Amerika faciəsi . Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 6

Название: Amerika faciəsi

Автор: Теодор Драйзер

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ qapısı ağzında qısaqollu köynək kombinezon geymiş Taytus Oldenin özünü gördü; qocanın üzü, zahiri görkəmi və bütün qiyafəsi aydın göstərirdi ki, o, öz cidd-cəhdlərinin əbəs olduğunu başa düşən, bəxti gətirməmiş bir adamdır. İndi Meyson bugün Bricburqdan yola düşməzdən əvvəl, telefon vasitəsilə buraya zəng etmədiyinə təəssüfləndi: o başa düşdü ki, belə bir adam üçün qızının ölüm xəbəri dəhşətli bir zərbə olacaqdır. Bu an Taytus ona doğru gələn Meysonu görərək, onun, yolu soruşmaq istəyən gəlmə bir adam olduğunu düşünərək, nəzakətlə prokurora yaxınlaşdı.

      – Mister Taytus Olden sizsinizmi?

      Bəli, ser, mənəm.

      Mister Olden, mənim familiyam Meysondur, mən Bricburqdan gəlmişəm, Kataraki mahalının prokuroruyam.

      Çox yaxşı, ser, – deyə Taytus, prokurora nə üçün lazım olduğunu, həm də belə uzaq bir mahalın prokuroruna nə üçün lazım olduğunu başa düşməyərək cavab verdi. Meyson isə Taytusun üzünə baxaraq, söhbətə nədən başlayacağını bilmirdi. Gətirdiyi faciəli xəbər, çox zəif və taqətsiz olan bu adam üçün, yəqin ki, ölümcül bir zərbə olacaqdı. Onlar evin qabağında ucalan şam ağaclarından birinin altında dayanmışdılar. Şam ağacının iynələrini titrədən xəfif külək, dünya qədər qədim mahnısını pıçıltı ilə təkrar edirdi.

      Mister Olden, – deyə Meyson özünə xas olmayan qeyri-adi bir ciddiyyət və yumşaqlıqla sözə başladı, – Sizin Berta və yaxud Alberta adlı bir qızınız vardırmı? Mən onun adını dürüst bilmirəm.

      Roberta, – deyə Taytus Olden prokurorun səhvini düzəltdi və nə isə pis bir şey hiss edib, daxilən diksindi.

      Meyson qorxurdu ki, bu adam sonra heç bir şey danışa bilməz, onun öyrənib-bilmək istədiklərini əməlli-başlı nağıl edə bilməz. Ona görə prokuror tələsik soruşdu.

      –Yeri gəlmişkən soruşmaq istəyirəm ki, siz təsadüfən burada Kliford Qolden adlı bir gənci tanımırsınız ki?

      – Belə bir adam haqqında heç vaxt heç bir şey eşitməmişəm, hər halda yadıma gəlmir, – deyə Taytus yavaş-yavaş cavab verdi.

      – Bəlkə, Karl Qrexem adlı birisini tanıyırsınız?

      – Xeyr, ser. Bu adda bir adam tanıdığım yadıma gəlmir.

      – Mən də elə bu fikirdə idim, – deyə Meyson, Taytusdan artıq özünə müraciət edərək, səsləndi və ciddi, sərt amiranə bir ifadə ilə sözünə davam etdi: – yaxşı, deyin görüm, sizin qızınız bu saat haradadır?

      – İndi bu saat o, Likurq şəhərindədir. O, orada işləyir. Ancaq siz bunu nə üçün soruşursunuz? Məgər pis bir iş tutmuşdur… yaxud sizdən bir şey xahiş etmişdir? – Taytus zorla gülümsədi, lakin onun qonur-mavi gözlərində bir çaşqınlıq və təlaşlı bir sual ifadəsi var idi.

      – Bircə dəqiqə səbir edin, Mister Olden – deyə Meyson yumşaq ifadə ilə, lakin eyni zamanda qətiyyətlə sözünə davam edirdi. – Bu saat mən hər şeyi sizə izah edərəm. Lakin əvvəlcə mən sizə iki-üç sual verməliyəm. – Bunu deyərək, prokuror həm ciddi, həm də təəssüfünü bildirən bir ifadə ilə, Taytusa baxdı. – Axırıncı dəfə siz qızınızı nə vaxt görmüsünüz?

      – O buradan, keçən salı günü səhər çıxıb getmişdir, Likurq şəhərinə qayıtmalı idi. O, orada, Qrifitslərin yaxalıq və köynək hazırlayan fabrikində işləyir. Lakin…

      – Bircə dəqiqə səbr edin, – deyə prokuror möhkəm bir səslə təkrar etdi, – bu saat mən hamısını izah edərəm. Yəqin qızınız həftənin axırı üçün evə gəlibmiş, elədirmi?

      –O, məzuniyyət götürüb gəlmişdi və təqribən bir aya qədər bizim yanımızda yaşadı, – deyə Taytus ağır-ağır və müfəssəl izahat verdi. – O özünü çox da yaxşı hiss etmirdi, buna görə bir az istirahət etmək üçün evə gəlmişdi. Ancaq buradan çıxıb gedəndə tamamilə sağlam idi. Ümid edirəm ki, mister Molden, siz onun başına nə isə pis bir iş gəldiyini demək istəmirsiniz? – Taytus uzun və günəşdən qaralmış əlini çaşqın bir halda çənəsinə qaldırdı. – Mənim başıma belə bir fikir gəlsəydi… O, əsəbi bir halda, əlini seyrək çal saçlarına çəkdi.

      – Qızınız gedəndən sonra, siz ondan bir xəbər, bir məktub almışdınızmı? – deyə Meyson, o ağır zərbəni endirməzdən əvvəl, mümkün qədər çox məlumat almaq üçün möhkəm bir niyyətlə, sakit bir halda sözünə davam edirdi. – O sizə, Likurq şəhərinə deyil, başqa bir yerə gedəcəyi barədə bir şey yazmamışdı ki?

      – Xeyr, ser, biz ondan heç bir xəbər, heç bir soraq almamışıq. Ancaq deyin görüm, onun başına bir iş gəlməmişdir ki? Bəlkə o elə bir iş görmüşdür ki… yox, belə bir şey ola bilməz! Ancaq siz elə sorğu-sual edirsiniz ki… elə danışırsınız ki…

      Taytus azacıq titrəyir və əlini şüursuz bir halda, rəngi qaçmış nazik dodaqlarına sürtürdü. Lakin prokuror onun sualına cavab verməyərək, Robertanın anasına yazdığı məktubu cibindən çıxartdı və yalnız zərfin üzərindəki yazını qocaya göstərərək soruşdu:

      – Bu, sizin qızınızın xəttidirmi?

      – Bəli, ser, bu onun xəttidir, – deyə, Taytus səsini azacıq qaldıraraq cavab verdi. – Axı nə olmuşdur, cənab prokuror? Necə olmuşdur ki, bu məktub sizin əlinizə düşmüşdür? Orada nə yazılmışdır? Taytus, Meysonun gözlərində nə isə dəhşətli bir fəlakətin xəbərini artıq aydın surətdə oxuyaraq, böyük bur həyəcan içində gərgin və əsəbi bir halda əllərini sıxdı. – Bu nədir? Orada nə var?… Mənim qızım o məktubda nə yazmışdır? Siz qızımın başına nə gəldiyini deməlisiniz! – Taytus həyəcan içərisində ətrafına baxdı, sanki evə qaçmaq, kimi isə köməyə çağırmaq, duyduğu dəhşəti arvadına söyləmək istəyirdi… Meyson isə bədbəxt qocanı nə hala saldığını görərək, qüvvətlə, lakin dostcasına bir hərəkətlə onun qolundan tutdu.

      – Mister Olden, – deyə Meyson sözə başladı. – Bizim hər birimizin həyatında elə ağır dəqiqələr olur ki, bu zaman biz bütün mətanətimizi səfərbər etməliyik. Mən nə baş verdiyini açıb sizə deməyə ona görə cəsarət etmirəm ki, mənim də başım həyatda çox şeylər çəkmişdir və indi sizin necə əzab çəkəcəyinizi başa düşürəm.

      – O yaralanmışdır? Bəlkə o ölmüşdür? – deyə Taytus bərkdən qışqırdı və geniş gözləri ilə prokurorun üzünə baxdı:

      Orvil Meyson başını yırğaladı.

      – Roberta! Mənim balam! İlahi, aman Allah! – qoca, sanki zərbə almış kimi əyildi və yıxılmamaq üçün ağaca söykəndi. – Ancaq necə? Harada? Onu fabrikdə maşın əzib öldürmüşdürmü? Aman Allah! Taytus evə, arvadının yanına getmək üçün geri СКАЧАТЬ