Название: Mənim Universitetlərim
Автор: Максим Горький
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244120
isbn:
Həmin günlərdə Kazan yaxınlığında yüklə dolu bir barj[9] altı deşildiyi üçün suya oturmuşdu. Yükdaşıyanlar barjı boşaltmaq üçün məni də özləri ilə aparmışdılar. Sentyabr ayı idi. Yuxarı tərəflərdən külək əsir, çayın üzərində hiddətlənmiş dalğalar dayanmadan atılıb-düşürdü. Əlli nəfərədək yükdaşıyan həsir və brezentlərə[10] bürünərək qaşqabaqlı halda boş bir barjın göyərtəsində yerləşmişdilər. Balaca bir yedək gəmisi isə sanki tövşüyə-tövşüyə barjı çəkib aparırdı.
Qaranlıq qovuşurdu. Yükdaşıyanlar yağışa, küləyə, həyata lənətlər yağdıraraq deyinir, soyuqdan və rütubətdən qorunmaq üçün yer axtararaq göyərtədə tənbəl-tənbəl ayaqlarını sürüyürdülər. Mənə elə gəlirdi ki, bu yarıyuxulu adamların əlindən bir iş gələn deyil və onları havayı yerə yükləri xilas etməyə aparırlar.
Gecəyarısına yaxın gəlib çayın aşırımına çatdıq. Bizim barj suya oturmuş barjın böyrünə yan aldı. Yükdaşıyanların başçısı daz başından papağını çıxarıb zil arvad səsi ilə bağırdı:
– Dua edin, uşaqlar!
Başçı üzü çopur, burnu və gözləri isə çalağan dimdiyinə və gözlərinə oxşayan qoca idi. O, hiyləgər və ətiacı adam idi, zəvzəklik eləməkdən xoşu gəlirdi.
Yükdaşıyanlar topa halında barjın göyərtəsində yığışıb ayı kimi donquldanmağa davam edirdilər. Başçı isə duanı hamıdan tez qurtararaq zingildədi:
– Fənərləri götürün! Haydı, qoçaqlar, hünərinizi göstərin! Namusla işləyin, balalarım! Ya Allah, başlayın!
Dərhal bu ağır tərpənişli, tənbəl və islanmış adamlar «hünərlərini göstərməyə» başladılar: döyüşə atılırmış kimi çığırışaraq batmış barjın göyərtəsinə və anbarına hücum çəkdilər. Onlar elə işləyirdilər ki, sanki çoxdandır ürəkləri iş üçün alışıb-yanırmış.
Bu vaxt ya yükün sahibi, ya da yük sahibinin köməkçisi olan irigövdəli, uzunsaqqallı adamın həyəcanlı bağırtısı eşidildi:
– Haydı, qoçaqlar, tez olun! Haqqınızı artıqlaması ilə alacaqsınız. Bir vedrə şərab! Olsun iki! Bir az da tez, bir az da cəld!
Bu sözlərdən sonra iş daha da qızışdı.
Mən də yük dolu çuvallardan yapışaraq sürüyüb-aparır, bizim barja atır, təzədən yüyürə-yüyürə geri qayıdır, yeni çuvaldan yapışırdım. İşlədikcə daha da vəcdə gəlir, özümü bu çalışqan insanların arasında çox xoşbəxt hiss edirdim.
Birdən yağış daha da güclənib sel kimi şırıldadı.
– Daha bəsdir! – deyə kimsə qışqırdı, lakin qəzəbli səslər dərhal onu cavab atəşi ilə susdurdu:
– Yum ağzını, bu nə sözdür!
Beləliklə, yükdaşıyanlar bütün malları boşaldana kimi dinclərini almadan çalışdılar. Sonra isə gəmiyə keçərək illərdir yuxusuz qalıblarmış kimi yıxılıb yatdılar.
Səhəri gün oğru Başkinlə görüşəndə o, üst-başımı gözdən keçirərək dedi:
– Bu nədir, səni nə günə salıblar!
Mən sevinc hissi ilə gördüyümüz iş haqqında ona danışdım. Başkin isə mənə qulaq asıb köksünü ötürdü, həqarətlə dedi:
– Axmaq! Axmaqdan da betərsən, zırramasan!
Sonra isə fit çala-çala çıxıb getdi.
7
Andrey Derenkov balaca bir baqqal dükanının sahibi idi. Dükan yoxsul və dar bir küçənin axırındakı zir-zibilli yarğanın üstündə yerləşirdi.
Məni onunla kimin tanış etdiyini xatırlamıram.
Bir qolu qurumuş, balacaboy adam olan Derenkovun mehriban üzü, sarımtıl saqqalı, ağıllı gözləri vardı. Onun qadağan edilmiş və nadir tapılan kitablardan ibarət kitabxanası şəhərdə ən yaxşı kitabxana hesab edilirdi.
Kazandakı saysız-hesabsız məktəb və universitetlərin tələbələri, eləcə də inqilabi əhvali-ruhiyyəli adamlar bu kitabxanaya tez-tez üz tuturdular.
Derenkovun dükanının qapısı böyük bir otağa açılırdı. Həyətə baxan tək pəncərədən bu otağa zəif işıq düşürdü. Otağın yanında darısqal bir mətbəx, onun dalında isə anbar yerləşirdi. Həmin kitabxana da burada gizli saxlanılırdı. Kitabxanadakı kitabların bir hissəsi qələmlə qalın dəftərlərə köçürülmüşdü. Bu əlyazmalar dəfələrlə oxunmuş və əzilmişdi.
Mən ilk dəfə dükana gələndə Derenkov alıcılarla məşğul idi. Məni görəndə başının işarəsi ilə otağa açılan qapını göstərdi. İçəri girib gördüm ki, bir qoca alaqaranlıq otağın bir küncündə diz çöküb və ürəkdən dua edir.
Qoca duasını qurtardıqdan sonra səliqə ilə başının və saqqalının ağ tüklərini tumarladı, məni diqqətlə süzüb dedi:
– Mən Andreyin atasıyam. Siz kimsiniz?
Özümü ona təqdim etdim. Qoca əlavə heç nə soruşmayıb mətbəxə keçdi.
Mətbəxə açılan qapının ağzında ağ paltarlı bir qız dayanmışdı. Onun açıqrəngli saçları qısa kəsilmişdi.
– Nə üçün qorxdunuz? Yəni mən bu qədər dəhşətliyəmmi? – qız ona heyrətlə baxdığımı görüb dilləndi. Sonra isə divardan tuta-tuta ehtiyatla, ağır-ağır addımlayaraq mənə doğru gəlməyə başladı. O elə hərəkət edirdi ki, sanki möhkəm bir döşəmənin üstü ilə deyil, havada dartılmış kəndirin üstü ilə yeriyirdi. Fikir verib gördüm ki, qızın bütün vücudu titrəyir, ancaq əlləri qəribə bir tərzdə hərəkətsizdir.
Qız, nəhayət, elə ehtiyatla stula əyləşdi ki, sanki stulun bu dəqiqə altından çıxıb uçacağından qorxurdu. O mənə heç kəsin eşitmədiyi şəkildə dedi ki, əlləri-ayaqları tutulduğu üçün yorğan-döşəkdə yatırmış və cəmi beş gündür ayağa qalxıb.
– Bu СКАЧАТЬ
9
10