Название: Cəbhədən cəbhəyə
Автор: Гасан Мехти оглы Сеидбейли
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
Seymur dinməz həyətə girib anası görməsin deyə Teymuru işarə ilə çağırdı, özü isə cəld mətbəxə sarı qaçdı.
Teymur küçəyə çıxıb Şəmsiyə salam verdi. Şəmsi hə-mişə onu müşayiət edən yoldaşalarının yaxında olduqla-rını yoxlamaq üçün başını geri döndərdi və onların iki-üç addımlıqda dayandıqlarını görüb ürəkləndi, yoldaşlarına göz vurubTeymura dedi:
– Sənin o bacın niyə elə arıqlayıb?
– Mənim bacım yoxdur ki!
Şəmsi yenə qəhqəhə çəkib güldü:
– Bəs qız Seymur sənin nəyindir?
Teymurun yumruqları düyünləndi. Ancaq o yenə də bütün iradəsini toplayıb Şəmsiyəəl qaldırmadı.
– Şəmsi, uşağa ad qoyma, yaxşı deyil.
Şəmsi sırtıq-sırtıq qımışdı:
– Bütün məhəllə mənə Çapıq Şəmsi deyir. Mən heç in-cimirəm.
– Sən bu adınla fəxr eləyirsən. Amma Seymurla işin ol-masın.
– Olsa neylərsən?
– Elə buna görə də mən səni çağırtdırdım.
– Nə vermisən mənə ki, ala bilmirsən?
Şəmsi üstü tüpürcəkli qara daşı yamaqlı boz koverkot şalvarının cibinə salıb bıçağını ehtiyatla baş barmağının dırnağına çəkdi. Bıçağın ağzı dırnağa ilişdi. Şəmsi altdan-yuxarı Teymura baxıb sıçrayışa hazırlaşmış pişik kimi özünü yığışdırdı.
– Kişisən, ayırd eləyək.
Teymur hiss elədi ki, ayırd eləməyə razı olduğunu bildirsə də, bildirməsə də Şəmsi onun üstünə atılacaq. Qor-xudan onun çənəsi kilidləndi, dayandığı yerdə mıxlanıb qaldı.
Çapıq Şəmsi dikəlib irəli gəldi.
Elə bu anda kimsə heç gözlənilmədən uca hasardan Çapıq Şəmsinin boynuna atıldı. Bu o qədər qəfildən oldu ki, Çapıq Şəmsi səndələyib bayaq üstündə oturduğu daşa ilişdi və arxası üstə yerə yıxıldı, peysəri tappıltı ilə səkiyə dəydi, əlindəki bıçaq havada fırlanıb küçənin palçığına batdı.
Hasarın üstündən Şəmsinin boynuna küçədən atılmış adam, əlində dəhrə tutmuş Seymur idi. Gözləri az qala hədəqəsindən çıxan Seymur dodaqları əsə-əsə Çapıq Şəmsini saçlayıb çığırırdı:
– Bir də atabaatanla qələt eləyib qardaşıma sataşsan, başını bax, bununla üzəcəyəm!.. – O, get-gedə daha da qızışırdı, – Kişisən, bir də sataş! Kişisən, bir də sataş! Əclaf!
Çapıq Şəmsinin peysəri səkiyə elə zərblə dəymişdi ki, heç ağzını açmağa belə taqəti qalmamışdı.
Seymurun qəzəbdən əsim-əsim əsərək dəhrəni Çapıq Şəmsinin başı üzərində qaldırdığını görən Teymur cəld irəli atılıb onun nazik biləyindən yapışdı:
– Keç həyətə!
Seymur qəzəbindən az qala ağlayırdı. Əlindəki dəhrə-ni Çapıq Şəmsinin başına endirmək istəyirdi.
– Çəkil! – deyə Teymur onu güclə Şəmsinin sinəsindən qopardı, – Keç həyətə!
Seymur, dəhrə tutmuş əlinin dalı ilə burnunun suyunu silib itaət etdi. Teymur Şəmsinin qolundan yapışıb qal-dırdı:
– Get, – dedi, – xata-balanı bizdən uzaq elə…
Çapıq Şəmsinin dili bir neçə saniyə də söz tutmadı. Hasardan aralandı, palçığa sancılmış bıçağını qaldırıb silə-silə bir neçə addım da uzaqlaşdı, ancaq orda ayaq saxlayıb qanlı-qanlı Teymuru süzdü və çəmkirdi:
– Qalsın qulluğunuzda!
Elə o gün Seymurun adının üstündən “qız” sözü götürüldü.
Çapıq Şəmsi əvəz çıxmaq üçün fürsət axtarırdı. Amma nədənsə bu iki qardaşa yaxın düşə bilmirdi. Bəlkə bu, ona görə idi ki, məhəllədə Seymurun hörməti ildən-ilə artırdı. Qəribə burası idi ki, Çapıq Şəmsi Teymurdan o qədər çəkinmirdi, nə qədər ki, Seymurdan qorxurdu… Buna baxmayaraq onların arasında hökmən toqquşma olacağı gözlənirdi. Çünki Çapıq Şəmsi dilini dinc saxla-mırdı. Məhəllə uşaqları Çapıq Şəmsini görəndə onun har-da olduğunu o saat Teymurla Seymura deyir, qardaşların yerini isə cəld Çapıq Şəmsiyə nişan verirdilər.
Teymur özü üçün qorxmurdu, amma qardaşından çox nigaran idi. Buna görə də Seymuru kölgə kimi izləyir, məktəbə gedəndə və qayıdanda ona ağır gəlməsin deyə gözə görünmədən dalınca düşürdü. Onlar eyni məktəbdə oxuyurdular: Seymur birinci növbədə, Teymur isə ikinci növbədə. Kiçik qardaş da böyük qardaşından gizlin onun məktəbdən çıxıb evə gəlməsini həyəcanla gözlər və mək-təblə ev arasındakı dalanları nəzarət altına alardı. Uşaqlar yaşa dolduqca ehtiyatla gəzib-dolanmaq onlara ağır gəlir-di. Buna görə də hər iki tərəfin ayırd eləməyə hazırlaşdığı haqda gedən söhbət get-gedə qızışırdı.
Lakin qəfil bir hadisə bu gərginliyi azca sərinləşdirdi. Bir gün xəbər yayıldı ki, Çapıq Şəmsini beş-altı yoldaşı ilə birlikdə tutublar. Cürbəcür rəvayətlər söyləyirdilər. Bəzi-ləri deyirdi ki, adam vurublar, kimsə söz yaymışdı ki, mi-lis işçisinin tapançasını əlindən alıblar, bəziləri belə danı-şırdılar ki, guya hardasa ev yarıblar. Hər halda, bir səbəb var idi. Amma bu səbəbi heç kəs dürüst bilmirdi…
Müharibədən əvvəl bir-birinə düşmən olan Şəmsi ilə Teymur bir neçə illik fasilədən sonra, bu gün üz-üzə gəlmişdilər.
– Salam, Şəmsi! – deyə Teymur dik onun gözlərinin içinə baxdı. Əslində o, bu adama qarşı heç vaxt kin bəsləmə-mişdi. Onun çalışdığı bu olmuşdu ki, özü də, qardaşı Seymur da Çapıq Şəmsi ilə toqquşmasınlar.
Müharibənin dəhşətlərini görmüş, faşistlərlə üz-üzə gəlmiş Teymur, burda, doğma Bakıda, bu məhəllədə baş vermiş hadisələri çoxdan unutmuş və Çapıq Şəmsinin gü-nahlarını da çoxdan bağışlamamışdı. Başında dözülməz ağrı olmasaydı, bu saat Şəmsini qucaqlardı da.
– Bu nə vid-fasondur, ay Teymur, – deyə Çapıq Şəmsi rişxəndlə güldü, – deyəsən, axı səni yaman şil-küt eləyib-lər!
– Şil-küt deyəndə ki… bircə bu qolumdur. Faşistlərin qəlpəsi sümüyümü СКАЧАТЬ