Название: İşığın oyunu. Tanrını axtaran detektiv
Автор: Stephen Smoke
Издательство: JekaPrint
isbn: 978-9952-8252-6-8
isbn:
Ümumi otaq da palıdla işlənib: rəflər və aparatura üçün altlıqlar. Sonuncuların üzərində 27-düymlük "Sony" monitoru, kasetlə işləyən videomaqnitofon, kompakt disklər üçün miniatür "Sony" pleyeri, plastinka oxudan cihaz, kaset maqnitofonu, səs gücləndirici, "Vətəndaş Keyn"-dən tutmuş, yapon qadın güləşinə qədər təqribən əlliyə yaxın lent durur (heç kim adaya bənzəmir; mən özümü daha artıq yarımada – çox hissəsi materikdən ayrılmış, amma onunla kifayət qədər "dünyəvi" əlaqəsini saxlamış quru parçası kimi görürdüm).
Mən içərisində tər tərəvəzlər və təbii qidalar mağazasından meyvələr olan paketləri soyuducuya qoydum, alkoqolsuz "Myussi" pivəsini açaraq, qonaq otağında, güzgünün qarşısında yerləşən ağ koppuş kresloya oturdum. Növbələşən rəngli və adi şəffaf panellərdən düzəldilmiş pəncərədən körfəzə, San-Fransiskodan Sosalitoya, mənzərə açılırdı. Gözümü azacıq sola çəpləşdirməklə, "Golden Gate" körpüsünü də seyr edə bilirdim. Bu mənzərə insan gözü üçün əsl bayram idi və mən hər gecə onun vasitəsilə öz “nazımı çəkirdim”.
Mən surroqat pivəni süzüb, Valeri Tirel haqda düşünürdüm. Həyatım maraqlı bir dönüş edir. Bu, cəfəng görünə bilər, amma Valeri həqiqətən lazım olan insana müraciət etmişdi. Mənim tanıdığım əksər detektivlər, ya onu məsxərəyə qoyaraq qapıdan qovar (bu da onun intihar etməsinə səbəb olardı), ya da yardım etmək niyyətləri olmadan pulunu alardılar. Mən güman ki, dünyanın birinci dahisi deyiləm, amma vicdanlı adamam. Üstəlik, Valerinin rəfiqəsinin də qeyd etdiyi kimi, mənəvi mövzulara böyük maraq göstərirəm.
Surroqat pivəni acgözlüklə içə-içə və körfəzdəki katamaranların rəqsini izləyərək fikrə getdim: bəs mən Tanrını harada axtarım? Bunu bilmirdimsə də, Syuzini harada tapacağımı bilirdim.
Syuzi Maçio 60-cı illərin sonlarının makrame kraliçası idi. O, makrameli məmulatların – futbolkalardan tutmuş dekorativ vazalara qədər yeni partiyasını satışa buraxaraq çoxlu pul qazanmışdı. Yetmişinci illərdə o, fikrini tamamilə futbolkalarda cəmləyərək, onlardan milyonlar əldə etmişdi – düzdür o qədər də çox yox, amma, qənaətçil olsa bir neçə ay yaşamağa çatardı.
Bundan savayı, o, metafizika məsələlərinə daim maraq göstərirdi. Heç bir yeni cərəyan onu diqqətindən kənarda qalmırdı. Özü də – düzdür, ziddiyətdir, amma nə etmək olar – Syuzi həmişə, hər iki ayağı ilə yerin üzərində dururdu. Xəyalpərəst təbiətli deyildi.
"Morning Glory" qəhvəxanası San-Fransiskonun işgüzar hissəsində, "Clear Light" kitab mağazasının yaxınlığında yerləşir. Bura xoş bir yerdir. Tamaşaçıları adətən həvəskar artistlər əyləndirir, amma, belə böyük şəhərdə hətta diletantlar da yaxşı səviyyədə olurlar. Mühiti yaxşı olduğu üçün, bəzən burada məşhur musiqiçilər də çıxış edirdilər. Mən onlardan olmasam da, bir neçə dəfə özüm də çıxış etmişdim. Aşağıda, musiqi otağında danışmaq qadağan edildiyindən mikrofona ehtiyac olmur, bu da bir musiqiçilərin əksəriyyəti tərəfindən yüksək qiymətləndirilir. Yuxarıda iki zal var: 12 stolu və şahmat və damadan tutmuş, pulla oynanılan "New Age"ə qədər bütün mümkün oyunlarla doldurulmuş divar şkafı olan oyun otağı, insanların oturub, söhbət etmələri və oxumaları üçün kreslo və taxtları olan holl. Ortada, üzərində ən müxtəlif təbii qida və içkilər olan qəlyanaltı masası yerləşir; əvəzində hər bir adam gücü çatan qədər yardım edə bilər.
Syuzi hollda tək idi. O, xalis taxıl buğdasından hazırlanmış, qoz-fındıqlı şokoladlı peçenye ilə limonlu çay içirdi.
– Salam, Syuzi. – Mən onun yanında – hörülmə taxtın gül naxışlı basma parça çəkilmiş oturacağında əyləşdim.
– Niki? Çoxdandır səni görmürəm.
– Mən məşğul idim.
Valeri Tirel haqqında məlumatı dinlədikdən sonra, dedi:
– Belə çıxır ki, indi Tanrını axtarırsan?
– Hə. Özü də mən onu aldatmaq istəmirəm, başa düşürsən?
– Hə.
– Mən təqdimatlar keçirə, Valerini şəhərin bütün medium və qurularının yanına apara bilərdim. Ancaq, mən ona həqiqətən kömək etmək istəyirəm.
– Tanrını tapmaqda? – Syuzi soruşdu.
Onun zarafat edib-etmədiyini anlamadım, amma Syuzini yaxşı tanıyıramsa zarafat etmir.
– Hə, və ya heç olmazsa, onun marağını təmin edə biləcək nəyisə tapmaqda. İmtina etdiyim üçün özlərini öldürmüş qadınların sayı artıq kifayət qədərdir, – özümü öydüm.
– Nədən imtina etmişdin: onları rahat buraxmaqdan? – Syuzi son dərəcə zarafatcıl idi. – Bəs mən sənə necə kömək edə bilərəm?
– Sənin xəbərin olmamış deyil. Əgər, heç olmasa bircə nəfər köhnə mahnıları təzədən oxumayan, köhnə rəqsləri təzədən oynamayan, düzgün insan varsa, sən onu tanımalısan.
– Etimadın üçün sağol, amma… – Syuzi ara verib, limonlu çaydan içdi. Bir qədər qəribə baxışlarla məni altdan yuxarı süzərək, dedi: – Bilirsən, maraqlıdır ki, sən mənim yanıma məhz bu gün gəlmisən. Qəribə təsadüfdür.
Mən təsadüflərə inanıram. Özü də çox.
– Təxminən bir ildir ki, görüşmədiyim bir rəfiqəm dünən yanıma – ofisə baş çəkdi. Axırıncı görüşümüz zamanı onun işləri pis, özü də lap pis idi. Əri onu tərk etmiş, uşaqları da… özü və öz yeni istəklisi ilə aparmışdı. Ona yalnız çoxlu miqdarda borc saxlamışdı. Rəfiqəm pullarını, göyərçin nəcisini göydən səpələyən kimi, səpələyərək, bir avtotreninq təlimatçısından digərinin yanına uçurdu. Sonra nə oldusa, o bir müddət gözdən itdi. Dünən mənim kontoruma gələnlə, mənim bir il bundan əvvəl tanıdığım qadın, tamamilə başqa insanlar idilər. Mən onunla on beş il dostluq etmişdim və onu beş barmağım kimi tanıyırdım, amma, bir dəfə də olsun bu halda görməmişdim… – Syuzi, lazım olan sözü seçmək üçün bir qədər ara verdi. – Məmnun. Toparlanmış, başa düşürsən? O, məmnun idi, amma, laqeyd deyildi. Yəni, o burada, mənim yanımda idi. Boş-boş şeylərdən danışır, yeri gələndə zarafat edirdi, özü də çox, çox qayğısız idi.
– Başına СКАЧАТЬ