Cəbhədən cəbhəyə . Гасан Мехти оглы Сеидбейли
Чтение книги онлайн.

Читать онлайн книгу Cəbhədən cəbhəyə - Гасан Мехти оглы Сеидбейли страница 7

СКАЧАТЬ qalarsa göndərər.

      Seymur nazik əlini qardaşının enli kürəyində şappıldadıb güldü:

      – Özün sağ-salamat gəlmisən bəsdir. Hər şeydən qa-baq cansağlığıdır, cansağlığı…

      Seymur qardaşına qurulanmağa da kömək edib onu otağa gətirdi və öz paltarlarını ona təklif etdi. Onun pal-tarları Teymura dar gəldi. Seymur sandığı açıb Teymurun köhnə paltarlarını çıxardı və Teymur əynindəkiləri soyu-nub, naftalin iyi verən paltarlarını geydi. Onlar stolun başına keçdilər. Seymurun dəmlədiyi pürrəng çaydan içə-içə söhbətlərinə davam etdilər…

      Elə bu vaxt həyətdən bir səs eşidildi:

      – Can bala! Sən gələn yollara anan qurban.

      Teymur yerindən sıçradı:

      – Ana!

      – Ana sənə qurban, Teymur! – deyə Cavahir həyəcanlı, lakin ahəstə bir səslə inildədi… O, heç vaxt ən ağır dəqi-qələrdə belə ucadan danışmazdı. Necə deyərlər, kədərini də, sevincini də həmişə içinə salardı, çox həyalı qadın idi. Qonşular onu təkcə xasiyyətinə görə yox, gözəlliyinə görə də çox sevirdilər.

      – Ana!

      – Boynuna qurban, Teymur!

      – Heç dəyişməmisən, ana!

      – Məni tək əlli niyə qucaqlayırsan, ay bala?

      Teymur gülə-gülə anasının solğun çöhrəsinə nəzər salıb sol əli ilə onun saçlarını oxşadı. Mehriban üzündən öpdü və qəti bir səslə dedi:

      – Ana, gəl kişi kimi şərtləşək. Bax, bədənimdən bir tük dəəksilməyib. Sağ qolum balaca burxulub, əgər bunun üçün ürəyini sıxsan, gəlməyimə peşman olaram…

      Cavahir yaşarmış gözlərini oğlunun sağ qoluna dikib titrək barmaqlarını onun üstündə gəzdirdi.

      Teymur dedi:

      – Qorxma, gipsdir, ana, bax, bu da mənim barmaq-larım.

      Cavahir qorxu və şübhə içərisində soruşdu:

      – Burxulmuş qolu da gipsə salarlar?

      – Həkimlərin işini bilmək olmur, ana! Biri belə deyir, o biri elə. Dedilər guya dirsəyim yerindən oynayıb, mən də dedim ehtiyat igidin yaraşığıdır, salın gipsə.

      Cavahir üzünü yana tutub ağladı.

      – Bu olmadı ki, ana, axı biz səninlə şərtləşdik.

      Cavahir yana-yana dilləndi:

      – Allah onların bəlasını versin!

      Teymur ürəyində fikirləşdi ki, “nə yaxşı anam çörək almağa gedəndə, mənim yıxılıb, qaldığım dalandan keç-məyib, məni o halda görsəydi, ürəyi partlardı…”

      Evə keçdilər. Cavahir nədənsə oğluna o qədər də ya-xın düşmürdü. Elə bil, yaxınlaşarsa, bunun həqiqət deyil, xəyal olduğunu görəcəyindən qorxurdu. Ancaq arabir tab gətirməyib yaxınlaşır, onun yanaqlarından öpür, həyətə çıxıb özünə iş tapır və “can bala” deyən səsi eşidilirdi.

      Axşama yaxın Teymurun vəziyyəti birdən-birə ağırlaşdı. O qusdu. Sevindiyindən bu gün dərsə getməmiş Sey-mur cəld həkim dalınca qaçdı və təcili yardım maşını ilə gəlmiş həkim, Teymuru müayinə edib eşiyə çıxdı. Cava-hirlə Seymur həkimin üzünün tutulduğunu görüb daha da qorxdular. Həkim astadan dilləndi:

      – Beyni tərpənmişdir. Özü də xəbərdarlıq edirəm, və-ziyyəti ağırdır. Ən azı beş-altı ay yatmalı olacaq.

      Cavahir oğlunun qospitala aparılmasına razılıq vermədi. Teymur evdə qaldı.

      Cavahirin yaralı ürəyinə daha bir yara vuruldu. Yazıq ana öz xəstəliyini unudub indi də otağın bir küncündə uzanıb qalmış oğlunun başına fırlanır: “Allah onların bə-lasını versin” – deyə yanıqlı-yanıqlı içini çəkirdi. Bu söz-ləri deyən Cavahir Vətənimizə soxulmuş düşmənləri tə-səvvürünə gətirirdi. Daha demirdi ki, Vətənin içərisində də təhlükəli düşmənlər var…

      2

      Teymurun xəstəliyi altı aya yaxın çəkdi. Qolunun gipsini çoxdan çıxarmışdılar. Qolu sağalmamışdı, amma sü-müyü bir qədər əyri bitmişdi. Çünki qəlpə onun sümük-lərini dirsək yerindən xıncım-xıncım etmişdi. Buna görə də indi sağ qolunun hərəkətləri bir qədər məhdud idi. Beyninin tərpənməsinə gəldikdə isə tamam sağalmamış-dı. Ancaq tez-tez keçirdiyi şiddətli başağrısı və ürəkbu-lanması halları tamam azalmışdı. Cavahir onu arabir, gü-nəşli havalarda gəzməyə də çıxarırdı. Körpə vaxtlarında olduğu kimi, elə bil ona yerimək öyrədirdi. “Burda da-yan, əlini mənə ver, bala, burdan asta keç, bax belə”. Tey-mur da anasına itaət edirdi.

      Ona pensiya kəsmişdilər. Qonşuları, onu müalicə edən həkim, raykom işçiləri tez-tez ona baş çəkir, onun səh-hətilə, maddi vəziyyətilə, yaşayışı ilə maraqlanardılar. Bu xeyirxah, nəcib adamları görən Teymur başına gələn o ge-cəki hadisənin acısını yavaş-yavaş unutmağa başlayırdı. İndi oəhvalat Teymurun hafizəsində ancaq dəhşətli bir yuxu kimi qalırdı.

      Teymurun möhkəm bədəni ağır xəstəliyə qalib gəlir, özünü get-gedə daha gümrah hiss edirdi. Ancaq ona hələ işləməyə icazə vermirdilər.

      1944-cü ilin yayında Teymur artıq sərbəst gəzib-dolana bilir, kitab oxuyur, öz gələcəyi haqqında düşünürdü. O, sənədlərini universitetin hüquq fakültəsinə verdi. Lakin həm oxuyub, həm də işləyə bilmək üçün qiyabi şöbəyə girdi, sonra özünə iş axtarmağa başladı. Əsgərlikdə çilin-gərlik və şoferlik də öyrənmişdi. Ancaq ona maşın sürmə-yi tapşıra bilməzdilər. Bir neçə yerdə iş təklif etdilər: klub müdiri, artel müdiri, müfəttişlik. Rayon partiya komitə-sində ona təşkilat işi də təklif etdilər. Lakin Teymur, “Bir fikirləşim” – deyə hələ götür-qoy edirdi.

      Bütün cəbhələrdə vəziyyət yaxşı idi. Sovet Ordusu düşməni sərhədlərimizdən qovub, Avropa xalqlarını fa-şizm əsarətindən qurtarmağa başlamışdı.

      Teymur Bakının küçələri ilə gəzir, adamların üzünə baxır, onların səslərinin ahənginə qulaq verir, elə bil nəyi isə axtarırdı. Elə bil mühüm bir şey itirmişdi və onu hök-mən tapmaq istəyirdi. Elə bil o, küçələrdə, idarələrdə, qonşuluğunda gördüyü adamların hamısını tanıyırdı. Çünki bu adamlar da onun kimi namusla yaşamaq, işlə-mək, çalışmaq istəyən adamlar idi. O, hər gün bu adam-larla salamlaşır, bu adamların işə getdiyini, işdən qayıtdı-ğını, görüşə tələsdiyini, СКАЧАТЬ