Название: Ömər Xəyyam. GAH
Автор: Шамиль Султанов
Издательство: JekaPrint
isbn: 978-9952-8450-6-0
isbn:
Sənin atan bizi tanıyırdı, biz onunla dostluq edirdik. İndi sənin dövlətinin şimalında bizim tayfalarımız kimi çoxlu köçəri tayfa yaşayır, mən bilirəm ki, onlar səni necə narahat edirlər. Bu tayfaların basqını çəyirtkədən də pis olur. Mən hər dəfə növbəti yürüşdən sonra onların vəhşi çığırtılarını eşitdikdə sənin atanın bu tayfalarla dostluğunu xatırlayıram: o buna yol verməzdi. Mən qardaşım Toğrul bəy Məhəmmədlə bu haqda danışmışam.
Köçəri öskürürdü. O, Mahmudla olan dostluğunu bir qədər şişirtmişdi. Amma Məsudun bundan xəbəri vardı. Bundan başqa diplomatiyada mübaliğə etməyə yol verilir.
– Tayfamız artmışdır. Yeni köç yerləri tapmaq tələb olunur. Əgər sən Mərv, Sərəxs, Əbiverd və Nis rayonlarında bizə torpaq versən, biz buna görə sənin xidmətində durmağa və dövlətini düşmən hücumundan qorumağa hazırıq.
Məsudu başdan çıxaran şey çox idi. İndi o bu ağır vaxtlarda ucuz başa gəlməyən şimal sərhədlərindən öz qoşunlarını götürə bilərdi. Digər tərəfdən, müttəfiqlər etibarlıdırmı? Onlar öz təbəssümləri arxasında qılınc gizlətmirlər ki? Ona etibar etmək olarmı? Düzünü desək, dişi maral öz erkəyini axtarırsa, deməli sümsüyə gedir. Dövlət daxilində yaranmış vəziyyət hər hansı bir yolu seçmək imkanı qoymamışdı. Və sonra… Hər hansı bir adamı öz yeni dostları ilə daim qorxutmaq mümkündür. Məsuda elə gəlirdi ki, o hiyləgər və uzaqgörən bir siyasətçidir.
Bu söhbətdən heç üç il keçmədi, zaman Sultanın necə bir səhvə yol verdiyini göstərdi. 1037-ci ildə Mərv Çağrıbəyin əlinə keçdi. 1038-ci ildə isə Toğrul Nişapur şəhərini tutdu. Səlcuqlar sonrakı döyüşlərdə dəfələrlə məğlub olsalar da, bununla belə, 1040-cı ildə Məsudun şəxsən rəhbərliyi altında Mərvə yürüşü qəznəvi sultanının böyük məğlubiyyəti il başa çatdı.
Amma Məsud zəngin Xorasanı özü üçün geri qaytarmaq ümidindən qətiyyən imtina etmədi. O, oğlu Mödüdü Bəlxdə qoyaraq özü isə köçərilərə–səlcuqlara qarşı vuruşmaq üçün yeni böyük qoşun toplamaqdan ötrü Hindistana yola düşdü. Lakin Sultan qoşununun tez-tez məğlubiyyətə uğraması türk əmirləri arasında daha çox narazılıq və inamsızlıq yaradırdı. Hindistan sərhədlərini keçdikdən sonra qoşunun bir hissəsi üsyan edib, Məsudun daim hər yerə öz arxası ilə daşıdığı qardaşı Məhəmmədi əsarətdən xilas elədi. Üsyançılarla Sultana sadiq qalmış qoşun arasında döyüş baş verdi, bu döyüşdə ilk dəfə olaraq, üsyançılar qalib gələrək Məsudu əsir aldılar. Onu qalaya saldılar, bir il sonra isə quyuya atıb üstünü daşla örtdülər.
Tusun barısında, gördüm ki, bir quş
Caynağında Keyin başını tutmuş,
Kəlləyə söyləyir, əfsuslar olsun,
Zənglərin səsini aləm unutmuş.
«Hə, indi narahat zamandır, – deyə İbrahim fikirləşir. Belə deyirlər ki, İsfahan vahəsində yerləşən kənd dördayaqlıların məskun olduğu münbit bir yerdir. Səlcuqlar buranı: yerlə yeksan etmişlər, insanlar isə hara gəldi qaçıb dağılmışlar. Heç kim bilmir ki, Toğrul bəy sabah nə edəcək. O bu gün torpaq sahibkarları, tacirlər, imamlar və şeyxlər ilə mehriban və xoşrəftardır. Bəs sabah nə olacaq? Amma digər tərəfdən, çadırçı düşünməkdə davam edir, elmlə mənim tanışlığım olmasa da görürəm ki, imam və tacirlər Toğrul bəyə öz müdafiəsi üçün lazımdır. Toğrul bəy özü də alver etməkdən imtina etməzdi. Biz ustalar nədən qorxmalıyıq? Axı, yeni padşahımızın bu qədər can atdığı ticarət öz mahiyyətinə görə bir gün də sənətkarlarsız yaşaya bilməz. Digər tərəfdən, ticarət olduqca sənətkarlıq da olacaq. Yox… Yeni hökumət əvvəlkindən çox yaxşıdır. Başlıcası odur ki, vergilər adama bir o qədər də əzab vermir. Doğrudur, firavan yaşamasaq da, amma yaşamaq olar.
May axşamı yalnız yaxşı şeylər haqqında fikirləşmək istəyirdim.
…Çığırtı və səs-küy onu həyata qaytardı. İbrahim gözlərini açdı. Məlum oldu ki, o özündən xəbərsiz möhkəm yatmışdı. May gecəsi qısa olur: şərqdə artıq çıxmaqda olan günəş qızarırdı. Bəs bu nə səs-küydür belə?
– Sevin, usta, oğlun olub!
İbrahim üçün bu gün – 1048-ci ilin 18 may tarixi xoşbəxt gün idi.
…Həmin dövrün heç bir tarixi xronikasında Ömər Xəyyamın anadan olduğu il haqqında dəqiq məlumat yoxdur. Tarixçilərdən heç biri onun dünyaya gəldiyi günü xatırlamır. Əl-Beyhəqqi «Müdrikliyi mühafizə edənlər»ə Əlavələr»də məlumat verir ki, «Xəyyam həm doğuluşu, həm valideynləri, həm də əcdadları etibarilə Nişapurdandır». Tarixçi Əhməd Tatəvi özünün «Minlərin tarixi» əsərində yazır ki, Ömər Nişapurda doğulmuşdur, onun əcdadları da həmçinin nişapurludur».
Əl-Beyhəqqi həmçinin Ömər Xəyyamın doğulduğu anda göy cisimlərinin vəziyyəti barədə də məlumat verir. Ömər Xəyyamın qohumları ilə onun tanışlığını nəzərə alaraq, Əl-Beyhəqqinin verdiyi məlumata kifayət qədər ciddi yanaşılmalıdır: «Əkizlər bürcü onun (Xəyyamın) ulduzlar cədvəli idi: Günəş və Merkuri əkizlər bürcünün üçüncü dərəcəliyində, Merkuri birləşmiş vəziyyətdə (Günəşlə) idi, Yupiter isə ona nisbətən üçbucaq vəziyyətində olmuşdur».
Hind tədqiqatçısı Svami Qovinda Tirtha orta əsrlərdə hind efemerid cədvəli3 üzrə Merkuri və Yupiterin geosentrik uzunluğunu təhlil edərək belə bir nəticəyə gəlmişdir ki, Xəyyam 1048-ci il mayın 18-də anadan olmuşdur. Sovet alimi Ş. Q. Şərəf Tirthinin nəticələrini yoxlayaraq sübut etmişdir ki, Merkuri 1015–1054-cü illər arasında 17–18–19 may tarixində yalnız üç dəfə–1022, 1035 və 1048-ci illərdə Günəşlə birləşmiş vəziyyətdə olmuşdur. Amma Yupiter yalnız 1048-ci ildə üçbucaqlı şəklində olan şərtləri təmin etmişdir.
Hər üç gündən – 17, 18 və 19 may tarixindən daha çox 17 may günü ehtimal olunur, çünki həmin gün Günəş və Merkurinin geosentrik uzunluğunun fərqi 4 dərəcə əvəzinə 6 dərəcə və mayın 18 və 19-da isə 2 dərəcəyə bərabər olmuşdur. Sonuncu iki tarixdən günəş uzunluğu cədvəlində göstərilən 18 may tarixinin 63 dərəcəsi tam uyğun gəlir.
Bilinməz nə vaxtdan hərlənir bu tas,
Nə zaman pozular bu gözəl əsas
Belə nazik fikri dərindən duyub,
Ağıl ölçüsüylə dərk etmək olmaz.
Uşağın dünyaya gəlməsi evdə həmişə sevincə səbəb olur. Yolu səbirsizliklə gözlənilən evdə isə oğlan uşağının doğulması ikiqat şadlıqdır. Təsadüfi deyil ki, hər bir mömin müsəlman «Qadir və Qüdrətli allaha çox şükür ki, o məni kişi yaratmışdır» sözlərini təkrar etməlidir. Oğul – bu, atanın СКАЧАТЬ
3
Nücum təqvimi: ilin müəyyən günündə göy cisimlərinin hansı vəziyyətdə olacağını göstərən astronomik cədvəl