Kerri bacı. Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Kerri bacı - Теодор Драйзер страница 5

Название: Kerri bacı

Автор: Теодор Драйзер

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-4-5

isbn:

СКАЧАТЬ özü üçün iş tapacaq və bununla hələlik kifayətlənəcəkdir. Hələlik… bir dəyişiklik olana qədər. Əlbəttə, nə kimi dəyişiklik ola biləcəyi haqqında onların heç biri bir şey bilmirdi. Onlar vəzifələrinin yüksələcəyi ümidində deyildilər. Onlar ərə getmək fikrinə də heç bir ümid bağlamırdılar. Lakin Kerrinin şəhərə gəlməsi və özünü ağır əməyə həsr etməsi xatirinə yaxşılığa doğru bir dönüş əmələ gəlməyincə həyat öz qaydası ilə gedəcəkdir. Kerri iş axtarmaq üçün belə bir ürəkverici xeyir-dua ilə səhər evdən çıxdı!

      Kerrini izləməkdən əvvəl gəlin onun gələcək həyatının keçəcəyi şərait ilə tanış olaq. O illərdə Çikaqo sürətlə inkişaf edən şəhərin bütün xüsusiyyətlərinə malik idi. Buraya gəlməyə cəsarət edən qızları belə müvəffəqiyyət gözləyirdi. Çikaqo insanların qarşısında geniş imkanlar açan çoxlu və durmadan inkişaf edən ticarət müəssisələri ilə gurultulu şöhrət qazanmışdı. O, ümidlərlə dolu olanları, yaxud ümidini itirənləri, karyera qazanacaq adamları və başqa bir yerdə fəlakətə uğramışları ölkənin hər tərəfindən özünə çəkən bir maqnit olmuşdu.

      O, yarım milyondan çox əhalisi olan böyük bir şəhər idi, lakin onun şöhrəti, cəsarəti və qaynayan fəaliyyəti milyon əhalisi olan bir şəhərə kifayət edərdi. Hələ indi onun küçələri və evləri yetmiş beş mil ətrafa yayılmışdı. Onun əhalisi müəyyən istehsalat növlərindən çox, yeni insan kütləsi axını üçün zəmin hazırlayan fəaliyyətlə məşğul idi. Hər tərəfdə yeni tikilən binalardan çəkiclərin səsi eşidilirdi. Yeni, böyük zavodlar yaranırdı. Şəhərin böyük gələcəyini əvvəldən başa düşmüş qüvvətli dəmir yol birləşmələri, nəqliyyat və yük daşımaq məqsədilə geniş yer sahələri əldə etmişdilər. Şəhər ətrafının sürətli inkişafı üçün tramvay xətləri uzaqlara, boş səhralara çəkilmişdi. Şəhər bələdiyyə idarəsi bir çox millərlə uzanan yollara daş döşəmiş, yalnız gələcək gurultulu kvartallarının elçisi olan təkcə bir evin durduğu yerlərə də kanalizasiya boruları çəkmişdi.

      Çox vaxt yağış və tufanların döyəclədiyi açıq, boş yerlərdə bütün gecəni göz qırpan qaz fənərlərinin uzun sıralarını görmək olurdu. Bu qaz fənərlərinin alovlu dilləri külək altında titrəyirdi. Ensiz taxta səkilər burada bir evin, orada bir dükanın qabağından keçərək uzaqda, açıq çöldə qurtarırdı.

      Şəhərin mərkəzi ticarət kontorlarının və fabriklərin toplaşdığı böyük bir rayon idi. Qazanc axtaran təcrübəsiz adamlar hər şeydən əvvəl adətən bura gəlirdilər. O zamanki Çikaqonun xüsusiyyəti ondan ibarət idi ki, (bu xüsusiyyət böyük şəhərlərin hamısında yoxdur) az-çox görkəmli firmalar ayrıca binada yerləşmişdilər. Boş yerlərin çox olması buna tamamilə imkan verirdi, buna görə də birinci mərtəbədə yerləşmiş kontorları küçədə görünən toplu mal satan firmalar çox samballı görünürdülər. İndi adi olan çox iri aynabənd pəncərələr o zaman yenicə moda düşürdü və aşağı mərtəbədə yerləşən kontorlara qəşəng və zəngin görkəm verirdi. Küçədən keçənlər bu pəncərələrdən cilalanmış ağacdan və tutqun şüşələrdən düzəlmiş arakəsmələri, öz işi ilə məşğul olan çoxlu qulluqçuları, zərif kostyumlar, bəmbəyaz köynəklər geyinmiş, salonlarda gəzişən, yaxud qrupla oturan iş adamlarını görə bilərdilər. Dördguşəli yonma daşlarla bəzənmiş divarda tunc, yaxud nikeldən qayrılan cilalanmış parlaq lövhə üzərində qısa və aydın surətdə müəssisənin adı və fəaliyyət xarakteri qeyd edilirdi. Mərkəzə baxdıqda adama elə gəlirdi ki, paytaxtdadır – onun görkəmi o qədər təsirli idi. Bu görkəm sadə adamı çaşdırmaq, dərin dəhşətə salmaq, yoxsul ilə varlı arasında uçurumun bütün genişliyini və dərinliyini göstərmək üçün idi.

      Cəsarətsiz Kerri də bu mühüm ticarət rayonuna yollandı. O, çay kənarında qurtaran saysız-hesabsız mal və kömür anbarları ilə əvəz olunub getdikcə öz əzəmətini itirən kvartallardan keçərək, Van-Büren-strit küçəsi ilə şərqə tərəf gedirdi.

      Kerri tezliklə iş tapmaq arzusu ilə cəsarətlə irəliləyirdi. Lakin o hər addımda dayanıb qarşısında açılan mənzərəyə baxır, ona bu qədər sirli görünən əzəmət və qüvvət əlamətləri içərisində öz acizliyini hiss edirdi. Bu böyük binalar nədir? Bu qəribə müəssisələrdə nə ilə məşğul olurlar, nə hazırlayırlar? O, Kolumbiya-sitidə bu, ya başqa şəxsin sifarişilə kiçik mərmər parçalarını yonub hazırlayan kiçik daşyonan emalatxananın nə üçün mövcud olduğunu anlaya bilərdi, lakin o, inşaat üçün bəzək daşları hazırlayan böyük firmanın ucu-bucağı olmayan həyətlərini, burada üzərində yük platformaları hərəkət edən çoxlu relsləri, çay tərəfdə gəmi təmiri emalatxanalarının başı üzərində guruldayan yükqaldıran kranları gördükdə bunlar ona qəribə gəldi, çünki onun balaca dünyasına çox yabançı idi.

      Nəhayətsiz dəmir yol depoları da, çayda toplanmış gəmilər də, o biri sahildə yerləşən fabriklər də onun üçün anlaşılmaz idi. Açıq pəncərələrdən önlüklü kişilərin və qadınların o tərəf-bu tərəfə qaçışdığını görürdü. Uzun küçələr onun üçün ikiqat divarla hasarlanmış sirlər dünyası, kontorlar isə nüfuzlu centlimenlər haqqındakı təsəvvürlə əlaqədar olan əcayib bir şey kimi görünürdü. Ona elə gəlirdi ki, bu kontorlarda əlaqədar olan adamlar ancaq pul sayır, yaxşı geyinir və ekipajlarla gəzirlər. Onların nə satdıqları, nə iş gördükləri və bütün bunların nə məqsəd üçün edildiyi haqqında onun çox dumanlı bir təsəvvürü var idi. Hər şey ona o qədər gözəl, geniş, əlçatmaz görünürdü ki! Kerri ruhdan düşdü və bu gözəl müəssisələrdən birinə girib bir iş, bacaracağı bir iş – nə cür iş olur-olsun fərqi yox idi – istəməli olduğunu fikirləşdikdə ürəyi sıxılırdı.

      III FƏSİL

      BİZ TALEYİMİZİ SINAYIRIQ. HƏFTƏDƏ DÖRD YARIM DOLLAR

      Kerri çayın o tərəfindəki toplu satış firmaları rayonuna düşdükdə hansı qapıdan girməyi qət etmək məqsədilə ətrafa göz gəzdirməyə başladı. O, böyük pəncərələri və iri lövhələri nəzərdən keçirərkən adamların ona diqqət yetirdiklərini hiss etdi. Kerri bunun səbəbini anladı: hamı onun iş axtardığını başa düşmüşdü! O bu işlə heç vaxt məşğul olmamışdı, ona görə də indi hamının onun iş axtarmaq üçün veyilləndiyini görməsi fikrindən doğan mənasız utancaqlığını boğmaq üçün cəsarəti çatmırdı. Kerri daha sürətlə addımladı, sifətinə laqeyd bir ifadə verməyə çalışdı, çünki ona elə gəlirdi ki, müəyyən bir iş dalınca gedən adamların sifətində belə ifadə olur. Bu qayda ilə o heç birinə baş çəkmədən bir çox fabrik və ticarət firmalarının yanından keçdi. Nəhayət bir neçə kvartal getdikdən sonra o anladı ki, bu cür etsə heç bir iş tapa bilməyəcək və addımlarını yavaşıtmadan yenidən münasib bir lövhə axtarmağa başladı. Çox keçmədən Kerri böyük bir qapı gördü, bu qapı nədənsə diqqətini cəlb etdi. Onun üzərində mis lövhə var idi, adama elə gəlirdi ki, bu altı və ya yeddimərtəbəli nəhəng bir arı pətəyinin giriş yoludur. “Ola bilsin ki, burada işçi qadınlar lazımdır” – deyə Kerri düşündü. O, küçəni СКАЧАТЬ