Amerika faciəsi . Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 2

Название: Amerika faciəsi

Автор: Теодор Драйзер

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ yəni Ay buxtasında çevrilmiş qayıq, şlyapa və vual tapılmışdı. Dərhal mehmanxananın bütün xidmətçiləri, bələdçilər və bu iş üçün muzdla tutulan başqa adamlar göldə suya baş vuraraq, uclarında qarmaqlar olan uzun çəngəllərlə suyun dibini axtarmağa və batanların meyitlərini tapıb çıxartmağa çalışmışdılar. Bələdçi Sim Şup, mehmanxananın sahibi və qayıq stansiyasının icarəçisi, məhv olan qadının çox gənc və qəşəng olduğunu, onunla bərabər olan oğlanın isə – göründüyünə görə çox varlı bir gənc olduğunu danışırdılar, buna görə bu hadisə, buradakı beş-on nəfərdən ibarət sakinləri – odunçuları və mehmanxana xidmətçilərini – nəinki maraqlandırmış, eyni zamanda xeyli mütəəssir etmişdi. Üstəlik, hamı təəccüb edirdi ki, nə cür olmuşdur ki, bu cür küləksiz, gözəl bir gündə belə qəribə, bədbəxt bir hadisə baş vermişdir.

      Lakin günorta vaxtı, az sürən bir axtarışdan sonra çəngəllə işləyənlərdən – Con Pol adlı bir odunçu, – qarmağını qızın paltarına ilişdirərək, Robertanın cəsədini sudan çıxartdıqda, ümumi həyəcan daha da ardı – qızın ağzının və burnunun yanında, sağ gözünün üstündə və altında açıq-aydın bir şəkildə zədəli yerlər görünürdü və bu hal, buraya yığılanların hamısında dərhal bir şübhə doğurdu. Qayıqda oturmuş Co Rayner ilə bərabər cəsədi sudan dartıb çıxardan Con Pol, qızın üzünə baxıb səsləndi:

      Ax, yazıq qız! Qu kimi yüngüldür. Heç başa düşə bilmirəm ki, nə cür olub ki, o batıb boğulmuşdur.

      O, qayığın kənarından aşağı əyildi və qüvvətli əlləri ilə Robertanın belindən tutaraq, qızın yaş və hərəkətsiz meyidini qayığa çəkdi, bu zaman onun yoldaşları başqa qayıqlara işarə verdilər və onlar hamısı sürətlə, meyit tapılan yerə hərəkət etdilər.

      Con, qızın suda dolaşıq düşüb, üzünü örtmüş şabalıdı rəngli gur saçlarını kənara ataraq, əlavə etdi:

      Oho, deyəsən, məsələ başqa cürdür! Bir bax, Co! Elə bil yazıq qızı nə iləsə vurublar. Bir yaxşı bax!

      Bir az sonra qayıqlarda üzüb gələn bütün odunçular və mehmanxana sakinləri Robertanın üzündəki qançırları diqqətlə gözdən keçirməyə başladılar. Sonra qızın meyidi şimala tərəf, qayıq stansiyasına aparıldıqda və qızla bərabər olan adamın meyidini tapmaq üçün göldə təzədən axtarış başlandıqda, hər kəs öz rəyini deməyə başladı: “Burada nə isə bir iş var… Qızın üzündəki o qançır yerlər… ümumiyyətlə… nə cür olmuşdur ki, belə sakit bir havada qayıq çevrilmişdir?”, “Bu saat yoxlayarıq görək, gölün dibində başqa bir meyit də varmı…” Lakin saatlarla davam edən axtarış bir nəticə vermədikdə, hamı qəti olaraq bu qərara gəldi ki, çox güman ki, gölün dibində kişinin meyidi yoxdur və heç olmamışdır – bu, dəhşətli və həyəcanoyadan bir fikir idi…

      Bundan sonra, Klayd ilə Robertanı stansiyadan gətirən bələdçi ilə, Biq Bitern və Qrass gölləri sahilindəki mehmanxana sahiblərinin arasında baş verən danışıqda aşağıdakı şeylər müəyyən edildi: 1) suda boğulan qız öz çamadanını Qan-Lodj stansıyasında saxlanmağa vermişdir, halbuki onunla bərabər olan Kliford Qolden adlı gənc çamadanını özü ilə bərabər götürmüşdür; 2) əvvəlcə Qrass gölü sahilindəki mehmanxanada, sonra isə Biq Biterndəki mehmanxanada dəftərlərlə qeyd edilmiş familiyalar arasında şübhə oyadan bir ziddiyyət vardı: mehmanxanaların birində qeyd dəftərində – Karl Qrexem yazılmış, o birisində isə Kliford Qolden qeyd edilmişdi, halbuki zahiri görkəmi nəzərə alındıqda (hər iki mehmanxana sahibi ətraflı müzakirədən sonra bunu lap yəqin etmişdilər), şübhə yeri qalmırdı ki, bu eyni biradam olmuşdur; 3) özünü Kliford Qolden, yaxud Karl Qrexem adlandıran o adam həmin gün onu Biq Bitern gölü sahilinə aparan bələdçidən, göldə çox adam olub-olmadığını soruşmuşdur. Bundan sonra indiyədək tutqun olan şübhələr, qəti bir inam hissi ilə əvəz olundu: burada nə isə bir cinayət baş vermişdi. Artıq buna heç bir şübhə yox idi.

      Buraya gəlib çıxan müstəntiq Xeytə dərhal xəbər vermişdilər ki, şimal meşələrinin sakinləri çox həyəcana gəlmişlər və şübhələrində haqlı olduqlarına əmindirlər. Onlar belə güman edirlər ki, Klifordun və yaxud Qrexemin meyidi heç vaxt gölün dibində olmamışdır. Xeyt özü də qayıq stansiyasının yanındakı kiçik bir evdə ehtiyatla taxtın üstünə qoyulmuş naməlum qızın meyidini diqqətlə gözdən keçirərək, onun gənc və gözəl olduğunu gördükdə, nəinki bu qızın zahiri görkəmindən, eyni zamanda şübhə ilə dolu olan bütün bu mühitdən qəribə bir həyəcana gəldi. Hələ bu azdır. Mehmanxana kontoruna yığılaraq Robertanın paltosunun cibində tapımış məktubu oxuduqda, o, qəti olaraq ən qara şübhələrə meyl etməyə başladı, çünki məktubda yazılmışdı:

      “Qrass gölü, Nyu-York ştatı, 8iyul.

      Anacan, əzizim!

      Biz indi buradayıq və nikahlanmağa hazırlaşırıq, lakin mən bunu təkcə sənə yazıram. Xahiş edirəm bu məktubu atama və ümumiyyətlə heç kəsə göstərməyəsən, çünki bu məsələ hələlik gizlin qalmalıdır. Milad bayramında mən sənə bu barədə danışmışdım, ona görə indi nigaran qalma, heç bir şey soruşma və mənim barəmdə heç kimə heç bir söz demə. Yalnız bunu deyə bilərsən ki, məndən məktub almışsan və mənim harada olduğumu bilirsən. Qorxma, hər şey yaxşı olacaqdır. Anacan, səni qucaqlayıb hər iki yanağından bərk-bərk öpürəm. Nigaran qalma və atamı inandırmağa çalış ki, hər şey öz qaydasındadır, ancaq nə ona, nə Toma, nə də Qiforda bu barədə heç bir şey demə, yaxşımı? Səni dönə-dönə öpürəm.

      Səni sevən Berta.

      P.S. Bunlar hamısı hələlik, məxfidir və bu məsələ bizim aramızda gizli qalmalıdır, bir az sonra isə mən sənə məktub yazıb xəbər verəcəyəm ki, artıq bu məsələ gizli deyildir”.

      Kağızın yuxarı küncündə, konvertin üstündə olduğu kimi möhür vardı: “Qrass gölü” mehmanxanası, Nyu-York ştatı, mehmanxana sahibi – Cek, Evans”. Görünür, bu məktub, onlar mister və missis Qrexem adı ilə qeyd olunub, gecəni bu mehmanxanada keçirdikdən sonra, səhər yazılmışdı.

      Ah, bu gənc qızların yelbeyinliyi!

      Məktubdan aydın görünürdü ki, onlar bu mehmanxanaya ər-arvad kimi gəlmişdilər, lakin evli deyilmişlər. Bu məktubu oxuyarkən mister Xeytin tükləri ürpəşdi, çünki onun özünün də qızları var idi və o, qızlarını coşqun bir məhəbbətlə sevirdi. Lakin bu zaman onun ağlına başqa bir fikir gəldi. Onların mahalında seçkilərin vaxtına az qalmışdır; noyabr ayında, üç il müddətinə müstəntiq də daxil olmaq üzrə, bütün yerli hakimiyyət orqanları təzədən seçilməli idi, bundan başqa, mahal məhkəməsi sədri də bu il seçiləcəkdi. (mahal məhkəməsi sədrinin vəkalət müddəti altı ildir). Avqust ayında, yəni təxminən ay yarım sonra respublika və demokratiya partiyalarının dərhal konfransları çağırılmalıdır, bu konfranslarda müvafiq namizədlər irəli sürüləcəkdir. Hazırki prokuror isə iki seçki müddətindən bəri eyni vəzifəni daşıdığı üçün, indi mahal СКАЧАТЬ