irəlidə sıralanan sərdabələrdən əsrlərin və ölümün cansıxıcı ağırlığını çox kəskin hiss etdi. Hissi gücləndirən düz üzbəüz, apsidanın əks qurtaracağında cinayət yerinin uzaq hüdu-dunda ucalan papa VIII Urbanın sərdabəsi idi. Monumenti papanın əlini qaldırıb xeyir-dua verən bürünc heykəli tamamlayırdı. Lakin onun ayaqları altında başdaşı vardı və bu başdaşından bürünc skelet qalxırdı. Ölən papanın adını indicə
bükülü kağıza yazan sümüklü əl göyə qalxaraq donmuşdu.
Reyçel bu mənzərədən sıxıldı.
Adətən cavan qadın xüsusi bir mövhumatçılıqla fərqlənmirdi, amma indi, Viqor əmi ölüm yatağında olarkən…
Əgər o, əmisini itirsə necə olar?
Reyçel dönmək istəyirdi, amma onun nəzəri istər-istəməz ölüm simvolu olan qorxunc heykələ ilişib qalmışdı. Onu soyuq titrətmə tutdu və qolundakı tükləri biz-biz oldu.
49
Ölüm.
Reyçel əmisinin sayıqladığı yeganə sözü bərkdən pıçıldadı.
− Morte.
O, mərmər başdaşının üstündə çöməlib donmuş bürünc heykəli diqqətlə süzdü. Bəs əgər əmisi nəsə izah etmək, çatdırmaq istəmişdisə?
Reyçel sarı lent boyunca aspidanın əks tərəfdəki qurtaracağına tələsdi. Barmaqlarının ucunda duraraq, daha diqqətlə baxdı. Lakin abidəni diqqətlə nəzərdən keçirdiyinə
baxmayaraq, bu kiçik detal az qala gözündən qaçmışdı. Qəhvəyi dəri kəmərcik zaman ötdükcə tündləşmiş bürünc rənğındə idi.
Reyçel lateks əlcəkləri geyib qaytana çatmaq üçün başdaşının kənarına dırmaşdı. Onu tutaraq Ölümün sümüklü əlində olan balaca kisəciyi çıxartdı. Reyçel qəniməti əlində sıxaraq aşağı atıldı. Görəsən onun tapıntısının bir mənası varmı? Yoxsa bu, hansısa inamlının və ya turistin qoyduğu mənasız bəzəkdir?
Reyçel o dəqiqə dəridə yandırılmış damğanı gördü. Elə
görünürdü ki, onun heç bir mənası yoxdur. Bu, sehrli talis-mana bənzəyən kobud spiral idi.
Məyus olmuş gənc qadın kiçik dəri kisəciyi çevirdi. O biri üzdəki yandırılmış damğanı görəndə onun nəfəsi tutuldu.
Xaçla bölünmüş dairə.
50
Reyçel artıq bu damğanı Marko Covanni atanın cəsədinə
baxışın kriminalist hesabatında görmüşdü.
Bu cür damğa ölü keşişin alnına vurulmuşdu. Söz yox ki, bunda hansısa bir məna vardı, amma hansı?
Reyçel buna cavab almaq üçün bir yer tanıyırdı. Kisəciyi açıb içindəkini ovcuna boşaltdı. Cavan qadın yalnız bir əşyanı görüb qaş-qabağını tökdü. Bu, kiçik və qaralmış budağa bənzər bir şey idi. Reyçel diqqətlə baxdı və o saat öz səhvini başa düşdü.
Balaca budağın dırnağı vardı. Reyçel dəhşətə gələrək az qala onu əlindən salmışdı. Onun əlindəki, heç də budaq deyildi. Bu, bir insan barmağı idi.
Saat 14:55
Vaşinqton
Peynter Krou özünün pəncərəsiz kabinetində masa arxasında oturmuşdu və ovucları arasında aspirin şüşəsini diyirlədirdi. Göz almacıqları arasında möhkəm başağrısından xəbər verən küt ağrı vardı. Peynter şüşəni silkələyərək heyfsiləndi ki, hər hansı başqa güclü təsiredici vasitəyə əl ata bilmir, məsələn yaxşı bir səməni viskisinə.
Amma o daha artıq həvəslə bunu rəfiqəsinin etdiyi boyun massajı ilə əvəz edərdi. Təəssüf ki, Liza Qərb sahilinə –
51
Yosemit milli parkına, qayalara dırmaşan idmançı qardaşının yanına getmişdi. O, yalnız gələn həftə qayıdacaqdı. Özbaşına qalan Peynter “Bayer” şirkətinin məhsulu ilə kifayətlənməli idi.
Bir neçə saat idi ki, Peynter çox hissəsi əvvəlkitək bütün divarboyu yerləşən və onun masasını əhatə edən geniş
mayekristal monitorlarda əks olunmuş məlumatı öyrənirdi.
Ekranlardan birinə baxan Peynter mininci dəfə təəssüf etdi ki, onun kabinetində bir dənə də olsun həqiqi pəncərə yoxdur.
Ola bilsin, bu peko hindilərinin qanından irəli gəlirdi, amma ona mavi səma ilə, ağaclarla və adi həyat ritmləri ilə əlaqə
lazım idi.
Lakin bu heç vaxt olmayacaq.
Peynterin kabineti “Siqma”nın mərkəzi idarəsinin digər otaqları kimi yerin dərin qatında Esplanadada – “Smitson qəsri”nin altında gizlədilmişdi. Mərkəz İkinci dünya müharibəsindən qalan, yenidən təchiz edilmiş bomba sı-ğınacağında yerləşirdi. Bu yeri həm hökumət idarələrinə yaxın olduğu üçün, həm də Smitson institutunun çoxsaylı tədqiqat laboratoriyalarına tez çatmaq imkanı yaratdığı üçün seçmişdilər.
Hal-hazırda Peynter bütün bunları yeganə bir pəncərəyə
dəyişərdi. Digər tərəfdən, son bir neçə il ərzində bura onun evi olmuşdu və o bura səmimiyyətlə yanaşırdı. “Siqma” mərkəzə
dəyən keçən ilki zərbədən hələ də özünə gəlirdi. Dəyən zərər his çəkmiş divarlar və dağıdılmış avadanlıqlardan daha böyük idi. Vaşinqton siyasəti özündə hakimiyyətin, şöhrətpərəstliyin və amansız düşmənçiliyin dolaşıq kələfini ifadə edirdi. Burda güclülər zəifləri parçalayırdılar. Ədalətli olsa da, olmasa da, bu hücum Amerika kəşfiyyat idarələri arasında “Siqma”nın eti-barını qırdı.xx
52
Həmçinin Peynter şübhələnirdi ki, hücumun əsl qı-zışdırıcıları əvvəlki tək azadlıqda qalırdılar. Hücuma rəhbərlik edən adam – hərbi kəşfiyyat idarəsinin şöbə rəisi – nə vaxtsa ləyaqətsiz davranışına görə “Siqma”dan qovulmuşdu. Lakin Peynter inanmırdı ki, o bunları təkbaşına edə bilərdi. Belə
güclü СКАЧАТЬ