Mustafa Kamal Atatürk. Edip Semih Yalçın
Чтение книги онлайн.

Читать онлайн книгу Mustafa Kamal Atatürk - Edip Semih Yalçın страница 5

Название: Mustafa Kamal Atatürk

Автор: Edip Semih Yalçın

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Qocacıqlılardan Murad Ağa Altan Araslıya bu məlumatları verib: “Atatürkün babasının adı Qırmızı Hafiz Əhməd Əfəndidir. Ləqəbləri belədir. Amma əsl hafiz qardaşı Mehmet Əfəndidir. Ata nənəsinin adı Ayişə xanımdır. Daha sonralar Əhməd Əfəndiyə “fərari” deyilməyə başlanmışdı. “Fərari” Rumelində “qərib”, “qürbətə gedən” mənasını verir. Ancaq bu, Selanikdə baş verən bir hadisə ilə də bağlıdır. Qocacıqın torpağı münbit deyil. İmkanları çox məhduddur. Ona görə də Əhməd Əfəndi Yuxarı məhəllədən Feyzullah Pəhləvan və Daşlı məhəlləsin-dən Fazlı ağa ilə birlikdə Selanikə işləməyə getmişdi. 1876-cı ilin may ayında yolda bir hadisənin şahidi olurlar”32.

      Murad ağa söhbətinin davamında doğruluğu şübhə doğuran hadisəni danışaraq sözlərini sona çatdırır. Murad ağanın burada qeyd etdiyi tarix də yanlışdır. Çünkü Atatürkün atasının təxminən 1839-cu ildə Selanikdə doğulduğunu bildiyimizə görə, ailənin onsuz da haqqında bəhs edilən tarixdə Selanikə köçməsinin deyilən za-mandan xeyli əvvəl gerçəkləşdiyi nəticəsinə gələ bilərik. Belə ki, A.Araslının verdiyi məlumata görə, Əhməd Əfəndinin Qocacıqdan 93 hərbindən (1877-1878-ci il Osmanlı-Rus Müharibəsi) təxminən otuz il əvvəl köçdüyünü, kənddən ilk çıxıb gedənin də Mustafa Kamalın böyük əmisi Qırmızı Hafiz Mehmet Əfəndi olduğunu kənddəki şahidlər söyləməkdədirlər33.

      Qəzetçi Altan Araslı Üsküpdə yaşayan qocacıqlılardan bu mə-lumatları aldıqdan sonra “Birlik” qəzetindən (Üsküpdə türklərin dərc etdiyi qəzetdir) Rəmzi Canova ilə birlikdə getdiyi Qocacıqda yerli kəndlilərdən İsmayıl Yəhya Atatürkün babasının evini ona şəx-sən özü göstərib. Kənddəki digər şahidlər İsmayıl Yəhyanın sözlərini təsdiqləyiblər34.

      Göründüyü kimi, mövcud məlumatlara görə, Atatürkün ata so-tərəfinin Aydın/Sökedən köçürülərək Makedoniyaya gəldiyi məsələ-sində şübhə yoxdur. Qocacıq nahiyəsinə (kəndinə) yerləşən ailə təq-ribən 1830-cu illərdə Selanikə köçüb. Mustafa Kamalın atası Əli Rza Əfəndi burada, təxminən 1839-cu ildə dünyaya gəlib. Onun atası Qızıl Hafiz Əhməd Əfəndidir. Qızıl Hafiz Əhməd Əfəndinin Qızıl Hafiz Mehmet Əmin Əfəndi adında bir qardaşı, Nimət və Xanım adında iki bacısı olub. Mustafa Kamalın ata tərəfinin nəsli böyük əmisi Qızıl Hafiz Mehmet Əmin Əfəndi tərəfindən davam etdirilib və bu günümüzə qədər gəlib çatıb35.

      Selanikdə Abdi Hafiz Məktəbində36 və Vəqflər İdarəsində ikinci katib kimi məmurluq etidiyini bildiyimiz Əli Rza Əfəndi, sonradan Rüsumat İdarəsinə işə düzəlib və gömrük məmuru vəzifəsini icra edib. Əli Rza Əfəndinin gömrük mühafizə məmurluğu vəzifəsi Sela-nik yaxınlığında, Olimp dağı ətəklərində yerləşən Katerin qəzasına bağlı Papaz körpüsündə (Çayağzında) idi. O, Selanikin, ətraf məntəqələrin, hətta İstanbulun odun və kömür ehtiyacını qarşılayıb, bu bölgədə bir neçə il məmurluq etdikdən sonra Rusumatdan da ay-rılıb. Vəzifəsindən kənarlaşmasına səbəb bu bölgədə asayişin getdikcə pozulması, Rum silahlı qruplaşmalarının davamlı basqınları olub. Əli Rza Əfəndinin buradakı vəzifəsinin 1870-ci illərdən etibarən, 1880-1881 illərə qədər davam etdiyi bilin-məkdədir. Məlumdur ki, Əli Rza Əfəndi evləndiyi və Mustafa Kamal doğulduğu ərəfələrdə Çayağzındakı həmin vəzifəsini icra edirdi. Belə ki, Zübeydə xanım Mustafa Kamalın doğulduğu günlər-dən danışarkən: “O zamanlar Əli Rza Əfəndinin məmurluğu Selanik yaxınlığındakı Çayağzında idi, bəzi gecələr evə gəlmirdi”, – demişdir37.

      1935-ci ildə tapılan və Əli Rza Əfəndiyə aid olduğu təsbit edilən bir fotoşəkillə bağlı aparılan araşdırmaların nəticəsində onun 1876-1877-ci illərdə Selanikdəki Əsgəri-Milliyyə Taborunda birinci leyte-nant, baş leytenant rütbəsiylə vəzifəsini icra etdiyini öyrənirik. Mən-sub olduğu Selanik Əsgəri-Milliyyə Taboru 1876-cı il Osmanlı-serb müharibəsinin başladığı günlərdə Dövlət Şurasının rəhbəri olan Midhat Paşanın təşəbbüsü ilə qurulmuş könüllü taborlardan biri idi.

      Selanikdə məmurlardan və xalq arasından yazılan könüllülər “Millət əsgəri” adı altında bir tabor qurmaq və döyüşə hazırlaşa bil-mək üçün hökumətdən silah istəmişdilər. Uğurlu təlim görən bu ta-borun İstanbula gətirilməsi haqqında düşünülmüş və Əli Rza Əfən-dinin də sıralarında olduğu batalyon Orhaniyyə zirehlisi ilə 24 de-kabr 1876-cı ildə İstanbula getmişdir. Əli Rza Əfəndi bu batalyonun ikinci bölüyündə baş leytenant vəzifəsi almışdı. O,Selanik İslahhanə məhəlləsində, Əmir Bostanda və Numan Paşa məscidinin həyətində “Əsgəri Milliyyə”yə təlim keçmişdir38.

      Əli Rza Əfəndi 1881-ci ildən sonra Rüsumat İdarəsindəki vəzi-fəsindən ayrılaraq taxta-şalban ticarətinə başlamışdır. Kütahya mil-lət vəkili Hacı Mehmet Somerin dediyinə görə, Əli Rza Əfəndinin taxta-şalban ticarətinə atılmasında Çayağzında tanış olduğu və yaxşı pul qazandıqlarını gördüyü tacirlərin təsiri olmuşdur. Əlindəki bir miqdar pulu sərf edərək Cəfər Əfəndi ilə birlikdə ticarət həyatına atılan Əli Rza Əfəndinin əvvəlcə vəziyyəti yaxşı olsa da, sonralar iş-ləri pis getmişdir. Hacı Mehmet Somer bu vəziyyəti belə izah edir: “Əli Rza Əfəndi taxta-şalban ticarətinə varını-yoxunu vermişdi. İlk vaxtlarda böyük uğurla nəticələnən bu təşəbbüs Katerinin əzəli bə-lası olan quldurların ehtiraslarını coşdurub. Əli Rza Əfəndini pul göndərməsi üçün təhdid etdilər. Əgər pul göndərməsə, taxta-şal-banlarını yandıracaqlarını bildiriblər. Ona görə də meşədəki mən-təqəyə getmək, orada işlərə nəzarət etmək mümkün olmurdu. Emal edilmiş şalbanları sahilə daşıtmağa qorxurdu. Çünki bu şalbanlar quldurlar üçün girov mahiyyəti daşıyırdı. Nəhayət, Əli Rza Əfəndidən tələb etdikləri pulun gəlmədiyini görən quldurlar bütün şalbanları yandırıb, işçiləri də hədələdilər. Bundan sonra işçilər dağılışdılar. Əli Rza Əfəndi isə daşınması mümkün malını oradan çıxarmağa çalışdı. Buradakı quldurların hamısı siyasi qruplaşmalar idi. 1298 (1883) tarixində Teselya Yunanıstana verildikdən sonra Yu-nanıstanın sərhəddi Katerin qəzasına və Olimp dağlarına çatırdı. Bü-tün məsələ bundan irəli gəlirdi. 1877-ci il Rus müharibəsindən sonra Makedoniya quldur dəstələri ilə dolmuş, buradakı türklərin rahat-lığı qalmamışdı. Bu siyasi qruplaşmalar üzündən Əli Rza Əfəndinin ticarəti də pozuldu”39.

      Məqbulə xanım da atasının işlərinin yunan quldurlarının fəaliy-yəti nəticəsində pozulduğundan bəhs etdikdən sonra onun ”… duz ticarətinə başladığını, mağazasında olan duzların hamısının əridi-yini, bu işdən də ziyan gördüyünü, təkrarən məmurluğa qayıtmaq istədiyini, amma istəyinə çata bilmədiyini”, – danışıb. Məmur-luqdan ayrıldıqdan sonra girişdiyi hər ticari fəaliyyəti bu cür uğur-suzluqla nəticələnən Əli Rza Əfəndi bu hadisələrdən çox təsirlənib, böyük ruh düşkünlüyünə qapılaraq həyatdan küsüb, ağır xəstəliyə tutulub. Zübeydə xanım xatirələrində bunları belə yada salır: “Mərhum son günlərində işinin çox pis getməsindən mütəəssir olmuşdu. Bütünlüklə ruh düşkünlüyü içərisində idi. Daha sonra da dərviş halı alaraq əridi getdi. Ərimin СКАЧАТЬ