Cenni Herhardt. Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Cenni Herhardt - Теодор Драйзер страница 8

Название: Cenni Herhardt

Автор: Теодор Драйзер

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-4-4

isbn:

СКАЧАТЬ hirslənmişdi.

      Corc dedi:

      – Orada heç kömür də yoxdur. Ancaq platformadan tullamaq olar. Mən gedəndə kömürlü platforma da yox idi.

      – Yəqin varmış, – deyə Bass bağırdı.

      – Yox idi, – deyə Corc təkrar etdi. Cenni:

      – Daha mübahisə etmə, – dedi. – Zənbili götür, gedək, yoxsa gec olar.

      Böyük bacılarını çox sevən o biri uşaqlar da onunla getməyə hazırlaşdılar. Veronika səbəti, Marta və Uilyam vedrələri, Corc isə böyük paltar qoyulan zənbili götürdü. Bu zənbili o, Cenni ilə bərabər doldurmalı və ikisi gətirməli idilər. Bu zaman iş düzəltmək üçün bacısının göstərdiyi səydən mütəəssir olmuş və hələ ona qarşı qardaşlıq hissini mühafizə etmiş Bass:

      – Qulaq as, Cenni, – deyə təklif etdi. – Sən balacalarla səkkizinci küçəyə get, platformanın yanında gözlə. Mən ora gedirəm. Ancaq mən ora çatanda heç biriniz özünüzü elə göstərməyin ki, məni tanıyırsınız. Elə-belə deyin: "Mister, rica edirik, bir az kömür tullayın". – Mən platformaya qalxaram, nə qədər lazımsa tullaram. Başa düşdünüzmü?

      Çox razı qalmış Cenni:

      – Yaxşı, – dedi.

      Onlar evdən qarlı axşam dumanına çıxdılar və dəmiryoluna doğru yönəldilər. Orada, küçəni yük stansiyasının geniş köməkçi yollarının kəsdiyi yerdə bir az bundan qabaq gəlmiş kömür qatarı dayanmışdı. Uşaqlar vaqonlardan birinin kölgəsində gizləndilər. Onlar böyük qardaşlarını gözləyərkən bir neçə ən yeni yataq vaqonu olan gözəl və uzun Vaşinqton sürət qatarı gəldi. Böyük aynalı pəncərələr parlayır, onların arxasında rahat, yumşaq kreslolara quylanmış sərnişinlər görünürdülər. Qatar gurultu ilə onların yanlından keçərkən uşaqlar ixtiyarsız geri çəkildilər. Corc:

      – Gör necə uzundur! – dedi.

      – Belə bir qatarda konduktor olaydım! – deyə Uilyam köksünü ötürdü.

      Təkcə Cenni susurdu, lakin uzaq səyahətlər haqqında, dəbdəbələr haqqında fikir onu hamıdan çox həyəcanlandırırdı. Varlı adamlar necə gözəl yaşayırlar!

      Uzaqdan Sebastyan göründü, onun enerjili, cəsuranə yerişi var idi və onda olan hər bir şey öz qiymətini bilən adamı xatırladırdı. O çox inadcıl və qətiyyətli idi. Uşaqlar onun dediklərinə olduğu kimi əməl etməsəydilər, o onların yanından düz keçib gedəcək, onlara kömək etməyi heç ağlına da gətirməyəcəkdi.

      Lakin Marta işə lazımi ciddiliklə yanaşdı və tapşırıldığı kimi pıçıldadı: "Mister, rica edirik bizə bir az kömür tullayasınız".

      Sebastyan birdən-birə dayandı, yad adamlara baxırmış kimi onları süzüb: "Yaxşı, olar", – dedi və platformaya qalxıb qəribə zirəkliklə o qədər kömür tulladı ki, səbətlərin hamısını doldurdular, hələ artıq da qaldı. Sonra o sanki belə ləyaqətsiz adamların yanında çox dayanmaq istəmirmiş kimi tələsik dəmiryolundan keçdi və gözdən itdi.

      Evə qayıdarkən bir centlmen də gördülər. Bu dəfə gördükləri başında silindr, əynində gözəl plaş olan əsil centlmen idi. Cenni dərhal onu tanıdı. O, Vaşinqtondan yeni qayıtmış və bu bayramdan ürəkaçıcı bir şey gözləməyən senator Brender idi. O, uşaqların diqqətini cəlb edən ekspreslə gəlmişdi, yüngül, balaca sakvoyajını götürüb bir qədər gəzmək arzusu ilə otelə yollanırdı. Birdən ona elə gəldi ki, Cennini görür.

      – Cenni, sizsiniz? – deyə yaxşı baxmaq üçün addımlarını yavaşıtdı.

      Onu daha əvvəl tanımış Cenni: "Ah, bu mister Brenderdir!" – deyə qışqırdı, səbətin dəstəsini buraxıb, balacalara tapşırdı ki, kömürü tez evə aparsınlar, özü isə əks tərəfə qaçdı.

      Senator Brender onun arxasınca getdi və üç-dörd dəfə "Cenni! Cenni!" deyə çağırdı. Lakin nahaq yerə. Qıza çatmaq ümidini itirərək birdən-birə başa düşdü ki, qızı qaçmağa məcbur etmişdir, buna görə də onu utandırmamağı qət etdi və dönüb uşaqların ardınca getdi. Hər dəfə qızla görüşdüyü zaman olduğu kimi özü ilə qızın vəziyyəti arasındakı dərin uçurumu yenidən duydu. Budur, o, senatordur, bu uşaqlar isə relslər arasında kömür yığırlar. Sabahkı bayram onlara nə şənlik gətirəcəkdir? O, uşaqların halına acıyaraq, yaxşılıq etmək fikri ilə onların arxasınca gedirdi, çox keçmədən onların balaca darvazadan içəri girdiklərini və miskin bir daxmada gözdən itdiklərini gördü. Senator küçəni keçdi və üstünə qar tökülmüş ağacın seyrək kölgəsində durdu. Həyətə baxan pəncərədən sarı işıq düşürdü. Ətrafda hər şey qarla örtülmüşdü. Evdən uşaqların səsi gəlirdi, bir dəfə Brenderə elə gəldi ki, missis Herhardtı görür. Bir az sonra yan balaca qapıdan kiminsə kölgəsi ötüb keçdi. Senator bu kölgəni tanıdı. Onun ürəyi döyündü, həyəcanını boğaraq dodaqlarını dişlədi. Sonra sərt bir hərəkətlə çevrildi və uzaqlaşdı.

      Şəhərin ən böyük baqqalı Menninq adlı bir tacir idi. O, Brenderin möhkəm tərəfdarı idi və özünün senatorla tanışlığı ilə çox fəxr edirdi. Bu axşam Brender onun yanına gəldi.

      – Menninq, siz bu gün mənim bir tapşırığımı yerinə yetirə bilməzsinizmi? – deyə o soruşdu.

      – Əlbəttə, yerinə yetirərəm, senator, əlbəttə, – deyə dükançı cavab verdi. – Siz nə vaxt qayıtmısınız? Sizi görməyimə çox şadam. Qulluğunuzda hazıram.

      – Səkkiz baş ailə, – ata, ana və altı uşaq üçün bayrama lazım olan hər şey hazırlayın. Yolka, ərzaq, oyuncaq… Nə deyim, özünüz bilirsiniz.

      – Əlbəttə, əlbəttə, senator.

      – Xərcinə baxmayın, hamısını bol-bol göndərin. Bu saat mən sizə ünvanı verərəm. – O, yazı dəftərçəsini çıxartdı.

      – Məmnuniyyətlə hamısını edərəm, – deyə Menninq sözünə davam etdi, – böyük məmnuniyyətlə. Siz həmişə alicənab olmuşsunuz.

      – Yaxşı, yaxşı, Menninq, – deyə senator yalnız dövlət adamı ləyaqətini qorumaq üçün üz-gözünü turşutdu. – Hamısını tez, yubanmadan göndərin və hesabını mənə yollayın.

      Sevinmiş alverçi ancaq:

      – Böyük məmnuniyyətlə, – deyə bildi.

      Senator küçəyə çıxdı. Qoca Herhardtları xatırlayaraq ayaqqabı və hazır paltarlar mağazasına girdi. Birdən şeylərin nə ölçüdə olduğunu bilmədiyini xatırladı. Dəyişmək hüququ ilə bəzi şeylər sifariş verdi. Sonra otelə qayıtdı.

      O təkrar-təkrar düşünürdü: "Kömür toplayırlar. Mən nə qədər diqqətsiz olmuşam. Mən СКАЧАТЬ