Müridizm və Şamil. Александр Казембек
Чтение книги онлайн.

Читать онлайн книгу Müridizm və Şamil - Александр Казембек страница 8

Название: Müridizm və Şamil

Автор: Александр Казембек

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ məğlub edilmişdilər. İkinci belə uğursuz cihad 52-ci ildə oldu, Konstantinopol bu vaxt Süfyanın başçılıq etdiyi qoşunlar tərəfindən mühasirəyə alındı: ərəblər böyük qənimətlə geri dönmüşdülər. Türküstan 53-cü ildən 57-ci ilə qədər davam etmiş çoxsaylı cihadlardan sonra sərkərdələr Abdulla və Sad tərəfindən qəti olaraq tabe edildi. Bir sözlə, Məhəmmədin ölümündən sonrakı 50 il-də Asiyanın böyük hissəsi, Afrika və Avropanın bir qismi və Aralıq dənizindəki adalar cihad yolu ilə sasasinlər tərəfindən fəth edildi. Sanballı hakim sülalələrin əsasını qoyan türk soylu müxtəlif hökmdarların xəlifələri himayə

      etmək bəhanəsi altında səs-küylü hərbi şöhrətləri, Sultan Mahmudun Hindistanda, Səlcuq oğullarının Türküstanda, Kiçik Asiyadakı qələbələri, Əlaəddinilərin Türkiyənin Asiya hissəsində və hətta indiki Osmanlıların uğurları, nəhayət, İslamın bütün Dağıstanda və Qafqazda yayılması, həmçinin bu ərazilərdə saxta hakimlərin müvəqqəti uğurları yalnız və yalnız cihada borcludur!

      2.Təriqət

      Bu söz, artıq yuxarıda izah edildiyi kimi, Allaha aparan yol anlamındadır. Başqa ifadə ilə onu sufizmmisti-21 Salman ibn Rəbiə 652/3-cü miladi ilində Bələncərdə öldürülüb.

      30

      sizm 22 də adlandırırlar. Hələ İslamın ilk çağlarında, hətta Məhəmmədin sağlığında belə bəzi yumşaq ürəkli və

      mömin adamlar vardı ki, onlar təbiətləri etibarilə və ya xristian rahibləri ilə ünsiyyət nəticəsində dünya işlərindən tamamilə uzaqlaşır, günlərini dua və ibadətdə keçirir, canlarına cəfa verirdilər. Gündüzləri səhrada, gecələri mağaralarda olur, bitki kökləri və yeməli otlarla qidalanır, adamları özlərinə cəlb edərək onlarda gah maraq, gah heyrət, gah da öz fədakarlıqlarına ehtiram hissi oyadırdı-lar. Bu tanrısevər insanlar sonralar xristian rahibliyinə çox bənzəyən qardaşlıq ocaqları təşkil etdilər23*.

      İslam İranda öz yerini möhkəmlətsə də, bütpərəstliyin və odpərəstliyin izləri xalqın inanclarında qalmaya, zaman keçdikcə, hətta yeni təlimin əsaslarına yol tapmaya bilməzdi. Onlar həmçinin qardaşlıq ocaqlarının islaha-tında da başlıca vasitələrə çevrildilər. Əvvəllər sadə və

      adi, misteriyasız olan şeylər indi heç də hamının anlaya bilmədiyi mistika xarakteri almağa başladı, təşkilati əsaslarla təlimlər, məktəblər quruldu, bunların üzərində sonralar otuz beş rahiblik ordeni əmələ gəldi. Biz bu ordenləri təfsilatı ilə təsvir etmək kimi çox mürəkkəb işi öz üzə-rimizə götürmürük, lakin onların təsis olunduğu çağları və təlimin əsasında duran prinsipləri sizə göstərəcəyik.

      İlk qardaşlıq ocağı Ciddədə, Məcnunun oxuduğu sevgi himnlərinin ilahəsi olan Leylinin bir zamanlar yaşa-22 Bax. qeyd16.

      23* Məhəmməd təriqətə qarşı deyildi, hətta onu özünə aid edib və deyib:

      “Təriqət – mənim gördüyüm işlərdir”. Lakin o, xristian rahibliyini bəyənmir-di. Çünki bu yol evlənməni rədd edir. Ona görə də hədislərdə belə bir fikri ona aid edirlər: “İslamda rahiblik yoxdur”. Burada xristian qaydaları ilə rahiblik nəzərdə tutulur.

      31

      dığı çılğın xəyalpərəstlər ölkəsində yaranmışdır24. Seyid-lərdən, yəni peyğəmbərin nəslindən olan Ulvan adlı təhsilli bir ərəbin hind fəqirlərinin, xristian tərki-dünyaların və dayrların maq qardaşlıq ocaqları ilə tanışlığı vardı. O, səmimi dostlarından, xeyirxah ərəblərdən ibarət adamları başına topladı və az-çox dərəcədə nizamlı, öz qərarlarını, ibadət ayinlərini icra etmək üçün məclisi olan qardaşlıq ocağı təşkil etdi. Bu, hicrətin 149-cu ilində olmuşdu. Bu orden öz təsisçisinin adı ilə “ulvani” adlanır.

      Yarandığı çağı və təsis yerini göstərməklə, bütün ordenlərin xronoloji siyahısı bu şəkildədir:

      Ordenin adı

      Təsisçinin adı

      Təsis yeri

      Hicri il Miladi il Ulvani Şeyx Seyid Ulvan

      Ciddə

      149

      766 Haşimi Əbu Haşim Sufi

      Dəməşq

      156

      722 Sakati

      Əbülhəsən Sirri

      Ba

      ğ

      d

      a

      d

      261

      865

      Sakati Bestami Bayazid

      Cəbəli-

      Bestam Tustari Səhl bəni Abdulla

      Şüştər

      283

      896

      (İran)

      Sührəvərdi-1

      Əbülqədir

      Bağdad

      490

      1096 Arqiani Səhl bin Əhməd

      Arqian

      499

      1015 Qədiri Əbülqədir Gilani

      Bağdad

      581

      1165 Rifaqi Seyid Əhməd

      Bağdad

      578

      1182

      (Betaixi)

      Əbülabbas

      və Vasit

      Sührəvərdi-2

      Şihabəddin СКАЧАТЬ