Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно
Чтение книги онлайн.

Читать онлайн книгу Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно страница 8

Название: Avtoritar şəxsiyyətin necəliyi

Автор: Теодор В. Адорно

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn: 978-9953-8066-2-5

isbn:

СКАЧАТЬ antisemit sindromunun “mütləq” totalitar antisemitinin bu sözləri ilə işıqlandırmağın mümkün olmadığı hər hansı aspekti mövcuddur. O, heç nəyi nəzərdən qaçırmır. Onun acgözlüyü yəhudi kompleksinə yönəlmiş ehtirasın enerjisini üzə çıxarır. Antisemitizm kompleksindən azad olmaq onun üçün həm aqressivliyə, həm də ruhi üstünlüyə can atmağı barədə arzularının yerinə yetməsi deməkdir. Bu da “elm üçün maraqlı olan” bir tədqiqatda iştirak etdiyini göstərir. Onun şəxsi münasibətində bütün mümkün qaranlıq sirlərdən xəbərdar olmasını hesab edənlərin ziyanlı üstünlük hisslərində nə isə vardır. Onun ən xarakterik münasibəti pessimizmdir. Dediklərinin çoxunu o, əyilmiş nəzərlərlə, ah və çiyinlərini çəkməklə deyir.

      Digər tədqiqatların nəticələrinin göstərdiyi kimi, daha çox hüququ pozulmuş sayılan “yəhudiləri sezmə qabiliyyətli adam” anlayışından burada əlavə kimi istifadə etmişik. Amma, şübhəsiz ki, ekstremist fikirli antisemitlər bir qayda olaraq, əsassız yerə yəhudini ilk baxışdan müəyyən edə bildiklərini güman edirlər. Bu bizim yanlış fikirli fərdlərin düşüncələrində mühüm əlamət kimi müəyyən etdiyimiz “oriyentasiya mexanizminin” əyani ifadəsidir. Eyni zamanda çox vaxt yəhudilərin çətin təsvir olunan müxtəlifliyi onların identifikasiyasının meyarlarını həddən artıq sarsıdır. Lakin o, “duyan fərdlərin” qəti surətdə öz bacarıqlarını təsdiqləməyə mane olmur. Bu struktur tipin təsviri üçün bir misal da kifayətdir. Onu elə onun özünəməxsus qəribə fantaziya və dəqiq müşahidənin ahənginə uyğun gətirmək lazımdır.

      5039 nömrəli, F şkalası üzrə yuxarı bal toplayan, müharibə veteranı Cənubi Kaliforniyanın 27 yaşlı tələbəsi belə deyir: “Bəli, mənə elə gəlir ki, onları müəyyən edə bilərəm… Əlbəttə, həmişə alınmır, bilirəm. Burunları böyük və başqa olur. Üzləri daha ensizdir. Yerişləri başqadır… Amma ən çox onlar çox danışır və özlərini başqa cür aparırlar. Demək olar ki, həmişə suala sualla cavab verirlər (məktəb vaxtlarında misallar gətirir); çox vaxt tənqid edirlər, azca təmtəraqla danışırlar, ümumiyyətlə, aqressivdirlər, hər halda mən bunu o dəqiqə sezirəm…”.

      E.

      YƏHUDİLƏRİN İKİ TİPİ

      Yuxarıda təsvir edilən stereotiplər yad dünyada saxta oriyentasiya vasitəsi kimi və eyni zamanda bu dünyanın dərk edilməsi üsulu kimi onun neqativ aspektlərini tam və dəqiq təsnif etmək bacarığının köməyi ilə tərcümə olunublar. “Problemə çevrilmiş” münasibət paxıllıq və hirslə dolu fərdləri yəhudilərin eyni olmasını təsdiqini rasional düşünən və təhlil edənlərin mövqeyinə gətirir, problemi “dəliklərin” olmadığı düşünülmüş və mütləq biliklərin sferasına ötürür. Yəhudini həmişə düzgün ayırd etmək bacarığı axırı əvvəl hökmün həlledici ola biləcəyi cisimlərdə hakim olmaq iddiasına gətirib çıxarır. Bununla yanaşı daha böyük diqqətə layiq olan bir stereotip də vardır ki, o, “topoqrafik” funksiyanı böyük dəqiqliklə təyin etməyə imkan verir və çox vaxt sorğu materiallarında keçirilir. O, antisemit fikirlərində “saxta rasional” elementi “yəhudi problemi” haqda müzakirələrə nisbətən daha dəqiq aparır – biz yəhudilərin geniş yayılmış iki-pis və yaxşı qruplara bölünməsini nəzərdə tuturuq. O, ən çox “ağ yəhudilərlə” “tacirlərin” üz-üzə qoyulmağında özünü göstərir. Etiraz etmək olar ki, bu bölünmə obyektiv olaraq yəhudilərin cəmiyyətlə fərqli dərəcədə qaynaşması ilə əsaslandırılmışdır və buna görə də subyektiv münasibətin əlaməti kimi görülə bilməz.

      Biz etirazin obyektiv olmadığını və əsasən onun istiqamətləndiyi azlıqlar qrupundan asılı olmayan məsələnin olmadığını göstərə bilərik.

      Daha əvvəl təyin olunmuşdur ki, xurafatlarla fikirləşən fərd üçün özü və yad qruplar arasında dəyişməz düşüncə xarakterikdir. Hal-hazırda nəzərdən keçirdiyimiz şablon fikirlər dixotomiya17 olub, yad qruplara yaxud əlacsız halda müəyyən qrupa aid edilir. Çox güman ki, bu tendensiya “hər şeyi iki yerə bölmək” xüsusiyyəti olan ağ-qara düşüncənin avtomatlaşdırılması ilə bağlıdır. Lakin bu həm də düşmənçilik münasibətlərində obyektivlik görünüşünü saxlamaq arzusu ilə, düşüncələr obrazına tam olaraq tabe olmaq istəməyən gizli fikirlərə malik insanın iftiraları ilə bağlıdır.

      Bu “iki tip” fərdin fikirlərinə xas stereotipini düşmən tendensiyalar arasındakı kompromis kimi görmək olar. Bu həmin fərqi anlayan fərdlərin öz fikirlərində ekstremal həddə nadir halda çatmalarını təxmin etməyə əsas verir. Bizim “oriyentasiya nəzəriyyəmiz” tərəfindən baxanda “iki tip” haqda təsəvvürün ümumi stereotiplik və şəxsi təcrübə arasında uçurumu dəf etmək üçün son üsul olduğunu gözləmək olardı. Bu vəziyyətdə yad qrupda olan “yaxşı” nümayəndələr subyektin şəxsən tanıdıqlarıdır, “pislərə” isə, əksinə, onun sosial plan üzrə uzaq münasibətdə olduğu nümayəndələr aiddir. Yəni söhbət yadların qrupların assimilyasiya olunmuş və assimilyasiya olunmamış hissələri arasında fərqlərdən gedir. Və bu məlum səviyyəyə qədər təsdiqlənir, baxmayaraq ki, “iki tip” haqda təsəvvürün bir çox hallarda belə qeyri-müəyyən və abstrakt xarakter daşıması görünür və hətta tanışların və yadların bölünməsinə uyğun gəlmir. Bu təsəvvür stereotipliyin dəf edilməsi üçün vasitə ola bilməz, belə ki, o, özü-özlüyündə tam olaraq stereotipdir.

      Bütün şkalalar üzrə yuxarı bal yığmış 5007 nömrəli dindirilən belə qeyd edir: tanıdığım yəhudilər ağdərili idilər və çox yaxşı adamlar olublar. Yəhudilər aqressivdirlər, əlbirdirlər, bütün ətraflarını zəbt edirlər və yalnız maliyyə məsələləri ilə maraqlanırlar. Hər halda bu dediklərim “ağ yəhudilərə” aid deyil. Mənim bu məsələdə iki cür təcrübəm olub. Bəzi yəhudilər tanıdığım yəhudilər kimi çox xoşagələn və savadlı adamlardır. Amma, onlarla münasibət təcrübəm az təsəlli verir. Ümumiyyətlə, mənə elə gəlir ki, azad peşələrdə yəhudilər öz yerlərindədirlər, amma həyatın işgüzar sferasında mənim onlara qarşı bir çox etirazım var.

      Buradan yəhudilərin “yəhudilərin xoşagəlməz xüsusiyyətləri” siyahısı ilə nişanlanmış universal stereotipliyin bu vəziyyətdə daha insaflı olan dixotomiya ilə necə konfliktə girdiyi aydın olur.

      Qərəzli fərdlər tanınmışla tanınmamışı müqayisə edir, ancaq bu iş ikinci fərqin azad peşə tutan yəhudilər (güman ki, daha yüksək təhsil və mənəvi dəyərləri olan) və maliyyə-biznes sferasında dələduzluqla məşğul olan ticarətçilər arasında fərqin köməyi ilə çətinləşir.

      “İki tip” haqda təsəvvürün klassik forması ən çox adı çəkilən, həmçinin ermənilər barədə öz fikirlərini bildirən oğlan ekskursiya qrupunun rəhbəri 5051-in dediklərində də rast gəlinir:

      “Məsələn, yəhudiləri götürün. Bürün irqlərdə yaxşılar və pislər var. Bunu biz bilirik və onu da bilirik ki, yəhudilər irq deyillər, onlar dini cəmiyyətdir; məsələ ondadır ki, yəhudilərin iki tipi mövcuddur. Bunlar СКАЧАТЬ



<p>17</p>

İki əks şeylər arasında fərq (tərc.)