Название: Türk və dünya: munis tariximiz
Автор: Мурад Аджи
Издательство: JekaPrint
isbn: 978-9952-8450-5-1
isbn:
Kiyev Rusunun yaranmasına qədər Misirdə, Qədim Yunanıstanda, Qədim Romada sivilizasiyalar çiçəklənmiş və solmuşdu – hələ Qədim Şərqi demirəm. Bəs Kiyev Rusuna qədər indiki Rusiyanın ərazisində nə olmuşdu? Doğrudan da, səhra ki deyildi?
Təəssüf ki, Rusda bu suallardan sükutla yan keçmək adətdir. Yaxud cavab əvəzinə yeni suallar və anlaşılmazlıqlar doğuran fərziyyələr söylənilir.
Ancaq o uzaq zamanın sənədləri saxlanmışdır. Bütün dünya bunu bilir. Heç bir sirr yoxdur. Sirr ancaq rusların özü və Rusiyada yaşayan başqa xalqlar üçündür. Bu məlumatları sadəcə onlardan gizlədirlər və ya başqa cür, istədikləri kimi şərh edirlər. Niyə hər şey öz adı ilə deyilməsin? Kimə alatoranlıq işıqdan daha üstündür? Ancaq soxulcanlara!
Məsələn, alman tarixçisi L. Müllerin əsərlərində RUS xalqının adı ilk çəkilən erkən sənədlər təhlil olunur – bu adam qədim Şərqi Avropa üzrə etiraf olunmuş avtoritetdir.
«Berlin salnamələri», «Rus salnaməsi», Konstantin Baqryanorodnının «İmperiyanın idarə olunması haqqında» traktatı və s. mənbələr, hər yerdə eyni şey deyir: ruslar adı ilə skandinaviyalıları – varyaqları tanıyıblar.
Belə çıxır ki, Rusiyanın irəlidə gətirilmiş sitatın götürüldüyü «Dünya xalqları» adlı ensiklopedik məlumat kitabı, yumşaq desək, dəqiq deyil. Əsil ruslar haqqında susub onun adını özünə götürmüş rus xalqından danışmaq kobud səhvdir. Bəli, IX-XII əsrlərdə Kiyev Rusunu həqiqətən ruslar qurublar. Ümumi məlum şeyi gizlətmək nəyə lazımdır? Niyə slavyanları Rusun (Kiyev Rus dövlətinin T.H.) «qurucusu» eləyirlər?
«Bertin annaları»nda (salnaməsində – T.H.) məlumat verilir ki, ruslar 839-cu ildə Bizans səfirliyi ilə birgə Mömin Ludovikin (Ludovik Blaqoçestivıy) yanına gəlirlər. Bu, ilk, ən qədim yazılı məlumatdır ki, orada «ruslar» adında xalqdan danışılır.
Onlar milli mənsubiyyətləri haqqında suala cavab verirlər ki, isveçlidirlər. Və buradaca müəllif aydınlaşdırır ki, «biz onlara normanlar deyərik». Belə çıxır ki, ilk ruslar slavyan deyillər. Hələ bu azdır, onlar özlərinin «slavyan» olmalarından tam xəbərsizdirlər. Onların kökü tamam başqadır.
Təkcə yunanlar yox, eyni zamanda romalılar, ərəblər, qıpçaqlar, farslar – bütün dünya IX-XII əsrlərdə «rus» sözünü eyni mənada başa düşürdülər. Bu sözlə Rusiyada «varyaqlar» adı ilə məlum olan xalqı tanıyırdılar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Tarixən İran bu gün fars dövləti kimi tanıdılan diyar deyil, irəlidə görünəcəyi kimi, bu, Qədim Vətənimizin Manna-Midiya, sonralar Azərbaycan adı ilə tanınmış Cənub hissəsidir. Toponim =ır (qədim türk tayfası) +an (qədim türk cəm şəkilçisi) yəni ırların (>uzların) yaşadıqları yer. T.Hacıyev.
2
Bunu qonşu ermənilərin Azərbaycanın qədim Qarabağ diyarına qarşı torpaq iddiasında əyani görürük. Tarixən dövlətçiliyi olmamış ermənilərin işğalçılıq, qəsbkarlıq, insan qırğını ideyalarına həmişə Eçmiədzin kilsəsi başçılıq etmişdir. T.H.
3
Qədim Rusiyada öz əvvəlki mövqeyini itirdiyinə görə həyat vəsaitindən, hüquqlarından məhrum edilmiş adamlara deyiblər. T.H.
4
Qədim Rusiyada öz əvvəlki mövqeyini itirdiyinə görə həyat vəsaitindən, hüquqlarından məhrum edilmiş adamlara deyiblər. T.H.
5
Bu tədqiqatçıların siyahısında iki nəfər istisna var:
a)Bunlardan biri P.Melioranskidir. O, XIX əsrin 90-cı illərində «Kül tigin» abidəsindən danışarkən arşakilərin pulunun üstündə Orxon run yazısının tipində damğa olduğunu söyləyənlərə isnad edir. Özü bu fikri bölüşdürməsə də, hər halda faktlığını göstərir yəni arşakilər dövlətinin pulunda türk damğası– hərfi varsa, deməli, bu mədəniyyət, bu dövlət türkündür.
b)XX əsrin 80-ci illərində türk etnosunun istedadlı tədqiqatçısı L. Qumilyov qətiyyətlə dedi ki, arşakilər türkdür. Hətta arşakilərin Türküstandan gəlmiş olmasını deyən alim, onların Azərbaycanda müstəqil sülalələr kimi yaşadıqlarını dedikdən sonra məhz belə ifadə işlədir: «Y.e.nın VI əsrindən sonra onlar yerli türklərin içində əridilər*. T.H.
6
Bugünkü İranın Parfiya, bugünkü farscanın tarixi farsca, tarixi farscanın tarixi parfca-türkcə ilə nıünasibətlərini qavramaq baxımından V. Bartoldun bu sözləri xüsusi dəyər kəsb edir. Bartold sasanilərin ilk mərhələsində öz dövlətləri üçün ədəbi dili, əslində dövlət dilini parflardan hazır götürdüklərini söyləyir. Keçən əsrlərdəki şovinist və avrosentrist mövqedən fərqli olaraq, artıq bu gün parfların türklüyü qəbul olunur. Deməli, Sasanilər parf türkcəsini, bir sözlə türkcəni ədəbi və dövlət dili kimi işlədirmişlər. Sasanilər hind-Avropa mənşəli etnosun dövlətini qururdular. Deyildiyi kimi, ölkədə birlik, sakitlik onların quruculuğunda vacib idi. Bunun üçün də parfları-türkləri özlərindən itələməmək xatirinə parfca-türkcəni ədəbi dil kimi işlətməyi özlərinə rəva bilirlər. Görünür, mühüm bir tutacaq da o olmuşdur ki, həmin dövrdə ölkədə ikidillilik yaşanmışdır: farslar türkcəni, türklər də farscanı sərbəst bilmişlər. «İqor polku haqqında povest»in yarandığı dil mənzərəsi kimi: əsər yaranan dövrdə türk və slavyan ikidilliyi olmuşdur. Və həmin dövrdə türkcəni başqa xalqların da bilməsi Parfiya dövlətinin, həm СКАЧАТЬ