Название: Türk hekayələri
Автор: Коллектив авторов
Издательство: JekaPrint
isbn: 978-9952-8450-1-6
isbn:
– Özünüz bilirsiniz. Hamımız işdən getmək qərarına gəlmişik.
– Əzizim, Nadir əfəndi. Buna bir növ «tətil etmək» deyərlər.6
– Doğru buyurursunuz, bu tətil kimi bir şeydir. Nə edək, vəziyyətimiz çətindir…
– Yaxşı, tətil etməyinizin səbəbi nədir?
– Səbəb sizin özünüzə yaxşı məlumdur, icazə verin, təkrar edim… Əsas məsələ budur ki, biz maaşımızla dolana bilmirik. Bununla belə, iki aydır maaş da vermirlər. Həm qalan maaşlarımızın verilməsini, həm də əmək haqqımızın artırılmasını xahiş etdik. Amma bizə cavab verən olmadı. Axı biz də çoluq-çocuq sahibiyik…
Nadir əfəndi, getdikcə qızışır, səsini pərdə-pərdə qaldırırdı. Müxbirlər bir-birinə baxır və gözləyirdilər ki, müdir yəqin özünü itirib qorxuya düşəcək. Lakin Mühiddin bəy bişmiş adam idi. Nadir əfəndinin dedikləri onun halına qətiyyən təfavüt etmədi. O, saatının zəncirini oynadaraq, qoca müxbiri səbirlə dinləyirdi. Nadir əfəndi sözünü deyib qurtarandan sonra Mühiddin bəy sakit-sakit danışmağa başladı:
– Sözünü deyib qurtardınmı? Çox gözəl… indi siz də mənə qulaq asın. Siz maaşlarınızın artırılmasını istəyirsiniz. Haqlı tələbdir! Amma sizin maaşlarınızı nə üçün artırmalıyam? Mənim qəzetimi nüfuzdan saldığınıza görəmi? Məlumunuz olsun ki, sizin kəramətinizdən «Yeni xəbər» bu gün Türkiyədə ən az satılan qəzetdir. İşi-gücü buraxıb gecə-gündüz qəhvəçi dükanlarında gəzir, nargilə çəkir, kart və nərd oynayırsınız. Sonra da başqa qəzetlərdən köçürdüyünüz bir-iki hadisəni mənə gətirirsiniz ki, nə var, nə var iş bilmişik… İstanbulun ən hörmətli qəzeti olan «Yeni xəbər» sizin sayənizdə indi tamamilə nüfuzunu itirib. Elə vəziyyətə düşmüşük ki, sizin aylıq maaşınızı da verə bilmirik… Çox təəssüf… Vaxtlı-vaxtında maaş vermək imkanımız yoxdur. Belə bir halda maaşları artırmaq haqqında tələbiniz mənə çox gülünc görünür.
Nadir əfəndi cavab tapa bilmədi. Yoldaşlarının üzünə baxdı. İndi də Nəcib adlı cavan və cəsarətli bir müxbir sözə başladı:
– Bizi səhərdən axşama qədər qəhvəçi dükanında oturduğumuza görə təqsirləndirirsiniz… İnsafınız olsun. Dünyanın vəziyyətini öyrənmək üçün qəhvəçi dükanından yaxşı yer varmı? Ölkəmizdə baş verən bütün siyasi, iqtisadi, ictimai və ədəbi məsələlərin müzakirə və həll edildiyi ən yaxşı yer qəhvəçi dükanları deyilmi?! Biz ora əylənmək üçün deyil, dövlətin gördüyü tədbirlər barədəki əks-sədanı bilmək üçün gedirik. Gətirdiyimiz xəbərlər köhnə olur deyirsiniz… Əgər qəzetlərdə yazılmağa layiq hadisə olmursa, bizim günahımız nədir? Biz özümüzdən xəbər uydura bilmərik ki?!
Müdir qəti cavab verdi:
– Əlbəttə, uydurmalısınız! Bəs necə fikirləşirsiniz? Əsil jurnalist ona deyərlər ki, qəzetinə münasib hadisə tapa bilməyəndə uydurmağı bacarsın. Olmayan yerdən əhvalat icad etsin.
– Olmayan şeyi özündən uydursun?
– Bəli, bəli! Siz jurnalistliyi bəs nə hesab edirsiniz?
Qəzetdən biabırçılıqla qovulmağı gözünün altına alan Nəcib istehzayla dedi:
– Guya siz özünüz jurnalistsiniz? Siz jurnalist sənətində təsadüfi adamsınız. Hamı bilir ki, bu peşəyə başlayanda sizin yük daşımaq üçün bir neçə qarış ipdən başqa sərmayəniz olmayıb… İndi ki özünüzü jurnalist hesab edirsiniz, bir hadisə uydurun, biz də sizdən öyrənək.
Nəcibin həyəcanı o biri müxbirlərə də sirayət edirdi. Onlar da Nəcibin dediklərini təsdiq edirdilər.
Mühiddin bəy yenə də arxayın-arxayın cavab verdi:
– Doğru deyirsiniz. Mən müxbirliyə başlayanda bütün sərmayəm bir hambal ipindən ibarət idi. Amma bu da bir sərmayə hesab olunur… Mənə bu cür meydan oxumağınızı gülünc sayıram. Mən dediyimi etməyə qadir adamam. Heç nədən sütunlar dolusu hadisə uydurmağı bacarıram. Nəyə gülürsünüz? Mən dediyimi isbat etməyə hazıram. İstəyirsiniz mərc gələk. Beş dəqiqə içində ən həyəcanlı bir əhvalat düzəldə bilsəm, almamış olduğunuz iki aylıq maaşın birindən imtina edəcəksiniz. Mərci mən uduzsam, onda iki aylıq pulunuzu da alacaqsınız, maaşınızı da artıracağam. Söz verirəm. Nədir? Gülürsünüz?
Doğrudan da, müxbirlər qəhqəhə çəkib gülürdülər: Bəli, təklifinə razıyıq. Sözümüz sözdür, – deyirdilər.
Bu zaman Mühiddin bəyin gözü küncdəki kresloda oturub, hadisəni qımışa-qımışa seyr edən maliyyə müfəttişinə sataşdı:
– Tutaq ki, bunların ağlı yoxdur, bəs sizə nə olub? Siz niyə gülürsünüz? Siz ki, özünüzü ağıllı adam hesab edirsiniz. Həm də mənim dostumsunuz. Onların avara danışıqlarını bəyənən bir adam kimi hırıldamağınıza nə ad vermək olar?
Bu gözlənilməz töhmət qarşısında Müqbil bəy pərt oldu. Bir təhər özünü ələ aldı:
Siz nə deyirsiniz, Mühiddin bəy? Niyə bu cür haqsız ittiham irəli sürürsünüz? Necə olur ki, siz məndən belə bir hərəkət gözləyirsiniz? Hadisə mənə bir az qəribə göründü…
– Belə çıxır ki, siz bura dostunuzu ələ salmağa gəlibsiniz… Təəssüf edirəm.
– Həddi aşmayın, Mühiddin bəy. Qonaqla belə rəftar…
– Bir adam ki, qonaq olduğu yerdə ev sahibini təhqir etmək kimi tərbiyəsizliyə yol verir…
Maliyyə müfəttişi ayağa durdu:
– Sizə deyirəm danışığınıza fikir verin.
Mühiddin bəy ağzını açıb, gözünü yummuşdu. Ağzı köpüklənə-köpüklənə deyirdi:
– Bir adam ki, qonaq olduğu yerdə ev sahibini haqsız çıxardır… Bir insan ki…
Məgər yalandır? Həm camaatın maaşını vermə, həm də…
Mühiddin bəy gurultulu bir qəhqəhə ilə qonağın sözünü kəsdi:
– Avazın yaxşı gəlir, oxuduğun quran olsa! Dediklərini eşidən zənn edər ki, Müqbil bəy tərtəmiz, vicdanlı bir qulluq adamıdır… Ömründə heç kimin haqqını yeməyib. Əlinə haram pul dəyməyib… Rüşvət almaq nə özgə malını yemək nədir, bilməz. Kaş ki, maliyyə kassalarının dili olaydı. Tez-tez onlara uzanan qara əlin…
Mühiddin bəy sözünü deyib qurtara bilmədi. Üzünə СКАЧАТЬ
6
O zaman tətil etmək Türkiyədə qadağan idi.