Название: Gəncəli müdrik. M.Ş.Vazeh
Автор: Əlisa Nicat
Издательство: JekaPrint
isbn: 978-9952-8451-1-7
isbn:
– Hə, eşitmişəm İbrahim xanın qızına dərs deyirsən.
Şəfi qızardığını hiss edərək, azca tutulmuş halda dilləndi:
– Elə onlara gedirəm.
Cəmaləddinin sifəti yastılandı. Gözləri parıldadı.
– Nə yaxşı oldu. Nə yaxşı oldu.
– Nə olub ki?
– Eşitməyibsən?.. Hı, mən axı onun qızını istəyirəm. Nə müddətdi ki, dəli-divanəyəm. İşimi allah gör nə yaxşı düzəltdi…
O, hey danışır, Şəfi isə qulaq asmırdı.
…«Bəli, allah sənin kimilərinin işlərini həmişə yaxşı yoluna qoyur. Bir dəfə evlənib talağını vermisən, indi də ikincisinə hazırlaşırsan. Özü də gör kimlə. Gör necə qıza göz dikibsən. Niyə də istəməyəsən? Mülk, dükan, bağ-bağça, qohum-əqrəba».
Şəfi elə bil indi başa düşdü ki, dünən gördüyü, indi yanına gedəcəyi qız nə qədər gözəldir. Ürəyi riqqətlə vurdu.
Şəfi Cəmaləddinin uzun söhbətindən başa düşdü ki, keçmiş dostu onu özüylə xan qızı arasında vasitəçi etmək istəyir. Bunu hiss edərkən, əvvəlcə özünün təhqir edildiyini düşünərək bərk kədərləndi, sonra bu sözləri deyənin kim olduğunu yadına salıb öz-özünə güldü.
Şəfi hər cür etirazın mənasız olacağını hiss edib canını qurtarmaq üçün:
– Yaxşı, baxarıq, – dedi.
Cəmaləddin isə əl çəkmək istəmirdi:
– Axşam səni harda gözləyim? Qonaq eləyəcəyəm.
Sonra arxadan qışqırdı:
– Narınqalada gözləyirəm.
Şəfi başıyla razılıq eləyib dükanların qabağı ilə uzaqlaşdı.
Səhərki ümidlər qəlbində tamam yoxa çıxmışdı. Özünün nə qədər miskin vəziyyətdə olduğunu elə bil indi dərk etmişdi. Əgər belə olmasaydı, Cəmaləddin kimi kütbeyinin biri onu özünə vasitəçi etmək istəməzdi.
«Deməli, belə. Artır mənimçin hər şey qurtarıb gedib».
Sağından, solundan çadraya bürünmüş qadınlar ötüb-keçir, bəzilərinin gözləri çadra arasından baxır, elə bil ona meydan oxuyurdular.
İbrahim xanın darvazası göründü. Darvaza ağzında iki fayton dayanmışdı.
«Yəqin qonaqları var. Elədir. Bizim yerin faytonlarına oxşamırlar. Bəlkə heç getməyim? Yox, yaxşı olmaz. Bəlkə məni gözləyirlər?»
Atlar tənbəl-tənbəl başlarına keçirilmiş torbadan arpa yeyir, arabir fınxırırdılar.
Şəfi faytonların arasından keçib tərəddüdlə darvazanın balaca qapısını açdı.
Qucağında qoyun qarın-bağırsağıyla dolu teşt aparan nökər Əlimərdan uzaqdan onu görüb hayladı:
– Gəl, xan səni gözləyir.
Sonra o, eyvanda dayanmış uzunsov sifətli nökəri səslədi. Nökər darvazaya sarı boylanıb otağa girdi. Sonra çıxıb əli ilə Şəfini çağırdı.
Şəfi kərpic ovuntusu tökülmüş yolla gedə-gedə həyətə göz gəzdirdi. Darvazadan bir az kənarda beş-altı qoyun bağlanmışdı. Deyəsən qonaqlar gətirmişdilər.
Üç nəfər qollarını çırmalayıb, mərmər hovuzda yuyunurdu, ətli, tüklü sinələri görünürdü. Bayaqkı uzunsov sifətli nökər qolu üstə bir neçə dəsmal hovuza tərəf gəlirdi. Qonaqlar bərkdən danışıb-gülür, zarafatlaşırdılar.
Həyətin o başında üzüm tənəkləri altında süfrə açılmışdı. Çünki qab-qacaqlar yaşıl yarpaqlar arasından süzülüb keçən şəfəqlərin altında bərq vururdu.
Şəfi nökər Əlimərdanın dalınca pilləkənləri çıxdı. Gedib eyvanın o başındakı otağın qapısında dayandılar. Əlimərdan qapını açıb içəri girdi. Az sonra başını qapıdan çıxarıb:
– Gəl, – dedi.
Şəfi içəri girdi. Otaqda kök bir qadın bardaş qurub oturmuşdu. Züleyxa isə qadının dizinə dirsəklənib nəzərlərini qapıya zilləmişdi. Gözəl, badamı gözlərində izaholunmaz bir məlahət, şıltaq, nazlı uşaq ədası əks olunmuşdu.
Şəfi salam verib, qapı ağzında dayandı. Xanım onun həyəcanlanmış üzünə baxıb, başıyla məxmər oturacaqlı səndəli göstərdi:
– Otur. Hə, danış görüm kimlərdənsən? İbrahim mənə heç bir söz deməyib.
– Atam Kərbəlayı Sadıq, anam Səlimə idi. Ömürlərini sizə bağışlayıblar.
– Hər ikisinə allah rəhmət eləsin.
– Xanım yəqin ki, tanımamış olmaz, atam Cavad xanın bənnası idi.
Şəfi danışdıqca Züleyxa qırpımsız və təəssüf ifadə edən nəzərləri ilə ona baxırdı. Şəfinin gözləri hər dəfə bu nəzərlərlə rastlaşanda ona elə gəlirdi ki, Züleyxanın üzündən, gözlərindən, tellərindən aramsız olaraq ətrafa ətir, gözəgörünməz xoşbəxtlik dalğaları yayılır.
– Evləriniz ha tərəfdədir?
Şəfi bu dəfə də gülümsədi. Ancaq onun gözlərində acı bir kədər vardı. Bəlkə onun yerinə başqası olsaydı, heç olmazsa burada yalan deməyi özünə rəva görərdi. Ancaq Şəfi:
– Atam yaxşı bənna olsa da, Gəncədəki evlərin çoxunu tiksə də, özüyçün siz deyən elə bir şey tikməmişdi.
Xanım, yəqin ki, xına qoyduğuna görə günbəzvarı bağlanmış başını yırğalayaraq:
– Aləmi bəzər, özü lüt gəzər, – dedi və Şəfinin ürəyinə sərinlik yayan bir təbəssümlə gülümsədi. Züleyxa da altdan-yuxarı anasına baxıb, təəssüf hissi ilə gələcək müəlliminə nəzər saldı.
Şəfi təsdiq elədi.
– Bəli, bir köhnə ev qalmışdı, onu da qardaşım satıb Mənsurluya, dayımın yanına köçdü.
Xanımın gözləri qıyıldı.
– Bəs indi harda qalırsan?
Şəfi СКАЧАТЬ