Cenni Herhardt. Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Cenni Herhardt - Теодор Драйзер страница 6

Название: Cenni Herhardt

Автор: Теодор Драйзер

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-4-4

isbn:

СКАЧАТЬ düşünürdü ki, yanında onu əzizləyəcək bir kəs yoxdur. Öz otağı hərdən ona qəribə, boş görünürdü və o öz-özünə nifrət hissi duyurdu.

      O tez-tez düşünürdü: "Əlli yaşım var! Özüm də tək-tənha…"

      Bu şənbə axşamı, otağında oturduğu zaman qapı yavaşca döyüldü. Bu vaxt o, dünyada hər şeyin – həyatın da, şöhrətin də necə fani olduğu və bu nöqteyi-nəzərdən öz siyasi fəaliyyətinin nə qədər səmərəsiz olduğu haqqında düşünürdü.

      "Biz hər hansı mövqe qazanmaq üçün nə qədər çalışırıq, – deyə o fikirləşirdi, – lakin bir neçə il keçdikdən sonra bunlar mənim üçün nə qədər əhəmiyyətsiz olacaqdır!"

      O, yerindən qalxdı, qapını açdı və Cennini gördü. Cenni anasına təklif etmişdi ki, senatoru işin tez görülməsilə heyrətləndirmək üçün, bazar ertəsini gözləməyib paltarları elə bu gün qaytarsınlar.

      Brender:

      – Buyurun, – dedi və birinci dəfə olduğu kimi onu nəzakətlə qabağa buraxdı.

      Cenni, işin öhdəsindən tez gəldikləri üçün senatorun onları tərifləyəcəyini gözləyərək, içəri keçdi, lakin senator bunu heç hiss etmədi.

      – Hə, qəşəng qız, sizin kefiniz necədir? – deyə Brender soruşdu.

      – Lap yaxşıdır, – deyə Cenni cavab verdi. – Anamla belə qərara gəldik ki, bazar ertəsini gözləməyib, paltarları sizə bu gün gətirək.

      Brender laqeyd cavab verdi:

      – Bunun heç fərqi yoxdur. Oraya, stulun üstünə qoyun.

      Cenni, hələ əmək haqqını almadığını düşünmədən getməyə hazırlaşdı, lakin senator onu saxladı.

      – Ananız necədir? – deyə gülər üzlə soruşdu.

      – Yaxşıdır, – deyə Cenni qısa cavab verdi.

      – Bacınız necə? Halı yaxşılaşdımı?

      – Həkim deyir ki, yaxşıdır. Senator sözünə davam edərək:

      – Əyləşin! – dedi. – Mən sizinlə söhbət etmək istəyirəm. Cenni yanındakı stulda əyləşdi. Senator yüngülcə öskürdükdən sonra davam etdi:

      – Bacınızın xəstəliyi nədir?

      – O, qızılca tutmuşdur, – deyə Cenni izah etdi. – Bir vaxt biz hətta fikirləşirdik ki, o daha sağalmayacaqdır.

      Senator qızı dinləyərək diqqətlə onun üzünə baxırdı, bu üz ona çox təsirli görünürdü. Cenni necə yoxsul geyinmişdir, onun yüksək mövqeyinə necə heyrət edir. Senatorun qəlbində ətrafındakı sərvət və dəbdəbədən doğan utancaqlıq baş qaldırdı. Əlbəttə, tale onu çox yüksəklərə qaldırmışdır!

      O, mülayimliklə dedi:

      – Mən şadam ki, o yaxşıdır. Atanızın neçə yaşı vardır?

      – Əlli yeddi.

      – Onun səhhəti düzəlir?

      – Bəli, ser, o indi yataqdan qalxır, ancaq hələ evdən çıxmır.

      – Deyəsən, sizin ananız deyirdi ki, o, şüşəüfürəndir.

      – Bəli, ser.

      Brender yaxşı bilirdi ki, yerli şüşə sənayesi böhran keçirir. Bu, son siyasi kampaniyanın nəticələrindən biri idi. Görünür, Herhardtların vəziyyəti, doğrudan da, çox ağırdır.

      – Sizin kiçik bacı-qardaşlarınız hamısı məktəbə gedir?

      – Bəli, ser, – deyə Cenni tutula-tutula cavab verdi. O, qardaşlarından birisinin ayaqqabısı yırtılıb-dağıldığı üçün məktəbi buraxdığını etiraf etməyə utanırdı. Yalan danışmağa məcbur olması isə ona əzab verirdi.

      Senator bir dəqiqəliyə fikrə getdi. Sonra qızı saxlamaq üçün artıq bəhanə olmadığını düşünərək qalxdı və qıza yanaşdı. Cibindən bir neçə kağız pul çıxardıb birini Cenniyə uzatdı.

      – Alın, – dedi. – Ananıza deyin ki, bu pulu istədiyi kimi xərcləsin.

      Cenni özünü itirmiş halda pulu götürdü. Pulun nə qədər olduğuna baxmaq onun ağlına belə gəlmədi. O bu qədər şan-şöhrətli adamın yanında, onun gözəl otağında başını itirmişdi, nə edəcəyini pis başa düşürdü.

      – Sağ olun, siz paltarlar üçün hansı gün gəlməyi təyin edərsinizmi?

      – Bəli, bəli, – deyə senator cavab verdi. – Bazar ertəsi günləri gəlin. Bazar ertəsi, axşam.

      Cenni çıxdı, Brender fikirli-fikirli qapını bağladı. Onun bu adamlara marağı heç də adi maraq deyildi. Şübhəsiz, yoxsulluğun gözəlliklə birləşməsinə laqeyd qalmaq çətindir. O, kresloda oturdu, Cenninin gəlməsindən doğmuş xoş xəyallara daldı. Nə üçün bu ailəyə kömək etməsin?

      – Onların harada yaşadığını öyrənmək lazımdır, – deyə, nəhayət, o qət etdi.

      Cenni sonrakı həftələrdə müntəzəm olaraq paltar aparmağa gəlirdi. Senator Brender qızla get-gedə daha artıq maraqlandı və onun yanında olarkən qıza hakim kəsilən utancaqlığı və bacarıqsızlığı çox keçmə-dən aradan qaldırdı. Onun qızı sadəcə öz adı ilə çağırması buna çox kömək etdi. Bu, Cenninin üçüncü gəlişindən başladı, sonra isə, demək olar ki, özü də bilmədən onu getdikcə tez-tez çağırdı.

      Onun qıza münasibətinin atalıq xarakteri daşıdığını demək çətindir. Adamlara belə bir münasibət onun xasiyyətinə az xas olan şey idi. Bu qızla söhbət edərkən o özünü nədənsə xüsusilə gənc hiss edir və tez-tez özündən soruşurdu ki, məgər qız onda hələ nə qədər təravət olduğunu görmür və qiymətləndirmir?

      Bu adamı əhatə edən zənginlik, dəbdəbə və – qız hələ dərk etməsə də – Brenderin özü onu əsir etmişdi. Cenni heç vaxt bu cür cazibəli adam görməmişdi. Bu adama mənsub olan hər şey gözəl idi, onun hər bir hərəkəti nəcib, əhəmiyyətli, hörmətə layiqdir. Bəlkə də öz alman ata-babalarından bir irs olaraq Cenni bu keyfiyyətləri başa düşmək və qiymətləndirmək qabiliyyəti əldə etmişdi. Məhz bu adamın yaşadığı kimi yaşamaq lazımdır. Onun alicənablığı Cenninin xüsusilə xoşuna gəlirdi.

      Senatora valeh olmaq Cenniyə qismən, hissinin səsi həmişə mühakiməsinin səsindən gur olan, anasından keçmişdi. Cenni missis Herhardta on dollar verəndə o sevincindən özünü itirdi.

      – Mən СКАЧАТЬ