Kitabi Dədə Qorqud. Yunus Zeyrək
Чтение книги онлайн.

Читать онлайн книгу Kitabi Dədə Qorqud - Yunus Zeyrək страница 3

Название: Kitabi Dədə Qorqud

Автор: Yunus Zeyrək

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ cəsarət edə bilməyib. Bu mövzuda, əsasən, iki tezis var: birincisi, bu kitabda danışılan hadisələrin türklər Anadoluya gəlməzdən əvvəl Türküstanda baş verdiyinə, Anadolu ərazisində söylənilib yazıya alınarkən yeni coğrafi adlardan istifadə olduğuna dair fikirdir. İkincisi isə bu dastandakı hadisələrin məkanının Şərqi Anadolu və Azərbaycan olduğu fikrini irəli sürən tezisdir.

      Birinci tezislə əlaqədar ciddi məqalə yazan Faruk Sümər fikirlərini belə ifadə edib: “Oğuzların Şərqi Anadolu, eləcə də Azərbaycandakı mövcudluğunun, fəaliyyətlərinin əksləri olmayıb, çox qədim zamanlarda (IX-XI əsr) Türküstanda Sırdəryanın şimalında olan yurdlarındakı yaşayış və sərgüzəştləri ilə əlaqəli xatirələrdən başqa nəsə deyil. “Kitabi-Dədə Qorqud”dakı kafirlərin XI əsrdə hələ İslam dinini qəbul etməmiş qanqlı-qıpçaq türk qövmü qəsd edilmiş ola bilər. Qanqlı-qıpçaq əmirləri arasında “məlik” ünvan olaraq qəbul edilirdi. Bu qanqlı-qıpçaqlar oğuzların Sırdərya (Seyhun) ətrafında məskunlaşdıqları zamanlarda onların şimal qonşuları olub hələ müsəlmanlığı qəbul etməmişdilər”.

      Şamil Cəmşid Dədə Qorqud dastanlarının təşəkkül sahəsi və dili haqqındakı fikirləri ilə bağlı Faruk Süməri tənqid edib. “Kitabi-Dədə Qorqud”un coğrafiyası və bu kitabda adı çəkilən bəylərin şəxsiyyətləri mövzusunda ciddi araşdırmalar aparan M.Fəxrəddin Kırzıoğlu isə Dədə Qorqud coğrafiyasının Şərqi Anadolu və Azərbaycan ərazisindən ibarət olduğu fikirindədir. O, sözügedən dastanlarda danışılan hadisələrin çox qədim zamanlarda Şərqi Anadolu və Azərbaycan sahəsində yaşandığını irəli sürüb. Kırzıoğlunun fikirini qiymətləndirən Pertev Naili Boratav belə deyib: “Kırzıoğlu Şərqi Anadolu və Azərbaycanda e.ə. 150 ilə b.e. 429 illəri arasında hökm sürmüş olan Arşak-Partların türkəslli olduqlarını, Dədə Qorqud hekayələrini də bu qövm və sülalələrin islami örtüyə bürünmüş dastanı olduğunu düşünür. Alim bu sahədə əhəmiyyətli material toplayıb. “Kitabi-Dədə Qorqud”dakı yer adlarının Şərqi Anadolu və Azərbaycan toponomi ilə müqayisə edilərkən əldə etdikləri nəticələrin bir çoxu qəbul ediləndir. “Kitabi-Dədə Qorqud”u araşdıranlar çox vaxt bir əsas tarixi və coğrafi sahəyə saplanıb qalırlar. Unutmamalıyıq ki, bu mətn müxtəlif hadisələri bir araya gətirən dastandır. Belə olan halda, detallarda zaman, məkan və mənbə birliyi axtarmaq düzgün yanaşma deyil”.

      Dastanlardakı hadisələr harada baş verirsə, versin, burada adı çəkilən bir çox yer, bu gün də bilinməkdədir: Trabzon, Bayburt, Tatyan/Dadyan, Axıska, Amid, Mardin, Sürməli, Gürcüstan, Bərdə, Gəncə, Dəmirqapı… Bu adlar bizə Dədə Qorqud coğrafiyasıyla bağlı daha diqqətçəkən, aydın, açıq məkanla bağlı məlumatlar verməyə kömək edir.

      * * *

      “Dədə Qorqud kitabı”nda yer alan dastanlar əsrlər boyu ozanlar tərəfindən söylənilib, naməlum tarixdə yazıya köçürülüb və bu yazılı nüsxədən ehtimalla XV əsrdə çıxarılan surəti günümüzə qədər gəlib çıxıb.

      Kitabın iki nüsxəsi var: Bunlardan biri Almaniyanın Drezden şəhərində, digəri Vatikandadır. Əlimizdəki kitabın əsasını təşkil edən Drezden nüsxəsi hər səhifədə 13 sətir olmaqla, bütövlükdə 303 səhifədən ibarətdir. Bu nüsxədə hərəkəsiz əski (ərəb) yazıyla yazılmış və hər biri boy olaraq adlandırılmış 12 dastan – hekayə yer alıb. Vatikan nüsxəsində hərəkəli olaraq yazılmış 6 dastan – hekayə var. Hər iki nüsxə, müxtəlif tarixlərdə müqayisəli olaraq nəşr edilib.

      Fuad Köprülü kitabla əlaqədar bu məlumatları verir: “Bu gün “Kitabi-Dədə Qorqud” adı ilə əlimizdə olan məşhur əsər əsl “Oğuznamə”nin hamısı olmasa belə, çox mühüm və əsas hissəsi olduğu hər cür şübhədən xalidir. “Dədə Qorqud” adlı oğuz igidlərinin qəhrəmanlıq məcmuəsi əslən Səlcuq xanədanından olan Əbubəkr Abdullah ibn Aybək əd-Dəvadarinin gördüyü (1310) “Oğuznamə”dən başqası deyil. Yunusdan öncəki Anadolu həyatında bu qəhrəmanlıq dastanları xalq arasında çox məşhur idi; ozanlar əllərində qopuzla onları tərənnüm edərdilər”.

      Süleyman Əliyarov iki yazılı nüsxəyə işarə edərkən belə deyib: “Drezden və Vatikan əlyazmalarının biri digərindən deyil, özlərindən əvvəlki bir və ya ayrı-ayrı nüsxələrdən surəti çıxarılıb”.

      Faruk Sümər “Oğuzlar” əsərində Dədə Qorqud dastanlarının XIV əsrdə Şərqi Anadoluda yazılmış olduğunu qeyd edir. Bir az aşağıda da: “Bu dastanlar XVI əsrdə Ərzurumda, Şimali Azərbaycanda və ya Şirvanda yazılmış ola bilər” – deyir. Eyni yazının davamında: “Ərzurum-Bayburt bölgəsində yazılmış olduğu qənaətindəyik”, – deyə vurğulayır.

      Əbdülqadir İnan: “Belə aydın olur ki, kitab Şərqi Anadoluda XIV-XV əsrlərdə köçüb gələn ənənəçi oğuz boyunda oxuma-yazma bilən ozan tərəfindən aşkar edilmiş ola bilər”, – deyib.

      Dədə Qorqud dastanlarının tarixi və coğrafiyasıyla əlaqədar çox qiymətli araşdırmaları olan M.Fəxrəddin Kırzıoğlu bu kitabın: “Teymurun qərbə yürüş etdiyi sıralarda – 1393-1400-cü illər arasında Qarsdan köçən və Amasiyaya, Sivasa gələn türkmən ozanlarının dilindən yazıldığı və osmanlıların öyüldüyü” fikirindədir.

      * * *

      Dədə Qorqud türkcəsi üzərində bir çox araşdırmalar aparılıb, əsərin dilinin qədim Anadolu türkcəsinin də izlərini daşıyan Azərbaycan türkcəsiylə yazıya köçürüldüyü ifadə edilib. Ancaq burada bu məqama işarə etmək istəyirik ki, bu kitabda keçən bəzi sözlər, bu gün Axıska-Posof-Artvin ləhcəsində canlı olaraq yaşamaqdadır. Bir neçə sözü nümunə göstərə bilərik: “Ayaqyolu” (tualet), “ekmək” (çörək, yemək), “bunda” (burada), “dal” (çiyin, arxa), “dayaq” (dəstək, söykənəcək), “dəyənək” (dəyənək), “dişi əhli/dişehli” (qadın), “kaçan/haçan” (necə, nə zamankı), “qarovul” (gözətçi), “qaşqa” (alnı ağ heyvan), “kolan” (yəhəri atın qarnından bağlayan qayış), “quşqun” (yəhəri atın quyruğu altından bağlayan qayış), “qulun” (atın balası), “külək” (taxta vedrə), “anan atan” (ananın atanın), “köçmax” (qızın evlənməsi), “manramaq/manqırmaq” (camış böyürtüsü), “nökər” (xidmətçi), “ötəkigün/ötəgün” (dünən), “panbuk” (pambıq), “yorğa” (rəvan)…

      Bununla bağlı bu qeydi də əlavə etmək istəyərik: Dədə Qorqud kitabında sıx şəkildə işlədilən “ağban ev” (nizamlı və bəzəkli ev) sözünün əksi olaraq Axıska, Posof və Artvin bölgəsində, üç tərəfi divar olub üstüörtülü, əsasən, çöl alətlərinin qoyulduğu məkana (anbar) “qaraban” deyilməsini də anlamlı hesab edirik.

      Kitabda nəzm qismlərinin əvvəlində “soylama/söyləmə” ifadəsi yer alıb. “Soylama” “təsvir etmək, bir şeyi ətraflı izah etmək” mənasındadır. Fəxrəddin Kırzıoğlu da: “Soylama” insan, heyvan və ya cansızların soyunu-kökünü, xüsusiyyətlərini izah edən nəzm şəklinə verilən СКАЧАТЬ