Название: Muhammed. Son peyğəmbər
Автор: Лев Нусенбаум
Издательство: JekaPrint
isbn: 978-9952-8448-8-7
isbn:
– Bu məktubu Bəhreyndəki valimə çatdır. Sənə orda çoxlu mükafat veriləcək və böyük şərəfə çatacaqsan.
Tarafa şair idi, oxuya bilmirdi. Məktubu alıb səhraya üz tutdu. Yolda çox bilikli bir insana rast gəldi, elə insana ki, onun biliyi hətta yazılı sözü oxumağa da çatırdı. Bu müdrik insan məktubu oxudu, zira o vaxt məktub açmaq qadağası yox idi. O dedi:
– Aman, Tarafa, Bəhreynə getmə, məktubda yazılıb ki, qoşduğun həcvə görə vali orda səni diri-diri basdırsın. Odur ki, məktubu cır, at çaya.
Şair Tarafa cavabında dedi:
«Oxumaq böyük peşə, yazmaq isə – bir sənət,
Yazılan olmamalı çaylara, suya qismət.
Zaman gələr, oxunar, zaman gələr, yazılar,
Tarafanın şeirləri kəsb eyləyər bir vüsət.
İstəmirəm, yazılan şey mənim ucbatımdan məhv olsun. Yazılanı yox etməkdənsə, ölümü üstün tuturam».
Yoluna davam etdi və yazı sənətinin xatirinə məşəqqətli bir ölümlə ömrünü başa vurdu.
Abbas tayfasından olan və zənci qadından doğulmuş, yalnız böyük igidlikləri sayəsində atasından bəyaz qardaşları ilə bərabərlik hüququ almış şair Əntərə ibn Səddadın həyatı daha romantikdir. Lakin qazanılmış bərabərliyə baxmayaraq bəyaz ərəb tayfaları qaravaşın qara oğlunu məsxərəyə qoyurdular. Əntərə isə bir qayda olaraq deyirdi:
– Qəlbim bəyaz insandaşlarımın bədəninə bənzəyir, bədənim isə onların qəlbinə. – Bu hənəyi başa düşməyənlərə isə əlavə edirdi. – Bir param doğuluşdan pakdır, digər paramı isə qılınc örtür.
Əntərə ömrü boyu bədxahlarına qarşı mübarizə aparır, dostunu-düşmənini armağanlayır, şeirlərini isə ağ dəvəsinin yeriş təqtinə uyğun qoşurdu. Şeirlərinin xatirinə ərəblər Əntərəyə rəğbət bəsləyirdilər. Dostluqlarını, sevgilərini isə qaravaşın siyah oğlundan qızırğalanırdılar.
Hər kəsin, hətta tanımadığı adamın da könlündən keçəni ona bağışlamaq və yalnız qılıncla qazandığını özünün şəxsi malı saymaq Əntərədə bir xasiyyət idi. Baxmayaraq ərəblər Əntərəni sevmirdilər, cəsurluğuna, ağlına və şuxluğuna görə ona Əntərə əl-Haki, Surlu19 Əntərə adını verməyi qət etdilər. Ancaq Əntərə razı olmadı.
– Düşmənliyəm, dedi, onu tapıb öldürməmiş özümü surlu saya bilmərəm.
– Onda tez öldür, – camaat dilləndi, çünki sənə Surlu Əntərə deməkdən ötrü darıxmışıq.
Əntərə düşmənini çox aradı. Gecə-gündüz səhranı dolaşdı, qabağına çıxanı sorğu-suala tutdu, qisasa yol açmaq üçün allahlara yalvardı. Ancaq qorxaq düşmən gizlənməyi bacarırdı. Buna görə də Əntərə ona «Qaçarğı Sur» adını qoydu. Əntərənin allahları axırda rəhmə gəldilər və səhranın tükənəcəyində düşmənini ona göstərdilər. Əntərə sevincdən titrədi: «Axır ki, həsrətimə son qoyulur», düşünüb döyüşə hazırlaşmağa başladı. Düşməni də onu tanımışdı və öz qurtuluşunu o, qorxaqların yeganə xilasında tapdı: qaçışda. Amma Əntərənin dəvəsi güclü idi. O özünü bu qaçarğıya yetirdi, Əntərə nizəsini düşmənin başı üstündə tovladı. Elə bu vaxt düşməni üzünü çevirib ləlidi:
– Ya Əntərə, yaraqlarını mənə bağışla.
Əntərə də ləlirtiyə duruş gətirə bilmədi, silahlarını düşmənin ayaqları altına atıb uzaqlaşdı ki, «Qaçarğı Sur» onu öz yarağı ilə öldürməsin.
Bədəvilər bu olaydan xəbər tutanda bir hissəsi Əntərədən yaxa qurtarmaq üçün əl atdığı bicliyə görə düşməni təriflədi, əksəriyyət isə bəyaz qəlbli siyah kişinin üstünə güldü. Amma bayram ayı yetişəndə Ərəbistan qadınları iri, qara bir örtük toxudular, Ərəbistan üləmaları isə onun üstündə qızıl hərflərlə gülərüz şair Əntərənin adını yazdılar. İgidlərə də əmr etdilər ki, həmin örtüyü illahlar məbədi Müqəddəs Kəəbənin qapısından assınlar. O çağdan Əntərə adı Əntərə Məcnun oldu ki, bu da qədim xalqların dilində Şair Əntərə ilə eyni anlama gəlir.
Bu və bunabənzər olayları səhrada çox danışırdılar. Onların hamısı dünya ilə çarpışan və ona öz nəğmələrinin gücü ilə qalib gələn cəsur şairlərdən bəhs edir. Onlar ərəb ləyaqətinin mayasını təşkil edirdilər.
Həmin şairlər arasında ən görkəmlisi, ən dahisi isə şah oğlu İmruulqeys ibn Hicr olmuşdur. İmruulqeys macəralı bir həyat sürürdü. Ağlını azıb şairlik etdiyinə görə atası ondan üz döndərdi, o da dostları ilə səhraya üz tutdu. Orada nəğmələr qoşub qadınların mərhəmətini qazandı. Atası Bənu Əsəd tayfası tərəfindən öldürüləndə və İmruulqeysin qardaşlarından heç biri bu qətlin qisasını almaq istəməyəndə isə həmin didərgin oğul həyatını atasının intiqamına həsr etməyi qərara aldı. Onillər ərzində dinclik bilmədən səhranı dolaşdı, Bənu Əsəd tayfasına qalib gəlib axırda yəhudi Səmuelin əfsanəvi qəsrində gizləndi, sonradan da Bizans kralının sarayına gəldi. Orda yüksək hörmət qazanıb Fələstinin valisi təyin edildi. Axırda da kralın qardaşı qızını yoldan çıxartdığına görə Ankirada20 hökmdarın əli ilə zəhərlənib öldürüldü. Onun həyatı saysız, romantik əfsanələr üçün yetərincə material verir ki, həmin əfsanələrin mərkəzində də o özü və sadiq dostu Səmuel dayanırlar. «Səmuelə məxsus Ablaq qəsrində», əfsanələrdən biri belə söyləyir, «İmruulqeys özünün ən qiymətli şeylərini, onu yenilməyə qoymayan beş ədəd sinəbəndli köynək gizlədirdi. İmruulqeys Bizansa gedəndə Hirənin padşahı tələb etdi ki, yəhudi Səmuel İmruulqeysin zirehli köynəklərini ona versin. Amma Səmul əl-Vəfi (Sadiq) onları verməkdən imtina etdi və əfsanəvi döyüşlərdən sonra əzablı ölümün pəncəsində getdi. Bədəvilər Səmuellə İmruulqeysi bugünün özündə də СКАЧАТЬ
18
Hirə (əl-Hirə) – İraqda qədim şəhər. 3-cü əsrdən sonra ləxmənilərin paytaxtı, onların rəhbərliyi altında xristianlığın mərkəzinə çevrildi. İslam ordusu şəhəri fəth etdikdən sonra tənəzzülə uğradı. Qazıntı işlərinə 1931-ci ildə başlanıldı.
19
Surlu- dilimizə keçmiş yad mənşəli xoşbəxt sözünün yerində işlənir. Kaşğari öz lüğətində sur etimonunun tale, bəxt anlamında olduğunu qeyd edir. Azərbaycan alxışı «Surun yerisin»dəki sur sözü də bəxt, tale anlamında işlənir.
20
Ankira (alman mənbələrində: Ankyra, Ancyra, Anqora) – Ankaranın qədim adı.