayın formada:

      – Yəqin başa düşdünüz ki, bir az əvvəl baxdıqlarınız siyasi həyatınızı bitirmişdir, hörmətli Dilaver. Düşünürəm ki, bunda həmfikirik. İndi cavab verməyimiz lazım olan əsl sual, bundan sonra nə olacağıdır.

      Mahmut Dilaver, başını yerdən qaldıra bilmirdi. Zehnində yüzlərcə sual onu rahat buraxmırdı. Ölkənin ən çox oxunan köşə yazarı bu dosyeni ələ keçirmişdisə, doğur-dan da işi bitmişdi. Nə etməliydi? Nə deməliydi? Bu adam ondan nə istəyəcəkdi? Görəsən, bu işdən çıxacaq bir yol var idimi? Demiri razı sala bilsə, dosyeni yox edə bilərdimi?

      Bir qədər sonra başını qaldırıb yazıq bir ifadə ilə De-mirə baxan Dilaver:

      – Bunu kim hazırlayıb? İndi nə olacaq? – deyə sual verdi.

      Stoluna söykənərək ayaq üstə Dilaveri süzməyə da-vam edən Demir:

      – Bunlar lazımsız xırdalıqlardır, Mahmut bəy, – dedi. Bu dosye, bir çox önəmli şəxslərdə var. Hamısı da mənə bağlı olan adamlardır.

      Mehmet Demir sözünə qaldığı yerdən davam etdi:

      – Məni partiyanıza dəvət edəcəksiniz. Üzv olaca-ğam. İki ay sonra keçiriləcək fövqəladə konqresdə partiya sədri olaraq məni təklif edəcəksiniz. Sizi pulla bu vəzifəyə gətirən qərbli qardaşlarınız və biznesmenlər daxil, heç kimə heç nə hiss etdirməyəcəksiniz. Hər şey konqresin keçirildiyi gün olub bitəcək. Dediklərimi başa düşdünüzmü? – dedi.

      – Bunu edə bilməsəniz… deyərək gözlərini Dilaverə dikən Mehmet Demir:

      – Edərəm. Əmin olun ki, edərəm. İndi dediklərimə hərfi-hərfinə riayət edəcəksiniz. Heç kimə də heç bir şey hiss etdirməyəcəksiniz. Sizdən bayrağı mən təhvil alıram. Daha kirlətməyinizə icazə vermərəm. İndi isə gedə bilərsiz, – de-yərək, qapını göstərdi.

      Mahmut СКАЧАТЬ