Müridizm və Şamil. Александр Казембек
Чтение книги онлайн.

Читать онлайн книгу Müridizm və Şamil - Александр Казембек страница 7

Название: Müridizm və Şamil

Автор: Александр Казембек

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ digərləri cihadı yalnız müdafiə müharibəsi kimi təsəvvür edirlər. Bizim müəllif – birinci fikrin tərəfdarıdır. Qəzavat (ərəbcə “yürüş” “axın”, “basqın”) – cihadın adlarından biridir. Qəzavatın gedişində həlak olan şəhid sayılır və deyilir ki, onun Cənnətdə yeri hazırdır. VII-X yüzillərdəki ərəb fütuhatı dövründə qəzavat nəzəriyyəsi xilafətin işğalçılıq müharibələrinin ideoloji əsası idi. Sonralar Osmanlı İmperiyasının torpaqlarını genişləndirməkdə qəzavat ideyasından istifadə olunmuşdur. Bəzən qəzavat müsəlman ruhaniləri tərəfindən milli-azadlıq uğrunda mübarizənin şüarı kimi də irəli sürülürdü, lakin “müqəddəs savaş”

      ideyası başqa dinlərdən olanlara dözümsüzlüyü qızışdırmaqla bərabər, dini mənsubiyyəti qabartmağa, qapalılığa, digər xalqların mübarizəsinə yad nəzərlə baxmağa gətirib çıxarır. (Смирнов Н.А. Мюридизм на Кавказе. – М., 1962; Климович Л.И. Ислам. – М., 1962).

      26

      ora nə pis yerdir!” (“Quran”, IX surə, 73-cü ayə). Yenə orada deyilir: “Allah mömin kişilərə və mömin qadınlara (ağacların) altından çaylar axan cənnətlər və Ədn18* cənnətlərində

      gözəl məskənlər vəd buyurmuşdur” (72-ci ayə). Başqa bir yerində (“Quran”, II surə, 218-ci ayə) Allah Məhəmmədə

      deyir: “Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələnlər və Allahın yolunda cihad edənlər Allahın rəhmətinə ümidvardırlar”.

      Susuz Ərəbistan səhraları sakinlərinin arzu və xəyal-larını şirnikləndirən, bol suların axdığı bu möhtəşəm bağlar, səmavi ölkələrdə hər neməti olan məskənlər, daima Allahın yanında, cah-cəlal, hurilər-qılmanlar arasında olmaq imkanı cihadda həlak olan və hətta həyatını itirmədən onda iştirak edən hər kəsin axirət mükafatıdır. Onları real şəkildə və maddi olaraq daha nə cəlb edə bilərdi?

      Məhəmməd məsələnin bu tərəfini də unutmurdu: bu zəngin qənimətlər, kölələr, məğlubların əmlakı, onların arvadları və uşaqları idi. Müsəlman qanunlarına üz tutaraq bu bölmənin yalnızca başlıqlarını gözdən keçirək. Bunun üçün hər hansı müsəlman hüquq kitabını, məsələn, Təhtə-vinin əlimin altında olan kitabını götürürəm. Onun I və II fəsillərini, 436-493-cü səhifələrini gözdən keçirək. Başlıca məzmun belədir.

      1. İmamın buyurduğu cihadın müsəlman cəmiyyətin-də müqəddəs borc olması haqqında.

      2. Müsəlmanlara kafirlər hücum edəndə, cihad buna qabil olan19* hər bir müsəlmanın müqəddəs borcudur, 18* Peyğəmbərin təfsirinə görə, Ədn – Allahın məskəninin adıdır, onu nə eşidən, nə də görən olub.

      19* Yəni nə xəstə, nə uşaq, nə də dəli olan.

      27

      hərçənd bunu imamın icazəsi olmadan da etmək mümkündür.

      3. Cihad kimə qarşı yönəldilə bilər; fəth edilmiş ölkələr, qüvvə tətbiq etməklə itaətə gətirilmiş xalqlar və insanlarla necə davranmalı, kimi qılıncdan keçirməli, kimə

      rəhm etməli.

      4. Qənimətlər və əsirlər haqqında: a) imamın çağırışı üzrə döyüş əsnasında kimin kimi öldürməsi; öldürülənin əşyaları qatilə məxsusdur; b) belə bir döyüşə çağırış əsnasında müharibədən kim nə gətirirsə, bu ona məxsusdur.

      c) yerdə qalanlar – qoşun arasında ümumidir, xüms istisna təşkil edir – beşdə bir imam üçündür; ç) imam kimin həyatını bağışladısa, o, əsir sayılır: onun geriyə satın alınmasına yalnız müharibə müddətində yol verilir.

      5. Vergilər və yığımlar haqqında.

      6. Qorunmağı xahiş edən dinc əhali haqqında.

      7. Xainlər haqqında və s.

      Cihad, İmamın ac-yalavac təbəələrindən ötrü, əlbəttə, şövqlü ovçu üçün ov ilə müqayisədə daha xoş və könüla-çan məşğuliyyətdir. Doğrudan da, görün nə qədər fərq var! Sonuncu – imam – özünün müridləri olan tazıları və

      ov itləri20 ilə evini, dostlarını tərk edir, şirin yuxusundan olur və sevimli səfərinə yola düşür; Bəzi hallarda ağlasığmaz çətinliklərdən keçir, qaçağan atın belində yorulmadan qarşısına çıxan çayları, bataqlıqları, dərələri vecinə

      almadan, tər və köpük içində məsafələr qət edir və gənclik rəşadətindən xəbər verən zil səsi ilə nəfəs dərmədən 20 Mürid (ərəbcə “arzu edən” “can atan”; şeyxə itaətkarcasına tabe olan) –

      özünü mənəvi kamilləşməyə həsr edən müsəlman. Mürid şəriətin bütün qaydalarını yerinə yetirməli, bütün vaxtını orucda və ibadətdə keçirməlidir.

      28

      arxasınca gələn itlərini haya basır: “Tut! Basmarla! Gözünə dönüm sənin! Qoyma! Al!”

      Bəs sonrasında nə olur? Yorğun-arğın, bir çox halda üzgün, itirilmiş günün ona verə biləcəyi hər hansı fayda-dan məhrum vəziyyətdə geri qayıdır və yıxılıb yatır; qazancı – bir tikə qızardılmış ət və ya dəri, daş kimi yuxu və ovçu şöhrəti olur. Nə zəngin qənimət var, nə səmavi nemətlərə ümid.

      Cihad isə əksinə, ovun verdiyi zövq-səfa və yüksək şan-şöhrətdən fərqli olaraq bu günün saysız qənimətləri ilə bərabər, fikri ac-yalavac, başının üstündə damı olmayan müsəlmana tam mənası ilə Cənnəti təlqin edir. Başlıcası isə, gələcək axirət həyatında Allahın vəd etdiyi nemətlərə möhkəm ümid aşılayır! Bax, hüquqi və texniki baxımdan cihad bu deməkdir.

      İslamın ilk hökmdarları bütün fəthlərdə yalnız cihada borcludurlar. Suriyada, Misirdə, İranda, Türküstanda, Er-mənistanda, Kiçik Asiyada və nəhayət, Dağıstanda hələ

      İslamın ilk əsrində onların azsaylı fanatiklərlə birlikdə qazandıqları parlaq qələbələr şübhə doğurmur. Suriya və

      Fələstinin bir qismi komandanlardan Əbu-ÜbeydəXalid tərəfindən hicrətin 14-15-ci illərində cihadın köməyi ilə

      itaətə gətirilmişdir. İranın bir hissəsi cihad yolu ilə hicrətin 15-16-cı illərində sərkərdə Saad tərəfindən itaətə gətirilmiş və Sasanilərin paytaxtı alınmışdır. Misir hicrətin 20-ci ilində cihad yolu ilə sərkərdə Amr tərəfindən itaətə

      gətirilmişdir. СКАЧАТЬ