Название: Cəbhədən cəbhəyə
Автор: Гасан Мехти оглы Сеидбейли
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
Seymurla anası Cavahirin arasındakı münasibət çox incə idi. Onların arasında dərin bir ünsiyyət duyulurdu. Lakin Teymur ona göstərilən bütün diqqət və qayğıya baxmayaraq elə bil bu evdə hörmətli bir qonaq idi. Bu vəziyyət Teymur cəbhədən qayıdandan sonra daha artıq nəzərə çarpmağa başlamışdı!
Seymur qəşəng, həm də zövqlə geyinirdi. Anası onu uşaqlıqdan belə geyindirərdi. Özü də böyük qardaşının itaətində durmasına baxmayaraq, o da bir növ zabitəli idi. Demək olar ki, məhəllə cavanları arasında qardaşından daha çox hörmət qazanmışdı. Seymurda fitri ədəb-ərkan var idi. Özündən çox-çox yaşlı adamlar belə, onun hörmə-tini saxlayırdılar.
Qardaşının paltarlarının köhnəliyini görən Seymur də-fələrlə ona pul təklif etmək istəmiş, lakin utanmışdı. Çünki Teymurun xasiyyətinə bələd idi. Axırda belə qəra-ra gəlmişdi ki, bu pulu anasının köməyi ilə qardaşına çat-dırsın. Bir gün anası sandığı açıb ordan üç min manat pul çıxartdı və Teymurun qabağına qoyub dedi:
– Al, oğul, get özünə yaxşı üst-baş düzəlt. Tanış var, biliş var, dost var, düşmən var. İndi sənin geyinib-kecinən vaxtındır.
Teymur pullara baxıb qaşlarını çatdı, lakin anasının ürəyini sındırmamaq üçün gülümsündü.
– Ana, qız-zad deyiləm ki, məni belə geyindirib-kecindirirsən.
– Yox, oğul, mənim də arzu-kamım var. Gərək bu gün-sabah toyunu eləyəm, gəlin gətirəm, nəvə görəm.
Teymur yenə gülümsündü.
– Bəs bu pulları…
– Qənaət eləmişəm, yığmışam. İki oğlu olan ana gərək qənaət eləməyi bacarsın.
– Yaxşı, – deyə Teymur anasının çiyinlərini qucaqlayıb razılaşdı, – Qoy pulları yerinə. Nə vaxt lazım olsa, sənə deyərəm.
Seymur işləyirdi. Bəzən axşamlar da öz emalatxanasında ləngiyirdi, çünki sifariş gün-gündən çoxalırdı. Belə vaxtlarda Teymur anasını tək qoymamaq üçün evdən ba-yıra çıxmırdı. Onlar hər barədə söhbət edirdilər. Cavahir qonşulardan, qonşu uşaqlarından danışır. Teymurun bur-da olmadığı illərdə baş vermiş hadisələrdən söhbət açır-dı. Teymur isə anasının ürəyini sıxmamaq üçün cəbhədən mümkün qədər az danışmağa çalışırdı.
Bir dəfə Teymur yenə də Bakıya qayıtdığı o dəhşətli gecəni xatırladı. Nədənsə içərisində kirli kağızlara bükül-müş konfet, tənbəki, zəncəfil qoyulmuş yeşik, tində otur-muş qoca kişi onun gözləri qarşısında canlandı. Deməli, həmin illər camaat o qədər də firavan yaşamırdı.
– Yaxşı, bəs siz necə dolanırdınız? Atamın pensiyası sizə çatırdımı? – deyə o, anasından soruşdu.
– Əlbəttə ki, yox. O illər tək bizim üçün yox, elə hamı üçün çətin keçirdi, – deyə Cavahir fikirli-fikirli cavab ver-di, – Amma şükür allaha, qardaşın Seymur qeyrətli çıxdı, pis dolanmadıq.
– Nə edirdi?
Cavahirin gözlərində sonsuz bir məhəbbət işığı göründü. O, vüqarla Teymura baxıb cavab verdi:
– Özün bilirsən ki, bu zəhrimar dava zamanı hər şey çatışmır. Allahın spiçkasının bir qutusu 15 manata çıx-mışdı. Bir də gördüm Seymur evə pul gətirir. Sağ cibin-dən, sol cidindən çıxarıb stolun üstünə qoyur, al, ana, evə xərclə. Canıma qorxu düşdü. Dedim bu uşaq bu qədər pulu hardan tapır? Yalvarıb-yaxardım, axırda güldü, de-di: “Qorxma ana bu pulları əllərimin zəhmətilə qazanı-ram”.
– Axı nə edirdi? – deyə Teymur daha da maraqlandı.
– Nə edəcək! O patron deyirsiniz, giliz deyirsiniz. Nə deyirsiniz, onları yığır, türkün sözü, altını kəsirdi, sonra nə bilim, içinə cürbəcür şeylər qoyurdu: fitil, çaxmaqdaşı, dişli çarx. Sonra benzin tökürdü, olurdu alışqan. Birini 30-40 manata satırdı. Bir də görürdüm uşaq gecələr də evə gəlmir. Daha məndə ürək-göbək də qalmırdı. Sübhü göz-lərimlə açırdım. Sonra gördü ki, fikirdən sınıxmışam, bü-tün dəmir-dümürünü gətirib emalatxanasını bizim mət-bəxdə qurdu. Maşallah, elə bacarıqlı işləyirdi ki, elə bil, əlləri qızıl idi. Bir dəfə də gəlib dedi ki, ana, bəs mən diş texniki olmaq istəyirəm, nə deyirsən? Dedim ki, oğul, indi ki səndə belə qabiliyyət var, ol, nə deyirəm ki, – Cavahir susdu. Onun gözləri bir müddət yol çəkdi, sonra bütün fikirlərini yekunlaşdırırmış kimi əlavə etdi, – Seymur qeyrətli çıxdı.
Anasının Seymur haqqında dedikləri Teymuru çox sevindirdi. “Deməli, Seymur elə yeniyetmə vaxtlarından evin kişisi olub, anasını yaxşı saxlayıb. Amma təvazökar-lığa bax, heç cür üzə vurmur. Heç elə bil, bu evi belə bə-zəkli saxlayan, anasını ipək-şal paltar içində gəzdirən o deyil? İndi isə böyük qardaşına əl tutmaq istəyir.” Tey-mur yaxşı başa düşürdü ki, anasının təklif etdiyi üç min manatı Seymur vermişdi. Deməli, pulu ona anası yox, qardaşı təklif edirdi. Çox yaxşı olmasaydı, onlar daha fira-van yaşayırdılar. Lakin Cavahirin yorğun ala gözlərində nə isə bir təşviş gizlənmişdi. Bu təşviş onda evin dirəyi olan kişisini, uşaqlarının atası Abbası itirdiyi gündən əmələ gəlmişdi. Lakin o vaxt ananın gözlərində təşvişdən daha çox fəryad oxunurdu. İndi isə güclə gözə çarpan gizli bir təşviş… Əgər Cavahirdən bu təşvişin səbəbini və onu kimdən, nə üçün gizlətdiyini soruşsaydılar, o, bu sualların heç birinə, hətta öz-özlüyündə belə cavab verə bilməzdi. Külək qopacağını, yağış yağacağını, yaxud zəl-zələ baş verəcəyini əvvəlcədən hiss edən quşlar kimi onun qulağı həmişə səsdə idi. Nə üçün? Bəlkə müharibənin onun evinə hələ də bədbəxtlik gətirə biləcəyindən qorxur-du? Bu mümkün idimi? Axı, sovet toplarının sədası artıq Berlinin ətrafından gəlirdi. Axı qələbənin yaxınlığı bütün evlərə fərəh gətirmişdi. Bəs Cavahirin gözlərindəki bu gizli təşviş nədən doğmuşdu? Bəlkə bu, onun ürəyinin son dərəcə həssas, əsəblərinin zəif, həm də xəstə olduğun-dan irəli СКАЧАТЬ