Kitabi Dədə Qorqud. Yunus Zeyrək
Чтение книги онлайн.

Читать онлайн книгу Kitabi Dədə Qorqud - Yunus Zeyrək страница 4

Название: Kitabi Dədə Qorqud

Автор: Yunus Zeyrək

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Ərbəin, yəni qırxlar məqamı, qırx qəbiri-əzm olub ziyarətgahi-ənamdır. Ziyarətgahi-Dədə-Horhut ulu sultandır. Şirvanlılar bu sultana inanırlar” – yazarkən, hər halda, eyni yerə işarə edib.

      Bu məlumatlar işığında “Dədə Qorqud kitabı”nın üz qabığında yer alan “Osman Paşanın ölüm tarixi 993” (1585) ibarəsini necə şərh edə bilərik? Kitabın üz qabığına onun ölüm tarixinin yazılması xüsusi diqqətəlayiq məqamdır.

      Azərbaycanlı alim Şamil Cəmşid “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi 1578-1585-ci illərdə Azərbaycana hakim olan Osman Paşanın xəzinəsi ilə birlikdə Türkiyəyə aparılıb. XVII əsrdə Azərbaycanı gəzmiş səyyahlar Dədə Qorqudun Dərbənd şəhərində Qırxlar qəbiristanlığında qəbrini gördüklərini geniş təfsilatıyla yazırlar. Bu, hazırda Azərbaycan Elmlər Akademiyası Əlyazmaları Fondunda saxlanılan bir çox nüsxə “Dərbəndnamə” əlyazmalarında da yazılıb”, – deyə vurğulayır.

      Şərqi Anadoluda və Qafqazda Dədə Qorqudla əlaqədar qəbir, yaxud ziyarətgahların olduğu artıq təsdiqini tapıb. Bunun kimi Türküstanda Sırdərya çayı kənarında da Qorqud Dədənin qəbri olduğuna dair rəvayətlər var. Bu qeydlər bizə Dədə Qorqudun bütün türk dünyasının ortaq dəyəri olduğunu bir daha göstərir.

      * * *

      1815-ci ildə işıq üzü görən “Kitabi-Dədə Qorqud” o tarixdən yüz il sonra Türkiyədə çap olunub, Türkiyədən xaricdə də bir çox tədqiqatçılar tərəfindən araşdırılıb və başqa dillərə tərcümə edilib.

      “Kitabi-Dədə Qorqud” yurdumuzda ilk dəfə kilisli müəllim Rıfat bəy (1876-1963) tərəfindən 1916-cı ildə “Kitabi-Dədə Qorqud ala-lisani-taifeyi-Oğuzan” adıyla nəşr olunub. Kitabın yurdumuza ilk dəfə necə gəldiyini və necə çapdan çıxdığını Rıfat bəy belə şərh edib: “Birinci Dünya müharibəsində Şəhabəddin bəy Berlinə qədər səyahət etmiş, orada İmperator kitabxanasında bu kitabı görmüş, fotoşəklini çəkmiş, daha sonra Maarif Nəzarətinə vermişdi. Maarif Nəzarəti də Milli Araşdırma Məsləhət şurasına göndərdi. Mənə verdilər. Mən də dəfələrlə üzünü köçürərək surətini hazırladım. Kitabın başında adımı “müstənsih”5 – deyə göstərdim. Müstənsih və mürəttib, yaxud təmiz türkcə söylənilərsə, “formaya salan” deməliydim”.

      “Kitabi-Dədə Qorqud”u ilk dəfə O.Flişer Drezden Kraliyyət kitabxanasında tapıb. Lakin bu kitabla əlaqədar xüsusi vurğulamağa dəyər ilk işi alman alimi Haynrix Fridrix fon Diez görüb. Diez (1751-1817) Prussiyanın İstanbul səfirliyindəki məmurluğu dönəmində (1784-1790) türkcə öyrənmişdi. Diqqətini çəkən “Kitabi-Dədə Qorqud”un öz əlyazısıyla üzünü köçürmüşdü. Yuxarıda adı çəkilən сənab Şəhabəddinin Berlindən gətirdiyi və ilk dəfə kilisli müəllim Rıfat bəy tərəfindən nəşr edilən kitabın əsas hissəsini təşkil edən mətnlər Diezin üzünü köçürdüyü nüsxədir. Diez ayrıca məqalə yazaraq bu kitabı tanıdıb. Hətta Təpəgöz ilə bağlı boyu tərcümə edərək yayımlayıb. Onun bu tərcüməsi şair dostu Hötenin də diqqətini çəkib və bir şeirində bu dastanı işləyib. Daha sonra Teodor Nöldik də bu kitabı araşdırıb. Tərcümə etmək istəsə də, yarımçıq saxlayıb. Nöldik qeydlərini Strasburqda tələbəsi olan V.Bartolda verib. Bartold əsəri ruscaya tərcümə edib və bu tərcümə digər rus alimlərinin də marağına səbəb olub.

      Rıfat bəyin Osmanlı əlifbasıyla nəşr etdiyi “Kitabi-Dədə Qorqud” Orxan Şaiq Gökyay (1902-1994) tərəfindən 1938-ci ildə ilk dəfə latın qrafikası ilə çapdan çıxıb.

      Türkiyədə bu kitabla əlaqədar əsl mətnlərə söykənən ilk elmi araşdırma isə 1958-ci ildə Məhərrəm Yetkin (1923-1995) tərəfindən aparılıb.

      Semih Tezcan və Hendrik Buşoten 2001-ci ildə Drezden və Vatikan nüsxələrinin mətnlərini bir kitab halında nəşr ediblər. Kitab bazarında gəzən digər kitablar Gökyay və Yetkinin kitablarından götürülmüş, əksəri də təhrif edilərək zay formada surəti çıxarılmış mətnlərdir.

      M.Fəxrəddin Kırzıoğlunun (1917-2005), 1952-ci ildəki birinci cildi ikinci cildiylə birlikdə 2000-ci ildə çıxan “Dədə Qorqud oğuznamələri” adlı kitabı əsərin tarixi arxa planına və xüsusilə coğrafiyasına işıq tutması baxımından qiymətli işdir. O, kitabdakı bir çox hadisəyə tarixi qaynaqlardan yararlanmaqla işıq tutmağa çalışıb. Kitabdakı qəhrəmanların adlarının daha çox türkcə olmasına diqqət çəkib və Doqquz Tümən6 Gürcüstan ifadəsini doğru açıqlayıb. Kırzıoğlu, bundan başqa “Bəhrül-Ənsab oğuznaməsi” ilə “Topqapı Sarayı oğuznaməsi”ndəki ifadələri dürüst oxuyub, qiymətləndirib və izah edib.

      Azərbaycanda Əmin Abidin 1930-cu ildə çıxan məqaləsindən sonra “Kitabi-Dədə Qorqud” üzərində araşdırmalar orada da davam edib və kitab şəklində ilk dəfə 1939-cu ildə Həmid Araslı tərəfindən latın qrafikasıyla nəşr olunub. Bu tarixdən etibarən bir çox təqdiqatçılar – Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib, Fərhad Zeynalov, Samət Əlizadə, Şamil Cəmşid və b. bu əsər üzərində çox qiymətli araşdırmalar aparıblar. Sovet rejimi 1950-ci illərdə Dədə Qorqud kitabını qadağan etsə də, Azərbaycanda Dədə Qorqud sevgisi heç vaxt sönməyib və öz dəyərini itirməyib.

      * * *

      “Kitabi-Dədə Qorqud” haqqında bu günə qədər bir çox məqalə yazılıb, əsər müxtəlif istiqamətlərdən tədqiq olunub və kitabda istifadə edilən bəzi sözlərlə əlaqədar araşdırmalar aparılıb. Bu işlərin əksərini nəzərdən keçirdik. Bəzi ifadələrin izahı üçün yeddi dərədən su gətirilsə belə, tam mənasıyla aydınlaşdırıldığını söyləyə bilmərik. Bu barədə Şakir Ülkütaşırın bir təsbitinə diqqət çəkmək istəyirik. Çünki Ülkütaşıra görə, “Anadolu ləhcələriylə sözlükləri elmi məna və mahiyyətlərilə təsbit edilmədən, Kitabi-Dədə Qorqud üzərində – məsələn, Kamus tərcüməsi, Bürhani-Katı, ibn Mühənna, Ləhcəyi-Osmani və hətta “Tarama” dərgisi kimi – mövcud sözlük kitablarına söykənərək görüləcək iş daim səhv və nöqsanlı olmağa məhkumdur”.

      * * *

      Əlinizdəki kitabın daha əvvəlkilərdən fərqi məsələsində bunları söyləyə bilərik: İşimiz araşdırmağa deyil, oxumağa istiqamətləndirilib. Məqsədimiz müqayisəli dilçilik vəsaiti çıxarmaq, üzərində baş sındırmaq da deyil. Çünki bunlar tamamilə ayrı mövzulardır.

      “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsini 2014-cü ildə oxuduq. Köhnə nəşrlərlə də müqayisə etdiyimiz bu iş əsas mətnlə birlikdə həm köhnə, həm də sadələşdirilmiş variantda Əskişəhər Valiliyi Türk Dünyası Vəqfi tərəfindən çap edildi. Göründüyü kimi, bu kitab bitməz-tükənməz xəzinə olmaqla bərabər aydınlaşdırılmağa möhtac bir çox problemi də özündə saxlayır. Bundan sonra da ömür boyu üzərində işlənilməyə layiq əsərdir. Bu mülahizəylə biz də işlərimizə davam etməkdəyik. Əlinizdəki kitabı da bu səbəbdən hazırladıq. Bir СКАЧАТЬ