Название: Əlvida silah
Автор: Эрнест Миллер Хемингуэй
Издательство: JekaPrint
isbn: 978-9952-8252-0-6
isbn:
– Lazımdır, – dedim. – Belə yaxşıdır.
Mən qaranlıqda əyildim ki, onu öpüm, ancaq nə isə ani ola-raq məni yandırdı. O, üzümə bərk bir şillə vurdu. Şillə gözləri-min və burnumun üstünə dəydi, gözlərim yaşardı.
– Bağışlayın məni, – qız dedi.
Mən öz tərəfimdə bir qədər üstünlük duydum.
– Siz düzgün hərəkət etdiz.
– Yox, siz məni bağışlayın, – o dedi. – Düzgün hərəkət etmə-dim, – şəfqət bacısı zabitlə, özü də istirahət günü axşamı. Mən sizi incitmək istəmirdim. Ağrıyır?
O, qaranlıqda mənə baxırdı. Mən acıqlı idim və eyni zaman-da şahmat oyununda olduğu kimi, hər şeyi qabaqcadan görərək özümdə inam hiss edirdim.
– Siz tamamilə düzgün hərəkət etdiz, – dedim. – Mən bir tikə də acıqlanmıram.
– Zavallı!
– Bilirsizmi, mən çox mənasız həyat sürürəm. Hətta ingiliscə danışmağıma da ehtiyac qalmır. Bir də siz çox gözəlsiniz.
Mən ona baxırdım.
– Bütün bunları mənə niyə deyirsiz? Mən ki, sizdən üzr istədim. Biz artıq barışmışıq.
– Elədir, – dedim. – Bir də daha müharibədən danışmırıq.
O güldü. Onun necə güldüyünü birinci dəfə görürdüm.
Mən gözümü onun gözünə dikmişdim.
– Siz yaxşı oğlansız, – qız dedi.
– Heç də yox.
– Hə, siz mehribansız. İstəyirsiz, mən özüm sizi öpüm?
Mən onun gözlərinin içinə baxdım, yenə belini qucaqlayıb onu öpdüm. Mən onu bərk-bərk öpdüm və özümə möhkəm sıxaraq dodaqlarını aralamağa çalışdım; dodaqları bərk yumul-muşdu. Mən hələ də acıqlı idim, buna görə də onu özümə sıxanda birdən diksindi, mən onu bərk-bərk sıxırdım və ürəyi-nin necə döyündüyünü hiss edirdim, bu vaxt onun dodaqları aralandı və başı qolumun üstünə düşdü, başa düşdüm ki, başını çiynimə qoyub ağlayır.
– Əzizim! – dedi. – Siz mənimlə həmişə yaxşı dolanacaqsız, eləmi?
«Lənət şeytana», – fikirləşdim. Mən onun saçlarını oxşadım və əlimi kürəyinə döydüm. O ağlayırdı.
– Doğrudan, yaxşı dolanacaqsız? – Qız gözlərini mənə zillə-di. – Çünki bizim həyatımız çox qəribə olacaq.
Bir az sonra mən onu villanın qapısına qədər ötürdüm, o içəri girdi, mən isə evə yollandım. Evə qayıdıb öz otağıma qalxdım. Rinaldi yatağında uzanmışdı. O mənə baxdı.
– Deməli, miss Barkli ilə işləriniz düzəlir?
– Mən onunla dostam.
– İndi siz ovdakı köpəyə oxşayırsız.
– Mən başa düşmədim. Nəyə?
O, başa saldı.
– Siz özünüz köpəyə oxşayırsız… – dedim.
– Bəsdir, – dedi. – Bir az da keçsə, biz bir birimizə pis şeylər deyərik. – O güldü.
– Gecəniz xeyrə qalsın, – dedim.
– Gecəniz xeyrə qalsın, kefcil oğlan.
Mən balışla onun şamını vurub yıxdım və qaranlıqda yerimə uzandım. Rinaldi şamı qaldırıb yandırdı və mütaliəsinə davam etdi.
ALTINCI FƏSİL
İki gün mən postlara baş çəkdim. Evə qayıdanda artıq çox gec idi və miss Barkli ilə ancaq o biri gün axşam görüşə bildim. O, bağda deyildi, buna görə də o, aşağı düşənəcən, mən hospitalın dəftərxanasında gözləməli oldum. Dəftərxananın yerləşdiyi otağın divarları önündəki rənglənmiş taxta postamentlərin üstündə çoxlu mərmər büstlər qoyulmuşdu. Dəftərxananın qarşısındakı vestibüldə də belə büstlər var idi. Mərmər heykəllər öz ümumi xüsusiyyətlərinə görə elə bil eyni sifətdən götürülmüşdü. Heykəllər həmişə məni kədərləndirir; tunc heykəl olsa yenə dərd yarıdır, amma mərmər büstlər mütləq mənə qəbiristanlığı xatırladır. Yeri gəlmişkən deyim ki, Pizada gözəl bir qəbiristanlıq var. Ən çox pis mərmər büstlər Genuyadadır. Bu villa əvvəllər varlı bir almana məxsus imiş və görünür bu büstlər ona çox ucuz başa gəlməyib. Maraqlıdır, görəsən bu əsərlər kimindir və bunlara nə qədər pul verilib. Mən bunların ata-babalara və ya başqalarına aid olduğunu müəyyən etməyə çalışdım; lakin onların hamısının yeknəsək – klassik görkəmi var idi. Onlara baxarkən bir şey anlamaq mümkün deyildi.
Mən kepimi əlimdə tutub stulda oturmuşdum. Biz hətta Qorisiyada da polad kaska geyməliydik, amma bu kaskalar narahat idi və hələ mülki əhalisi köçürülməmiş şəhərdə saxta və pis təsir bağışlayırdı. Mən postlara gedərkən öz kaskamı geyirdim və bundan əlavə, yanımda ingilis əleyhqazı – o vaxt adlandırıldığı kimi, qaz əleyhinə maska olurdu. Biz bunları təzəcə almağa başlamışıq. Bunlar doğrudan da maskaya oxşayırdı. Biz hamımız yanımızda avtomat tapançalar gəzdirməliydik; bu hətta sanitar hissələrin həkimlərinə və zabitlərinə də aid idi. Mən stolun söykənəcəyinə yaslanarkən tapançamı hiss edirdim. Kimi tapançasız görsəydilər, onu həbs edirdilər. Rinaldi tapança əvəzinə koburu tualet kağızı ilə doldururdu. Mən aldatmadan tapançamı özümlə gəzdirirdim və nə qədər ki, tapança atmırdım, özümü silahlı hiss edirdim. Bu, «astra» sistemli, 7,65 kalibrli və qısa lüləli tapança idi, tətiyini çəkərkən elə atılırdı ki, hədəfi vurmaq qətiyyən mümkün olmurdu. Atmağa öyrənərkən hədəfdən aşağı nişan alırdım və yöndəmsiz lülənin titrəməməsinə çalışırdım, nəhayət iyirmi addımdan nişan alarkən, nəzərdə tutulmuş hədəfdən bir yarddan arası olmayan nöqtəni vurmağı öyrənəndə birdən mənə aydın oldu ki, tapança gəzdirmək mənasızdır, buna görə çox çəkmədən tapançanı unutdum, tapança da arxadan kəmərimdən asılı qalaraq tərpənir və məndə heç bir hiss oyatmırdı, ancaq ingilisləri və amerikanları görərkən azacıq xəcalət çəkirdim. İndi mən stulda oturmuşdum, növbətçi dəftərxanaçı da öz stolunun arxasından acıqla mənə nəzər salırdı, mən isə miss Barklini gözləyərək mərmər döşəməyə, mərmər büstlü postamentlərə və divardakı freskalara baxırdım. Freskalar pis deyildi. Üstündəki rənglər çatlayıb tökülməyə başlayanda freskalar həmişə yaxşı СКАЧАТЬ