formalı polis sütunların arasında və açıqlıqda gəzişirdilər. Onlardan biri meydanın ortasında ucalan Misir obeliskinin dibində dayanmışdı. Hamının çiynində avtomat tüfənglər vardı.
45
Mühasir xəttinə yaxınlaşan Reyçel sənədlərini göstərdi.
Polis qaş-qabağını tökdü. Ortayaşlı, yekəqarın polis əyri ayaqlarını aralayıb durmuşdu. Şəhər polisi ilə karabinerlərin arası o qədər də yaxşı deyildi.
– Sizə bura nə üçün lazımdır? – deyə polis sərt şəkildə
soruşdu. – Bu terror aktıyla, Mədəni irslərin mühafizəsi agent-liyinin nə əlaqəsi var?
Sual ədalətli idi. Reyçelin işlədiyi idarə incəsənət əsərlərinin oğurluğu və əntiq şeylərin qara bazarı ilə məşğul olurdu. Onun daxili terrorizmə heç bir aidiyyəti yox idi. Reyçelin burda olması üçün rəsmi əsası yox idi. Bundan əlavə, zərərçəkənlərdən birinin yaxın qohumu olduğu üçün, ona Müqəddəs Pyotr kilsəsindən uzaqda durmağı şəxsən tapşırmışdılar.
Amma o, cinayət yerinə şəxsən baxış keçirmək istəyirdi.
Reyçel öskürüb irəlini göstərdi.
– Mən partlayış yerini təsvir etmək və ondan sonra heç bir incəsənət əsərinin oğurlanmadığına əmin olmaq üçün burdayam.
– Deməli, kağız işləri… – Polisin səsində istehza duyulurdu. Burnunun altında mızıldadı: – Təəccüblü deyil ki, qadın göndəriblər.
Reyçel təhqirə fikir vermədi. Vəsiqəsini gizlətdi.
– Bağışlayın, mən tələsirəm. Artıq gecdir, mənsə çox iş
görməliyəm.
Polis çiyinlərini çəkərək, yalnız bir addım geri çəkildi.
Reyçel onun yanından sıxılaraq keçməyə məcbur oldu. Polis öz ölçüləri ilə onu qorxutmağa çalışaraq, bütün çəkisi ilə ona təzyiq etdi. Reyçel onun oyununu başa düşdü. Əsasən kişilərin işlədiyi idarədə qadınlara ya təhlükə, ya da şikar kimi münasibət bəsləyirdilər.
46
Baş qaldıran qəzəb bir anlığa təlaşa və narahatçılığa üstün gəldi. Reyçel sıxılaraq kobud polisin yanından keçəndə əmin oldu ki, dabanı onun ayağının üstündədir. O bütün ağırlığını ayaqqabısının nazik dabanına saldı.
Polis ağrıdan bağıraraq, geri sıçradı.
– Scusi1 , – deyə Reyçel soyuq üzr istədi və geri baxmadan meydana keçdi.
– Zoccola2! – polis onun ardınca qışqırdı.
Ona fikir vermədən Reyçel boş meydanı keçdi. Meydanı hər iki tərəfdən Bernini sütunlarının irəli uzanmış əlləri qu-caqlayırdı. Obeliskin və fontanların yanından keçib kilsənin əsas qapılarına yönələn Reyçel hiss etdi ki, addımını ye-yinlədib. Başı üzərində, gecə səmasının fonunda Mikelancelonun əsəri olan geniş günbəz parlayırdı.
Kilsəyə girişi qoruyan müqəddəs Pyotr və müqəddəs Pavelin əzəmətli heykəllərinin arasından keçən Reyçel qılıncla silahlanmış apostol Pavelin dibindəki yazıya baxdı. İvrit dilindəki yazıda deyilirdi: “İçimdə möhkəmlənən İsa Məsihdə
hər şeyi bacarıram”. Reyçel ivritcə bilmirdi, amma bu sözləri ona hələ uşaqlıqda əmisi Viqor öyrətmişdi. Cavan qadın həm bu sözlərdən, həm də əmisinin xatirəsindən güc topladı.
Reyçel qətiyyətlənərək, pillələrlə kilsənin girişinə qalxdı.
Qapılar bağlı deyildi. O, giriş dəhlizindən keçərək, iki yüz metrədək irəli uzanan nefə girdi. İçəridəki zülmət yalnız xeyrat şamlarının titrək işığı ilə işıqlanırdı, nefin axırında isə
daşına bilən natriumlu lampaların işığında papanın mehrabı parlayırdı. Hətta durduğu yerdən Reyçel sarı polis lentini gördü.
1 Bağışlayın (it.).
2 Eybi yoxdur (it.).
47
Partlayış apsidada, əsas mehrabın arxasındakı məkanda baş vermişdi. Reyçel incəsənət, arxitektura və tarixi xəzinələrə
fikir vermədən mərkəzi keçiddən keçdi. Onun diqqəti irəlidə
onu nə gözlədiyinə yönəlmişdi.
Əsas mehraba çatan cavan qadın cinayət yerini ayıran lentə yaxınlaşdı. Belə gec vaxtda burada heç kim yox idi. İki gün ərzində ekspertlər və kriminalistlər fırçalarla, bərnilərlə, reaktivli sınaq boruları ilə dəlil toplayaraq ətrafda hər yeri yoxlayırdılar. Artıq müəyyən edilmişdi ki, apsidada yeni nəslin xüsusi güclü partlayıcısı – bərk heptanitrokuban maddəsi partlamışdı.
Qarşısında hislə örtülmüş mərməri görəndə Reyçeli əsmə
tutdu. Yalnız bu mənzərə partlayışı xatırladırdı. Çünki artıq qanı da yumuşdular. Lakin döşəmənin lentlə əhatə olunan hissəsində əvvəlkitək partlayış dalğasının yayılma trayektoriyasını müəyyənləşdirməyə imkan verən qara izlər bilinirdi. Apsidanın bir küncündə Marko Covanni atanın cəsədinin olduğu yeri təbaşirlə çəkilmiş kontur göstərirdi. Həlak olmuş keşiş Müqəddəs Pyotr kafedrasının dibində, Müqəddəs Ruhu təcəssüm etdirən göyərçin təsvirli pəncərənin altında tapılmışdı.
Reyçel artıq cavan keşişin cinayət işi ilə tanış olmuşdu.
Marko Covanni onun əmisinin şagirdi, arxeoloq-həmkarı idi.
Son on ili o İrlandiyada keçirmişdi. Orada keltlərdən xristianlığın köklərini, katolik etiqadıyla bütpərəstlik ayi-nlərinin qəribə uyğunlaşmasını tədqiq edib öyrənməklə məşğul idi. İlk növbədə onu Qara Madonna ilə bağlı əsatirlər maraqlandırırdı; çoxları bunda bütpərəst Ana-Torpağın və Müqəddəs ananın simbiozunu görürdülər.
Bu suallarla məşğul olan arxeoloq nədən ötrü qurban olmalı idi? Yoxsa bu təsadüfən baş vermişdi? Doğrudanmı 48
Viqor əmi və onun şagirdi lazım olmayan saatda və yerdə
olmuşdular?
Elə bil ki, baş verən hadisənin heç bir mənası yox idi.
Reyçel udqunaraq geri döndü. Viqor əmini papa mehrabının yanında СКАЧАТЬ