Название: Ömər Xəyyam. GAH
Автор: Шамиль Султанов
Издательство: JekaPrint
isbn: 978-9952-8450-6-0
isbn:
– Qırx gündən sonra hamını evimə bayrama dəvət edirəm, – deyə sevinc içində olan xoşbəxt ata cavab verdi.
Təzə doğulmuş uşağı ancaq ən yaxın qohumlar, bütün yerdə qalanlar isə yalnız qırx gündən sonra görə bilərdilər. Belə bir inam mövcud idi ki, bu, uşağı pis gözdən və xəstəlikdən qoruyur. Mövhumat, amma təzəcə şölələnən həyat işığının sönə biləcəyinə görə daha çox qorxu hissi çadırçını ənənələrə ciddi riayət etməyə məcbur eləyirdi. O, hələ uşaq anadan olmamışdan xeyli əvvəl ona ad fikirləşmişdi: Ömər, mənası «həyat» deməkdir. O, Allahın uşağa uzun xoşbəxt həyat verməsi üçün bütün günü dua edir, indi isə məscidin müqəddəs divarları arasında yenə o barədə ibadət etmək istəyirdi.
Məhəmməd peyğəmbərin yaratdığı dinin bəzi ardıcılları bildirirlər ki, məscidə getmək vacib deyildir: Allah hər yerdə mövcuddur, o əsl mömin bəndənin daim ürəyindədir. Onunla ünsiyyət saxlamaq üçün məbədlər və beş qat adamlar dolu ibadətxanalar lazım deyildir – bu canatma kütlə üçündür, əslində ürək boş olduqda bu aldatmaqdır. Bir sufi deyib: «Mən peyğəmbərin izlərinin arada olmağını güman edərək Allahın evini və müqəddəs yerləri axtarıb tapmaq üçün səhralardan və xəlvət yerlərdən keçənlərə təəccüb edirəm. Nə üçün onlar Allah izi olan öz ürəklərini ələ almaq üçün şəxsi səy və ehtiraslarını nəzərdə tutmurlar. İbrahim bir dəfə belə sözləri şeyxdən eşitmişdi, lakin bu sözlər barədə fikirləşməməyə çalışmışdı. Təəccüblüsü budur ki, şeyx başqa məsələlərdən də çox danışmışdı, ağıllı sözlər demişdi, amma onların heç biri yadda qalmamışdı. Bu sözləri isə o, nə qədər başından qovurdusa, yenə də yaddaşında oyanırdı.
İmamın iqamətgahı olan əsas bina lap çoxdan tikilmişdi, yəqin ki, bundan üç yüz ilə yaxın vaxt keçmişdi. Bu bina məşhur Əbu Müslüm tərəfindən inşa edilmişdi. Bu həmin o Əbu Müslim idi ki, kafir Ömərin sülaləsini devirməyə kömək etmişdi və doğrudur, birbaşa deyil, onun əmisi Abbasın şəcərəsi üzrə hakimiyyəti peyğəmbərin ailəsinə qaytarmışdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Orta Asiyanın, İranın və Əfqanıstanın feodal şəhərlərində sənətkarların hökmdarın və adlı-sanlı şəxslərin iqamətgahından aralı yerləşən şəhərətrafı qəsəbəsi
2
Qədim Roma mifologiyasında ticarət, bəlağət, yollar allahı, səyahətçilərin himayədarı. Merkuri qədim yunan mifologiyasındakı Hermisə uyğundur. Məcazi mənada Merkuri müjdəçi, elçi deməkdir.
3
Nücum təqvimi: ilin müəyyən günündə göy cisimlərinin hansı vəziyyətdə olacağını göstərən astronomik cədvəl