Qaçaq Kərəm. Fərman Eyvazlı
Чтение книги онлайн.

Читать онлайн книгу Qaçaq Kərəm - Fərman Eyvazlı страница 7

Название: Qaçaq Kərəm

Автор: Fərman Eyvazlı

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8260-5-0

isbn:

СКАЧАТЬ tək Oruc ağa qəmli, qüssəli görünürdü. Qaş-qabaqlı halda dilləndi:

      – Bir az burda dincimizi alaq! – Atın cilovunu çəkdi. Qan-tər içində olan kəhər dayanıb fınxırdı. Hamı kişinin təklifinə əməl eləyib atdan yerə endi.

      Kəsəmənə az qalmışdı, kənd Kürün o tayında idi. Ağzı Kürə açılan bu dərə ilə acı su axıb çaya qovuşurdu.

      Oruc ağa yovşan kolunun üstündə oturdu. Həyəcandan yenə ürəyi döyünürdü. Lakin bunun çox da fərqinə varmadı. Onu ayrı fikir çulğamışdı. Fikri-zikri Ağ yalda qalmışdı. Ürəyində bir ağırlıq, beynində bir durğunluq hiss edirdi. Qıllı, çal qaşları düyünlənmişdi. Buradan kəndin baş tərəfində, Kürün geniş açılmış qolları arasında böyük bir cələ vardı. Ağa bu cələni təzə almışdı. Hər gün onun seyrinə çıxırdı. İndi isə ora gözünün ucu ilə də baxmırdı. İsgəndər dedi:

      – Aradan yaxşı çıxdıq, şükür bir qan-qada olmadı. Ağır-ağır başını tərpədən ağa dillənmədi. İsgəndər kişini nədənsə alındığını hiss etdi.

      – Maşallah, uşaqlar da diribaş tərpəndilər, özlərini itirmədilər.

      Kərəm atının yalmanına sığal çəkdi.

      – Bizi dardan bu atlar qurtardı.

      Oruc ağanın dərdi içini yandırırdı. Ürəyini saplağından üzən bu dərdi desinmi, deməsinmi? Niyə desin? Gözləri kordurmu, görmürlərmi?

      İsrafil də nəsə demək istəyirdi ki, birdən atasını təzə görmüş kimi təəccüblə ona baxdı. Gözlərini döyə-deyə soruşdu:

      – Ağam, papağın hanı?

      İsrafilin səsindəki həyəcan nidası İsgəndərlə Kərəmi də heyrətləndirdi. Nəzərlər ağaya dikildi. Bəlkə kişi papağı çıxarıb yanına qoymuşdu? Baxışlar onun yan-yörəsində dolaşdı. Yox, qaragül Buxara papaq gözə dəymədi. Görünür bu vurhavurda, bu qaçhaqaçda papağın nə vaxt, harada düşdüyündən heç kəsin xəbəri olmamışdı. Bəlkə kişinin özü də bundan xəbərsiz idi? Yox, ağa elə bayaqdan ona görə alınıbmış. Kədərli halda bildirdi:

      – Ağ yalda güllə yerə saldı.

      Hamı məyus oldu. Araya soyuq sükut qondu. İsgəndər xəyalında Oruc ağanı günahlandırdı: «Taqsır özündədir. Əgər sənin fitnən olmasaydı, heç belə işə düşməzdik».

      Kərəm fikirli-fikirli gəldiyi yollara boylandı.

      Sükutun soyuq buzlarını İsrafil parçaladı:

      – Mən gedib gətirərəm.

      Dirsəklərini bükülmüş dizlərinin kündəsinə qoyub başını əlləri arasına alan Oruc ağa gözləri önündə canlanan cavanlığını haraylamaq istəyirdi. Gördü çox uzaqdadı. Ünü ora çatmaz. Oğluna baxdı. Ona güvəndi. İsrafil sözünü tamamladı:

      – Amma indi yox, sabah. İndi ora getmək xatadı. Ağanı elə bil don vurdu. O, oğlundan belə cavab gözləmirdi. Bu acı dərə onu havasız bir zindan kimi sıxdı. Təəssüflə köksünü ötürdü və sinəsinə əyilmiş başını buladı. Bu da onun öyündüyü, güvəndiyi oğul! Bir xeyli heç kəs dinmədi. Sükutu pozmağa kimsə cəsarət etmədi. Nəhayət Oruc ağa özü dilləndi.

      – Yaxşı, siz gedin!

      – Bəs sən?! – İsrafil sadəlövhlüklə soruşdu. Ağa oğlunun üzünə belə baxmadan astadan israr etdi.

      – Papaqsız kəndə getmərəm.

      Sözün dərinliyinə varmayan İsrafil yenə:

      – Ağam axı…

      Ata oğlunun sözünü ağzında qoydu:

      – Sənə dedim papaqsız kəndə ayaq basmaram. Kişinin ya papağı qaldı, ya başı fərqi yoxdur. Demirsən sabah gətirərsən? Mən də sabah kəndə gedərəm.

      Tənəli sözlər İsrafilə təsir elədi. «Mən niyə ona elə cavab verdim? Bəlkə məni sınayır?».

      Elə bu zaman qəflətən at ayaqlarının tappıltısı eşidildi. Dərəni toz dumanı bürüdü. Hürkmüş nəzərlər tez o səmtə dikildi. Əllər silahları qamarladı. Atlının kimliyi bilinmədi. O, yalnız tozlu dərədən döşə qalxanda elə bil buluddan şimşək çaxdı. Atın belindəki Kərəm idi. Baxışlar bir an onun getdiyi səmtdə boşluqdan asılı qaldı. Bu hadisə acı bir faciə kimi Oruc ağanın sümüyünə, iliyinə işləyib onu çox sarsıtdı. Kərəmin papağın dalınca getdiyini anlayan İsrafil də birdən sanki qəflət yuxusundan ayıldı. İçində bir qibtə, paxıllıq hissi zəhərli şahmar kimi baş qaldırdı. Artıq gec də olsa çevik bir hərəkətlə atının belinə sıçrayıb «Acı» ilə yuxarı, Ar yala yollandı.

      İsgəndər, ağanın fikrini dağıtmaq məqsədilə dedi:

      – Ağa, narahat olma, İsrafil də getdi. Papağı yerin deşiyində də olsa bu saat tapıb gətirəcəklər!

      «İsrafil də getdi!» kəlamı kişini daha da odladı. O, «də» ifadəsində bir istehza duydu. Ona elə gəldi ki, İsgəndər bu sözü qəsdən, Kərəmin daha ürəkli olduğunu xüsusi qeyd etmək üçün belə dedi. Onsuz da oğlunun «Sabah götürərəm» – deməsi onun içini alt-üst eləmişdi.

      Kişi düşündü: «Mən də elə bilirdim bu mahalda yaşıdları içində ondan iyid oğul olmayacaq. gör haa, zənnimi itirdi yoxsa?! Küçük südünəmi çəkdi, nədi?»

      …İsrafil Ağ yala çatar-çatmaz bir də gördü ki, Kərəm güllə kimi ona sarı gəlir. Papaq da əlindədir. Amma onu qovurlar, iki atlı dabanbasaraq təqib edir. Silah işlətmədiklərindən bəlli idi ki, onlar Kərəmi diri tutmaq istəyirlər. Doğrudan da qəsdləri elə imiş. Birdən arxadan Kərəmə kəmənd atdılar. Havada ilan kimi qıvrılıb açılan kəndir boşa çıxdı. Kərəmin ürəyinə damdı ki, onu təqib edənlər yenə kəmənd atacaqlar. Odur ki, xəncərini sıyırıb əlində hazır tutdu. O, yanılmamışdı. Kəndiri təzədən qoluna dolayan kazak bir də cəhd göstərdi. Kəmənd az qaldı Kərəmin boğazına keçsin, lakin o, «ilanı» göydə doğradı.

      İsrafilin dilindən qeyri-ixtiyari bir nida qopdu. «Ay gözünə dönüm!» Lakin içində bir qibtə, həsəd yeli əsdi. Əlacsız qalan atlılar silahlara əl atdılar. Elə bu zaman kazakların arxa tərəfindən dalbadal atəş səsləri eşidildi. Lakin geri qanrılıb baxan atlılar mat qaldılar. Arxada heç kim yox idi. Atları qamçılayıb yenə Kərəmin dalınca çapdılar. Yenə arxa səmtdə güllələr çartıltı qopardı. Bu, hiylə işlədib kazakların diqqətini yayındırmaq üçün bayaqdan dərədə gizlənərək onların yaxınlaşmasını gözləyən İsrafilin atdığı güllələrin sədası idi. Kazaklar ehtiyatlandılar. Atların sürətini azaldıb atəş saçan səmti güllə-barana tutdular. Kərəmə də elə СКАЧАТЬ