Kerri bacı. Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Kerri bacı - Теодор Драйзер страница 9

Название: Kerri bacı

Автор: Теодор Драйзер

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-4-5

isbn:

СКАЧАТЬ dediklərini xatırladı. Həyat ona çox gözəl, işıqlı, şən görünməyə başladı. Kerri kefi saz halda konka vaqonuna mindi. O, damarlarında qanın necə hərarətlə axdığını hiss edirdi. Çikaqoda yaşayacağı fikri onun beynindən çıxmırdı. O əvvəllərdə olduğundan daha şən yaşayacaqdı. O xoşbəxt olacaqdı!

      IV FƏSİL

      PUÇA ÇIXMIŞ ARZULAR. HƏQİQƏT İSTEHZA EDİR

      İki gün idi ki, Kerri ən şiddətli arzulara qapılmışdı.

      O, xəyalən elə zövqlərə və əyləncələrə qərq olmuşdu ki, bunlara ancaq varlı doğulmuş olsaydı nail ola bilərdi. O özünün cüzi həftəlik qazancını – dörd yarım dolları heç bir şey fikirləşmədən səxavətlə hər tərəfə səpələyirdi. Kerri pula heyifsilənmir, alacağı şeyləri tələsik seçirdi. Yatmaqdan qabaq pəncərənin qabağında, yüyürükdə oturub işıqlı küçələrə baxdığı zaman gələcək maaş onun üçün qadın ürəyinin arzu edə biləcəyi bütün zövq və zinətlərə yol açırdı.

      “Mən öz vaxtımı şən keçirəcəyəm” – deyə Kerri düşünürdü. Onun bacısı Minni bütün ağıla sığan zövqləri əhatə edən xəyalın bu qarşısı alınmaz uçuşları haqqında heç bir şey bilmirdi. Hansonun arvadı mətbəxin döşəməsini yumaqla və bazar günü yeməyi üçün xərcləyə biləcəyi səksən sentə nə almaq mümkün olduğu fikri ilə bərk məşğul idi.

      Kerri özünün ilk müvəffəqiyyətindən həyəcanlanmış halda evə döndüyü və yorğunluğuna baxmayaraq belə müvəffəqiyyətlə nəticələnmiş maraqlı gəzintisini müfəssəl surətdə ardı-arası kəsilmədən müzakirə etməyə hazır olduğu zaman Minni ancaq razılıqla gülümsədi və Kerrinin qazandığının bir hissəsini yola xərcləyib-xərcləməyəcəyini soruşdu. Bu məsələni Kerri nəzərdən qaçırmış olsa da, bu, onun həyəcanını çox da soyuda bilmədi. Kerri xoşbəxt idi. O, elə bir halda idi ki, bu ona bir məbləğdən başqasını çıxmaqla birinciyə çox da ziyan vurmamağa imkan verirdi.

      Hanson evə axşam saat yeddidə qayıtdı. Həmişə xörəkdən qabaq olduğu kimi bir az nəşəsiz idi. Adətən bu, onun səsinin ahəngindən və sözlərindən daha çox səssiz hərəkətlərində, üzünü turşudaraq otaqdan-otağa gəzinməsində büruzə çıxırdı. Onun sarı keçədən ayaqqabısı var idi. Hanson evə qayıdan kimi ağır çəkmələrini çıxarıb həvəslə bunları geyər, sonra bir parça adi sabunla üzünü yuyar, dərisini o qədər bərk sürtərdi ki, al qırmızı rəng alır və işıldayardı – bununla axşam yeməyinə hazırlığı qurtarardı. Sonra o, qəzeti götürüb, dərin sükut içərisində oxumağa başlardı.

      Hələ gənc olan bu adamın bu cür xasiyyətdə olması Kerrini təəccübləndirirdi. Ailə başçısının əhval-ruhiyyəsi çox vaxt olduğu kimi evin bütün atmosferində əks olunur, arvada əzici təsir göstərir və onu cavabsız qala bilən suallar verməkdən çəkindirir.

      Kerrinin müvəffəqiyyətini xəbər verdikdə Hansonun sifəti bir qədər açıldı. O:

      – Deməli, siz boş yerə vaxt itirməmişsiniz! – dedi və bu zaman hətta yüngülcə gülümsündü.

      – Yox, itirmədim! – deyə Kerri bir qədər qürurla cavab verdi.

      Hanson bir-iki sual da verib, uşaqla oynamağa başladı və arvadı stol arxasında həmin məsələyə yenidən toxununcaya qədər bu mövzuya qayıtmadı.

      Lakin Kerrini bu ailədə hökm sürən əhval-ruhiyyəyə tabe olmağa məcbur etmək o qədər də asan deyildi.

      Kerri sözə başlayaraq:

      – Görünür, bu çox böyük firmadır, – dedi. – Onun böyük aynalı şüşələri, çoxlu xidmətçiləri var! Mən danışdığım centlmen dedi ki, onlar çox adam qəbul edirlər.

      – İndi abırlı görkəmi olan adam üçün iş tapmaq o qədər də çətin deyil, – deyə Hanson söhbətə qarışdı.

      Kerrinin şən əhval-ruhiyyəsindən və ərinin qeyri-adi danışqanlığından həvəslənən Minninin də könlü açıldı və Çikaqonun diqqətəlayiq, daha doğrusu hər kəsin bir elə xərci olmadan baxa biləcəyi yerlərinin gözəlliyindən bacısına danışmağa başladı.

      – Miçiqan-avenüyə baxmaq çox maraqlı olar. Orada olduqca gözəl evlər vardır. Qiyamət küçələr!

      – Bəs Cekobs teatrı haradadır? – deyə melodram göstərilən teatrlardan birinin adını çəkərək Kerri onun sözünü kəsdi.

      – Buradan o qədər də uzaq deyil, – deyə bacısı cavab verdi. – Daha doğrusu lap yaxındadır. Holsted-stritdədir.

      – Bu teatra getmək yaman könlümə düşüb. Deyəsən axı bu gün mən o küçədən keçdim.

      Təbii görünən bu suala cavab əvəzində balaca bir sükut əmələ gəldi. İnsanın fikirləri onun bütün hərəkətlərinə qəribə bir rəng verir. Teatr haqqında söz düşən kimi stol arxasında oturanların halı dərhal pozuldu. Bu əhval-ruhiyyədə pul xərci tələb edən hər şeyə sözsüz bir narazılıq vardı.

      Hanson da, Minni də hər ikisi bir vaxtda bu barədə düşündülər. Minni “hə” deyə cavab verdi, lakin Kerri dərhal başa düşdü ki, teatra getmək məsələsinə burada yaxşı baxmırlar.

      Hanson yeməyini qurtardıqdan sonra qəzeti götürüb qonaq otağına gedincəyə qədər bu söhbətə bir daha qayıtmadılar.

      Bacılar qabları yumağa başladılar. Onlar tək qaldıqda daha sərbəst söhbətə girişdilər, lakin Kerri ara-sıra söhbəti kəsir, yavaşcadan zümzümə edirdi.

      – Mən bir qədər şəhərdə gəzmək və əgər çox uzaqda deyilsə, Holsted-stritə baxmaq istəyirəm, – deyə Kerri bir az sonra qeyd etdi. – Nə üçün biz bu gün teatra getməyək?

      – Mən belə zənn edirəm ki, bu gün Sven bir yerə getməz, – deyə Minni etiraz etdi. – O, səhər tezdən durmalıdır.

      – Ancaq güman eləmirəm o bunun əleyhinə olsun. Axı bu ona ləzzət verəcək!

      – Yox, o, teatra getməyi o qədər də çox sevmir.

      Kerri dedi:

      – Mən getmək istəyirəm. Gəl ikimiz gedək.

      Minni fikrə getdi. Ancaq o, teatra gedib-getməməsi haqqında deyil – buna əvvəldən mənfi cavab hazırlamışdı – bacısının fikrini başqa bir istiqamətə necə dəyişdirmək haqqında düşünürdü.

      Nəhayət, Minni başqa bir cavab tapmadığı üçün:

      – Bir başqa vaxtda gedərik, – deyə cavab verdi.

      Kerri işin nə yerdə СКАЧАТЬ