Altı il Dəclə-Fərat sahillərində. Qəzənfər Paşayev
Чтение книги онлайн.

Читать онлайн книгу Altı il Dəclə-Fərat sahillərində - Qəzənfər Paşayev страница 4

Название: Altı il Dəclə-Fərat sahillərində

Автор: Qəzənfər Paşayev

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8450-1-7

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Bunların içində «Suq əs-Səfafiir» – «Misgər bazarı» xüsusilə fərqlənir. «Misgər bazarı» Harun ər-Rəşidin zamanında çox məşhur olub. Yazılı mənbələr göstərir ki, o vaxt burada üç yüzdən çox misgər emalatxanası olub. Misgərlər hər cür silah, əsgərlərin şücaətini göstərən nişanlar, saray, məscid və yaşayış evlərinin tikintisində istifadə üçün əşya və bəzək şeyləri, qazan, çaynik, səhəng, sini və s. hazırlayırmışlar. Müasir dövrdə hər şey fabrik-zavodlarda istehsal olunduğuna görə misgər bazarı dəbdən düşmüşdür. Onun uzunluğu indi 150 metrdən artıq deyildir.

      Misgərlər cərgə-cərgə düzülüb, əsrlərlə bundan əvvəl olduğu kimi, qab-qacaq düzəldirlər. Misgər bazarında çəkic səsindən qulağın tutulsa da, tezliklə buna alışırsan. Lakin sənətkarların üz-gözündən və baxışlarından da hiss olunduğu kimi, misgər bazarında qıtlıqdır. İndi onlarla alveri əsasən turistlər edirlər. Buna baxmayaraq onlar sənətlərindən əl çəkmir; axşama kimi çəkicləri əllərindən düşmür.

      Misgər bazarı, xeyli əvvəllər olduğu kimi, yalnız ustalardan hansısa vəfat etdikdə bağlı olur, Bağdadın örtülü bazarının ahəngi pozulur. Örtülü bazar səhər gün çıxandan axşam gün batana qədər açıqdır. Ömrünü-gününü toz-torpaq içində keçirən dükan sahibləri, demək olar ki, təmiz hava görmürlər. Baxışları həsrətli, boz və sarı görkəmli bu adamların xeyir-şərdən, dünyanın gedişindən xəbəri olmur. Onları maraqlandıran yalnız alıb-satdıqları matahın qiymətinin enib-qalxmasıdır.

      Hər gün səhər tezdən şər qarışana qədər vaxtını örtülü bazarda keçirən bu adamlar çox yemirlər; havasızlıq və qışda dükanı qızdırmaq üçün işlədilən neft lampası «Ələddin»in iyi iştahlarını pozur. Bir yandan da hiss olunur ki, qənaət edilmiş tikə onlara yeyilən tikədən daha şirin gəlir. Dükanları səliqə-sahmansızlıq və toz-torpaq basır; hər şey, hətta dükan sahibləri özləri də toz-torpaq içində itib-batır. Həyat beləcə keçir… Bir gün qonşu dükançılara xəbər çatır ki, fılankəs də dünyadan köçdü.

      Adətən bu dükanlar atadan oğula, oğuldan nəvəyə, nəvədən nəticəyə, nəsildən-nəslə keçir.

      Üstüörtülü bazardan başqa, Bağdadda bütün mağazaların vitrinləri var. Onlar elə düzəldilir ki, mağazada olan malların hərəsindən bir nümunə nümayiş etdirməyə imkan versin. Sənə lazım olan əşya və ya paltardan nümunə yoxdursa, mağazaya girib basabas salmağa ehtiyac qalmır. Göründüyü kimi, vitrin yalnız gözəlliyə, estetik zövqə xidmət etmir, eyni zamanda müştərilərin işini asanlaşdırır, vaxt itkisini aradan qaldırır.

      Bağdadda demək olar ki, meyvə mağazaları yoxdur. Onları ilin bütün fəsillərində küçələr boyu uzanıb gedən köşklər əvəz edir. Müxtəlif növ alma, armud, üzüm, şaftalı, əncir, nar, limon, naringi, turunc, püstə, badam, qoz, hind qozu, portağal, banan, ərik, gavalı, alça və s. köşkləri bəzəyir. Bu köşklərdə həmişə qarpız və yemiş də satılır. Öz görkəmi ilə adama «gəl-gəl» deyən meyvə köşkləri şəhərə xüsusi gözəllik verir.

      Bağdadda nadilər – klublar vardır. Müəllimlər, neftçi- lər, mühəndislər, həkimlər və s. nadiləri. Bunlar bizim mədəniyyət evlərini xatırladır. Nadilərdə kitabxana, oxu zalı, arxiv, televiziya və radio otaqları, şahmat, domino, nərd, stolüstü tennis oynamaq üçün zallar, restoran və s. vardır. Restoran, kazino və barlarda yalnız kişilər işləyirlər.

      Ölkədə qiraət salonları, kitabxanalar olduqca azdır. Şagird və tələbələr dərsə açıq havada, çox vaxt yollarda gəzinə- gəzinə hazırlaşırlar. Bağdadda tələbələrə yardım məqsədilə xüsusi məhəllələr açılmışdır. Bunlar da bir növ çayxanadır. Fərq ondadır ki, başqa yerlərdə çay, kofe içə-içə söhbət edir, musiqiyə qulaq asır, domino, nərd və ya şahmat oynayır, vaxt keçirir, bu məhəllələrdə isə yalnız dərsə hazırlaşırlar. Burada çay və qəhvə üçqat baha satılır. İstəyib-istəməməyindən asılı olmayaraq gərək bir şey sifariş verəsən.

      Bağdadı gəzdikcə dərindən duyurdum ki, heç bir məlumat şəxsi müşahidəni əvəz edə bilməz. Burada xoşuma gələn məsələlər çox oldu. Onlardan biri də məişət avadanlığı, mebellə əlaqədardır. Mebel əsasən xüsusi yerlərdə adlı-sanlı ustalar tərəfindən düzəldilir. Bizdə dərzilərdə moda jurnalları olduğu kimi, İraqda ustalarda mebel üzrə moda jurnalları olur. Orada bu və ya başqa modanın hansı ölkəyə məxsus olması, həmin modalı mebelin birinci dəfə kimə düzəldilməsi, ölçüsü və s. göstərilir. Müştərinin hər hansı bir mebeldən xoşu gəlirsə müqavilə bağlanır. Beş-altı aya mebel hazır olur. Müqavilənin şərtinə görə əgər sifariş vaxtında yerinə yetirilməsə usta, sifarişçiyə gecikdirilən hər gün üçün cərimə verir. Düzəldilən mebel həqiqətən də çox gözəl və yaraşıqlı olur.

      Bununla belə, Bağdadda məni mat qoyan məsələlər də oldu. Burada qışda evləri və idarələri «Ələddin» adlı neft lampaları ilə qızdırırlar. Sobalardan gələn iydən adamın başı ağrıyır, kütləşir. İraq neft hasilatına görə dünyada ön yerlərdən birini tutur. Bu qədər nefti və qazı olan ölkənin paytaxtının belə qazlaşdırılmadığını görəndə istər-istəməz doğma yerlər göz qabağına gəlirdi.

      …Qürur hissi ilə doğma kəndim Düzqırıxlını xa-tırlayırdım. 1970-ci ildən Tovuz rayonunda bütün kəndlər qazlaşdırılıb. O cümlədən də mənim kəndim. O kənd ki, hələ 50-ci illərdən bütün evlərində İliç lampaları yanır; telefon və radio şəbəkəsi vardır, kənd artezian və kanal suyu ilə tam təmin edilib. Bunun sayəsində sovxoz ildə on min tondan çox üzüm verir. Adamların güzəranı daha da yaxşılaşır. Xeyli vaxtdır ki, kəndə bulaq suyu da çəkilib. Bu kənddə – asfalt küçələr, ağ kubik daşdan tikilmiş bir-iki mərtəbəli xüsusi evlər, mədəniyyət evi, qonaq evi, şadlıq evi, neçə-neçə mağaza, ikimərtəbəli univermaq, yüz çarpayılıq ikimərtəbəli şəfaxana, texniki- peşə, səkkizillik və onillik məktəblər, idman kompleksi, iki park, hamam, yeməkxana və restoranlar, ikimərtəbəli sovxoz idarəsi, çörək zavodu, elektrik dəyirmanı, iki şərab zavodu, maşın-traktor parkı və s. vardır.

      Qərib ölkədə bütün bunlar haqqında düşündükcə adamın ürəyi dağa dönür. Əllinci illərdən doğma kəndimdə kolxoz sədri işləyən Firidun Bağırovun işgüzarlığını da minnətdarlıqla yad edirəm.

      O Firidun kişinin ki, kənddə neçə ildir gül-çiçəyinə, səliqə-sahmanına görə «ən gözəl bağ-bağçalı həyət» müsabiqəsi keçirir. Müsabiqənin qalibi pul mükafatı alır. Yəqin buna görədir ki, ilin bütün fəsillərində həyətlər laləzara bənzəyir. Kəndimizin ilk müəllimi Əhməd Axundovun, müsabiqə qalibləri Mahmud Musayev, Əsəd Cəfərov, Ələsgər Nağıyev və başqalarının həyətləri nağıllarda danışılan cənnət guşəsinə bənzəyir…

      Məni Bağdadda ən çox təəccübləndirən maşınların çoxluğu və taksi sürücülərinin hərəkətləri idi. Təbii ki, ətrafı ilə birlikdə üç milyondan çox əhalisi olan Bağdadda СКАЧАТЬ