Название: Avtoritar şəxsiyyətin necəliyi
Автор: Теодор В. Адорно
Издательство: Alatoran yayınları
isbn: 978-9953-8066-2-5
isbn:
Əvvəlcə tam, kliniki mənada “pisxassəli” sayılan təsəvvürlərin inkişafına mane olmaq üçün təcrübənin əldə olunması bacarığını bərpa etmək lazımdır.
D.
ANTİSEMİTİZM NƏYİ GÖSTƏRİR?
Psixoanalizin başlıca hipotezası aşağıdakı kimi səslənir: simptomlar yalnız fərdin psixi təsərrüfatında xüsusi funksiyanı yerinə yetirəndə məna kəsb edir. Verilmiş hipotezaya uyğun olaraq, onları bir qayda kimi sıxışdırılmış instinktlərin əvəzedici məmnunluğu yaxud onlardan qoruyucu mexanizm kimi nəzərdən keçirmək lazımdır.
Əvvəlki mülahizələr antisemit mexanizmlərin və fikirlərin irrasional aspektini aşkar ediblər. Lakin söhbət nevroz mexanizmləri əsasında izah edilməsi çox çətin olan simptomlardan gedir. Antisemit isə özünü potensial faşist kimi nümayiş etdirərək, psixopat15 olmaqdan çıxarır. İrrasional simptomun qaydaları pozmayan, lakin aşkar edilən şəxslərdə son nəzəri izahı bu tədqiqatın çərçivələrindən kənara çıxır.
Amma hesab edirik ki, bu sualı verməyə hüququmuz çatır: kimə lazımdır? Fərdin həyatında mövcud olan antisemit düşüncə hansı məqsəd daşıyır?
Bu sualın qəti cavabını stereotipləri onların səbəbləri, yaranmaları və kök salmaları ilə birlikdə tədqiq edərək, tapmaq olar.
Belə cavabı tapmaq üçün biz əvvəlki fəsillərdə16 qeydlər etmişik. Burada biz nisbi olan səthi “mən” təbəqəsi ilə kifayətlənirik və bu sualı veririk: “antisemitizm subyektə onun təcrübəsinin konkret strukturu daxilində nə verir? “
Müəyyən mənada antisemit xurafatları şübhəsiz ki, rasional funksiyalara malikdirlər.
Onlar iqtisadi xarakterli həsəd əsasında yaxud daha varlı azlıqların hüquqlarından məhrum olmağı hesabına varlanmaq arzusundan doğa bilir. Belə vəziyyətdə rasional yanaşma barədə sual çətinləşməsinə baxmayaraq, rasional olaraq, faşist diktaturasına can atan və xurafatları ümumi platforma hesab edənlərin davranışını göstərmək olar. Çünki, görünür, belə diktatura fərdin maraqlarına cavab vermir, əvvəlcədən hazır formulun kollektiv olaraq avtomatik qəbulunu isə rasional adlandırmaq olmaz. Lakin indi bizi başqa aspekt maraqlandırır. Real bazaya malik olmayan və adətən saxta adaptasiya ilə əlaqələndirilən ideyaların tərəfdarı olanda fərdlər daha nədən üstünlük qazanırlar?
Bu suala ilkin cavabı verməzdən əvvəl PEC şkalası üzrə dindirilənlərin sorğularının nəticələrini nəzərdən keçirək. Bu başdan başa sorğulananların təcrübəsindən kənara çıxan sosial mövzulardan söhbət düşəndə yaranan məlumatsızlığı və çaşqınlığıdır. Görünür, reallıqda fərdi qanunlara tabe olan sosial proseslərin obyektivləşməsi çaşqınlıq, qorxu və əminsizliklə müşayiət olunan ayrı şəxsiyyət kimi qəbul edilən fərdin cəmiyyətə mənəvi yadlaşmasına aparır. Bu xoşagəlməz vəziyyətdən çıxış vasitəsi kimi siyasi stereotipləri və şəxsləndirməni, siyasət və bürokratiya haqda şablon təsəvvürlərini qorxunun çaşqınlığının səbəb olduğu ilkin nişanələr və proyeksiyalar kimi izah etmək məntiqə uyğun olardı.
Görünür, oxşar funksiyalar yəhudilərin “irrasional” olduğu xurafatına qulluq edir. Xurafatları ifrat dərəcədə olan fərdlər üçün yəhudilər ən ideal stereotipdirlər. Eyni zamanda başqa “xortdanlardan” daha insan şəkli verilib, belə ki, ixtisas yaxud sosial rolu ilə deyil, var olmaqla müəyyən edilir. Həmçinin tarixi səbəblərə görə belə fərdlər yəhudilərə oxşatdıqları bürokratlara, siyasətçilərə nisbətən “qara adam” funksiyasını öz üzərilərinə götürməyə daha artıq uyğunlaşıblar.
Görünür, yəhudilərin qeyri-adiliyi cəmiyyətin yadlaşmasının öhdəsindən gəlmək üçün ən rahat formul olmuşdur. Baş verən bütün bəlalarda yəhudiləri günahkar bilmək hərtərəfli və tez işıqlandırmağa imkan verən, reallığın qaranlıq tərəflərini izah etməyə kömək edən projektor kimidir. Antiyəhudi fantaziyalar real təcrübəyə nə qədər az uyğun gəlirsə, necə deyərlər, həqiqətin çirkabından nə qədər çox qorunub saxlanılırlarsa, stereotiplərin ətalətinə görə çətinləşən təcrübənin dialektiki səbəbindən yaranmış maneələrə daha az uğrayırlar. Antisemitizm intellektual tarazlığın əldə edilməsinə, antikateksisin və dəyişikliklərə qarşı səylərin qurulmasına kömək edən universal vasitədir.
Çemberlendən Rozenberqə və Hitlerə qədər nəzəriyyəçi-antisemitlər və təşviqatçıların hamısı yəhudilərin mövcud hər problemə açar olmasını iddia edirdilər. Bu təsəvvürün həyata tətbiqi faşizmə meylli fərdlərin söhbətlərindən yaranır. Onların nisbətən çox və ya az işarə etmələri bəzən özünəməxsus qatı fəxri büruzə verir, onlar bu haqda indiyə qədər cəmiyyətdə cavabı açılmamış tapmacanı tapmış kimi danışırlar (bununla belə, bu tapmacanın artıq neçə dəfə açılmasının fərqi yoxdur).
Onlar hərdənbir lovğa-lovğa üstünülüklərini bildirən təbəssümlə sözün əsl mənasında barmaqlarını qaldırırlar; hər şeyə cavab verməyə hazırdırlar, həmsöhbətlərinin qarşısında isə onların baxışlarını dəyişməyə məcbur edə biləcək bütün əlaqələri qırmış vəziyyətdə dayanırlar. Ola bilsin ki, bu özünə əminlik hiss etməyən insanları cəzb edən əminliyin bu tipidir. Məhz öz səriştəsizliyi, özünü itirməsi yaxud özündən xəbərdar olmaması ilə antisemit fərd dərin biliklərə malik müdrik adı qazanır. Onun stereotiplərə haqqındakı kobud təsvirləri nə qədər primitivdirsə, o qədər çox səs toplayır. Çünki, onlar bu kiçiltmənin məntiqinin necəliyini nəzərə almayaraq, mürəkkəb məsələni çox sadə kimi göstərirlər. Amma bu yolla əldə edilmiş üstünlük intellektual səviyyədə qurtarmır. Bu şablon və yanlış düşüncə öz qrupunu yaxşı, yad qrupu isə СКАЧАТЬ
15
Psychopath. Başqa insanların hisslərini əhəmiyyət verməyən və adətən də çox təhlükəli və şiddətli olan ruhi xəstə (tərc.)
16
“Personality as revealed through clinical interviews” A.R., II hissəyə bax.