Qarlı aşırım. Фарман Керимзаде
Чтение книги онлайн.

Читать онлайн книгу Qarlı aşırım - Фарман Керимзаде страница 6

Название: Qarlı aşırım

Автор: Фарман Керимзаде

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8449-1-7

isbn:

СКАЧАТЬ başa salmaq üçün hər kəlməni onun qulağının dibində üç-dörd dəfə qışqırdı. Rəsul onun dediklərini başa düşənə qədər Abbasqulu bəy də, Xəlil də, Talıbov da gəlib kahanın qabağına çıxmışdılar.

      Rəsulu Qarabağlara göndərdilər. Özləri də kahadakı ocağın ətrafında dövrə vurdular. Atlar başlarını aşağı salıb hərəsi bir dal ayağını boş qoymuşdu. Qar isə hey yağırdı.

* * *

      Həyətin aşağısında, ərik ağacının altında inək kəsmişdilər. Üç-dörd adam inəyin gönünü soyurdu.

      Kərbəlayı İsmayıl qotazlı mütəkkəyə söykənib təsbeh çevirirdi. Buxarı çartıltı ilə yanırdı. İsti onu vurduqca xoşhallanırdı. Arxası qapıya tərəf oturan Qəmlo ocağa çırpı atırdı. Onun kürəyinin hər tərəfi bir vəl tayı boyda idi.

      Kərbəlayının dilindən çıxan bu bir kəlmə söz o demək idi ki, ay Rəsul, buyur, danış.

      – Dostun qonaq gəlib ha…

      – Dostum kimdir, ay Rəsul?

      – Abbasqulu bəy.

      – Qoşun gətirib?

      – Üç nəfərdilər.

      Kərbəlayı dikəldi. Qalxdı:

      – Hardadılar?

      – Bizim ocağın başında.

      Qəmlo yerindən bəbir kimi sıçradı. Divara söykədiyi tüfəngi elə qapdı ki, elə bil çöp götürdü. Rəsulu qoltuqlayıb çölə çıxartdı.

      Kərbəlayı İsmayıl əlini bığına, qırmızımtıl, yağlı dodaqlarına, saqqalına çəkdi.

      «Demək, belə. Abbasqulu bəy iltimasa gəlib. Gəlib ki, silahı yerə qoyum. Daşı ətəyimdən töküm».

      Gəzinməyə başladı. Corablarının naxışı yerdəki xalçanın naxışlarına qarışdı. Sanki yerimirdi, o tərəf-bu tərəfə süzürdü.

      «Adətdi, seldən qabaq qamqalaq, zir-zibil gələr. Kötüyü selin güclü yeri axıdıb gətirər. İndi tərsinə çıxır. Qabağa kötüyü salıblar. Diyirlədib veriblər irəli. Demək istəyirlər ki, yüngülümüz Abbasqulu bəydi, sonrası lap ağır gələcək».

      Qapı da, pəncərələr də taybatay açıldı. Çovğun ardıc gözündən içəriyə yayılan istini bir anda sovurdu. Kərbəlayının qoyun-qoltuğunda gəzən soyuq onun canını tumurcuq-tumurcuq elədi.

      – Örtün pəncərələri, qapını da basın!

      Xorasan kürkünü çiyinlərinə çəkdi. Buxarının qabağında oturdu. Çöplə ocağı eşməyə başladı. Közün arasından yaşıl alov uzandı. Üstünə duz tökülmüş kimi çatıldadı.

      Kərbəlayının saqqalı narıncı rəng aldı. Nazik, çal qaşları arasına yumru bir düyün düşdü. Alnı küncdəki yük kimi qat-qat oldu.

      «Abbasqulu bəy gəlir. Onu bu işə qoşan çox bic adamdı.

      Bilir ki, mənə yaxşılığı keçib, sözünü yerə salmaram. Silah gücünə təslim olmayacağımı bilirlər. Hökumətə bax da. Üstümə qoşun əvəzinə elçi göndərir…

      Bəlkə, bu tədbiri tökən elə Abbasqulu bəyin özüdür. Arxayındı ki, həmişəki kimi, sözü yerdə qalmaz, xətrinə dəyən olmaz. Çox nahaq yerə gəlir. Ağsaqqallıq eləmək istəyir. Daha demir ki, o dövran keçdi getdi. Daha böyük-kiçik məsələsi yoxdur. Yüz ağsaqqal kəlamı bir qotur muzdur sözündən qiymətsiz olub».

      Qəmlo içəri girdi. Qundağını yerə dirədiyi tüfənginin lüləsindən yapışmışdı. Ovdan qayıdıb mağaraya girən ibtidai insan kimi baxırdı. Başındakı tüklü papağının, pırpız qaşlarının, saqqalının arasında yanaqları, dəyirmi burnu qızarırdı. Enli ayaqları yastılanıb yayılmışdı. Bağını naxış-naxış corablı baldırlarına doladığı çarığını az qala dağıdacaqdı.

      Kərbəlayı onun fısıltısını eşidib döndü.

      – Küçüyün qulağını siyirdim, ağa.

      O, Qəmlonun üzünə təəccüblə baxdı: yəni mən nə haydayam, sən nə haydasan. Heç indi küçük yeridi?!

      Onların arasında əvvəlcə bir it söhbəti olmuşdu: Qəmlo atlını atdan salan öz itinin balasından birini onun qapısına gətirmişdi. Kərbəlayı elə bildi ki, indi də bu barədə danışır.

      – Özünü yaman itirdin, ağa. Abbasqulu bəy var deyin, əl-qolumuzu bağlayıb oturacağıq bir yerdə?!

      – Artıq-əskik danışırsan ha!..

      – Düz deyirəm, Abbasqulu bəydən qorxduğunu Rəsul da gördü. Çoxusu ona görə aparıb basdım qoduqluğa. Qulağını da siyirdim. Qoy özgələrinə görk olsun. Biz onu gözətçi qoymuşuq, o da üstümüzə qaçır. Bəlkə Səməndəri öldürüb qoşunu içəri keçiriblər…

      Qəmlo Kərbəlayının gözündə daha da qəddarlaşdı.

      – Adamları bizdən döndərəcəksən. Yüz dəfə demişəm ki, mənim razılığım olmasa, belə iş tutma.

      – Analarını ağlatmasaq, sözümüzə baxmayacaqlar.

      Kərbəlayı onu danladı, sonra da səsinin alçaq yerinə salıb soruşdu:

      – Abbasqulu bəy xahişə gəlib, sən nə deyirsən?

      Kərbəlayının səsinin enməsi o demək idi ki, hünəri tükənib, ona dayaq, məsləhət verən bir adam lazımdı.

      – Ağa, izn versən, mən onların üçünün də başını əkərəm.

      Kərbəlayının əlindəki təsbeh silkələndi.

      – Sən nə danışırsan? Başın işləyir?!

      – İşləyir. Biz ondan əskik oğlanıq?! Əlim yaman gicişir. Bilirsən nə var? Davadan qabaq böyük adamı öldürmək məni ürəkləndirir. Belə eləsək, onlar da qorxar.

      – Kəs! Kəs!.. Abbasqulu bəy sənin üçün İman deyil.

      Kərbəlayı hər dəfə ocağı qurdalayanda Qəmlo tüfəngini silib təmizləyərdi. Kərbəlayının ata-baba düşmənlərini, onun xoşu gəlməyən adamları bir-bir aradan götürən Qəmlo olmuşdu. Qəmlo olmasa, Kərbəlayı İsmayıl kolxozları dağıdıb yolları bağlatdıra bilməzdi. Odur ki, Kərbəlayı İsmayıl Qəmloya külli-ixtiyar vermişdi. Qəmlo dəstələr düzəldirdi, güllə atdırırdı, məşq keçirdi. Yer-yurdunu da bilmək olmurdu. Səhər Kolanlı kəndində olanda günorta Dəynəzdə görünürdü. Çox vaxt sorağından, göndərdiyi СКАЧАТЬ