Название: Muhammed. Son peyğəmbər
Автор: Лев Нусенбаум
Издательство: JekaPrint
isbn: 978-9952-8448-8-7
isbn:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Papyrus Anastasi – papirus (yun. papiros): sərv sinfındən 1-3 m hündürlüyündə uzunömürlü ağac. Hələ qədim zamanlarda ondan bərə, qayıq, ulğan və yazı üçün papirus hazırlanardı. Anastasi yunanca anastasius sözünün latın dilində yiyəlik halı. Mənası yenidən dirilən deməkdir. Xristian xüsusi ismi Anastas da buradandır. Papyrus Anastasi əlyazmalar kağızı anlamındadır. (Bu və bundan sonrakı ayaq qeydləri tərcüməçinindir).
2
İkiçay Məmləkəti – Nil və Fərat arasında yerləşən torpaqların alman mənbələrindəki adının kalkası.
3
Bəzi qaynaqlarda, məsələn, A. Massenin «İslam»ında «Cəzürət-ül-ərəb», tərcüməsi də «Ərəb yarımadası» kimi verilir.
4
«Adların siyahısı»nda: Üçüncü Yezdəgird.
5
Xaldeylər – e.ə. 1-ci minilliyin 1-ci yarısında Babilistanda yaşamış tayfa.
6
Aramilər – Ərəbistan yarımadasında yaşamış köçəri sami tayfaları. E.ə. 2-ci minilliyin sonlarında Ön Asiyaya yayılmış aramilər Suriya və Şimali Mesopotamiyada kiçik dövlətlər yaratmışdılar. Aramilərin sonrakı nəsilləri assuriyalılardır.
7
Yevgenika yun. yaxşı soydan, kübar doğulan deməkdir. İnsanın irsi sağlamlığından və onun yaxşılaşdırılması yollarından bəhs edən nəzəriyyə. Onun prinsipləri ilk dəfə ingilis psixoloqu və antropoloqu Frensis Qalton (1822-1911) tərəfındən 1869-cu ildə irəli sürülmüşdür və gələcək nəslin irsi keyfıyyətlərini yaxşılaşdıran təsirlərin öyrənilməsinə yönəlmişdir.
8
Hiram – e.ə. 969-936-cı illərdə Tirin fınikiyalı padşahı.
9
Ofir – ölkə adı. Süleyman peyğəmbər burdan gəmi ilə daş-qaş və qızıl gətirtdirərmiş. Onun yerini Hindistan və Elamda, Şərqi və Cənubi Afrikada, Ərəbistanda axtarırlar.
10
Almaniyada 50 kq.-a bərabər qeyri-rəsmi ölçü vahidi.
11
Saba – qədim cənubi-ərəb səltənəti, paytaxtı bugünkü Yəməndə Mərib şəhəri.
12
Nəbatilər – qədim dövrlərdə qüdrətli şimali-qərb ərəb tayfası, e.ə. 5-4-cü əsrlərdə edomluların ərazisində oturaqlaşıblar. Nəbatilər dövləti eramızın 106-cı ilində süqut etmişdir.
13
Midian – Səudiyyə Ərəbistanında Hicazın şimal səmtində məmləkət. Qədimdə zəngin qızıl və gümüş ehtiyatına malik olub.
14
Palmira – ərəbcə yeni adları Tudmur, Tadmor, Tadmur. Suriya səhrasının şimalında qədimdə ölkə, indi həm də şəhər.
15
Kəssanilər (digər qaynaqlarda: qəssanlar) – Şimali Suriyada ərəb zadəgan soyu. Cənubi ərəb tayfası Kəssanın adı ilə adlanıb. 5-ci əsrin sonunda Dəməşqin cənub-şərqində məskunlaşıb və monofızit xristianlığı qəbul edib.
16
Ləxmənilər – ərəb zadəgan soyu. 4-cü əsrdən 602-ci ilə qədər Sasanilərin himayəsi altında cənub sınırlarını qoruyurdular. Paytaxtları Kufənin (İraq) cənubunda Hirə şəhəri.
17
(s.ə.) – bundan sonra hər yerdə tərcüməçinin əlavəsidir və yalnız müəllif mətnində istifadə olunur. Müəllif mətnində qoyulmursa, deməli, bu fikir kafirlərə, münafiqlərə, yaxud yəhudilərə aiddir.
18
Hirə (əl-Hirə) – İraqda qədim şəhər. 3-cü əsrdən sonra ləxmənilərin paytaxtı, onların rəhbərliyi altında xristianlığın mərkəzinə çevrildi. İslam ordusu şəhəri fəth etdikdən sonra tənəzzülə uğradı. Qazıntı işlərinə 1931-ci ildə başlanıldı.
19
СКАЧАТЬ