Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə
Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə страница 5

Название: Seçilmiş əsərləri

Автор: Cəlil Məmmədquluzadə

Издательство: ЖекаПринт

Жанр:

Серия:

isbn: 978-9952-8252-1-3

isbn:

СКАЧАТЬ gətirmişəm qazı ağaya. Bir xeyir işimiz var onda, bu da ağız şirinliyidir.

      Qoca kişi gəldiyi yol ilə qayıtdı getdi. Bir neçə dəqiqədən sonra cavan oğlan dar yoldan çıxıb, əli ilə Xudayara işarə elədi gəlsin. Xudayar bəy oğlanın dalınca dar yol ilə gedib, girdi qəhvəxanaya və başmaqlarını çıxardıb, oğlanın dalısınca girdi qazının otağına.

      Xudayar bəy içəri girən kimi belə döyükdü ki, salamı da yadından çıxardı. O çox təəccüb elədi ki, həmin gördüyü qoca kişi əyləşib yuxarı başda döşəyin üstə. Söz yox, əlüstü başa düşdü ki, qoca kişi elə qazının özüdür. Qazı çoxdan duymuşdu ki, bu kişi xam düşübdür. Bu səbəbə nəinki Xudayar bəyin salam verməməsindən rəncidə olmadı, hələ bəlkə özü ayağa durub salam verib, bəyə yuxarı başda yer görsətdi.

      Xudayar bəy dübarə salam verib, keçdi yuxarı başa və oturub qəndi qoydu yerə.

      Qazının otağı yekə, uca və ağ otaqdı. Bu otağın otuz yeddi taxça və tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara düzülübdür bir neçə samovar, sandıqca, qəlyan, dörd-beş kəllə rus qəndi və xırdavat şeylərdən. Beş-on taxça doludur boxça və paltarnan. İki taxça dolu idi kitab ilə. Fərşə salınıb pürbaha qalı və qalçalar12.

      Otağın yuxarı başında qoyulub üç iri dəmir sandıq. Sandıqların üstə adam boyuca qalanıbdı çox qalça, keçə, kilim və palaz. Bir tərəfdən çadirşəbə bükülü qoyulub cərgə ilə dörd-beş dəst yorğan-döşək.

      Qazı məxmər döşək üstə oturub dayanmışdı cüt yastığa.

      Elə ki, Xudayar bəy qəndi çıxardıb qoydu yerə, qazı gülə-gülə üzün tutub Xudayar bəyə dedi:

      – Bəy, bu qənd nədi, bu nə işdi?

      Xudayar bəy gülə-gülə cavab verdi:

      – Qazı ağa, bir xeyir işimiz var. Bu qəndi gətirdim ağız şirinliyi olsun.

      – Ay şirin kam olasan, mənim qardaşım. Yəqin ki, kəbin kəsdirəcəksən.

      – Xeyr, qazı ağa, kəbin deyil, siğədir.

      – Nə eybi var, siğə dəxi yaxşı… Çox gözəl, çox gözəl. Allah mübarək eləsin. Siğəni sən özün eləyirsən, ya özgəsi eləyir?

      – Xeyr, qazı ağa, özüm eləyirəm əgər iş düzəlsə.

      Qazı üzünü qapıya səmt tutub, nökərini çağırıb ona buyurdu ki, qəndi ortalıqdan götürsün, qəlyan doldursun və çay gətirsin. Sonra genə üzünü tutdu Xudayar bəyə:

      – Necə buyurdun, iş düzəlsə?

      – Bəli, qazı ağa, əgər işi bir tövrnən yoluna qoysanız, biz sizə duaçı olarıq.

      – Dəxi nə tövrü var ki! Siğədi, oxuyuram qurtarıb gedər da.

      – Yaxşı buyurursan, qazı ağa, amma lazımdı ki, övrət tərəfindən bir vəkil olsun.

      – Əlbəttə, mən demirəm ki, vəkil olmasın. Vəkil də gərək olsun, şahıd da gərək olsun. Vəkilsiz, şahıdsız siğə oxunmaz ki.

      Xudayar başını saldı aşağı, bir qədər fikir eləyib cavab verdi:

      – Bəli, belədi.

      Qazı dübarə üzünü tutdu Xudayar bəyə:

      – Pəs hanı sənin vəkilin və şahıdların?

      – Hələ ki, nə vəkil var, nə şahıd. Görək necə olacaq.

      Qazı çox təəccüb elədi:

      – Bə sənin nə vəkilin var, nə şahıdın var, haradan mən siğə oxuyacağam?

      – Bəli, belədi, qazı ağa, belədi.

      – Vallah, mən sənin sözlərindən baş açanmıram. Əgər siğə oxutmaq istəyirsən, gərək övrət tərəfindən vəkil gələ, mən də siğəni oxuyam. Əgər vəkillər və şahıdlar burda deyil, qalsın sonraya. Onlar da gəlsin, o vaxt siğə oxuyum. Ya xeyr, burda özgə bir maneçilik var, ta orasını da özün bilərsən.

      Xudayar bəy qazının sözlərindən sonra bir qədər də xamuş olub və sonra dikəlib və qapıya səmt baxıb alçaq səs ilə dedi:

      – Doğrudan doğrusu, qazı ağa, mənim bir mətləbim var. Allahdan gizlin deyil, dəxi səndən niyə gizlin olsun.

      – De, de görək. Əlbəttə, məndən dəxi niyə gizlədəsən?!

      Qapı açıldı, cavan oğlan padnos içində iki stəkan çay gətirib, birini qoydu qazının və birini də Xudayar bəyin qabağına. Qazı oğlana işarə elədi durmasın otaqda. Oğlan çıxıb gedəndən sonra Xudayar bəy alçaq səs ilə başladı:

      – Qazı ağa, sözün əsli budur ki, bizim Danabaş kəndində bir dul övrət var. Mənim çoxdandı fikrimdədi onu siğə eləyim; amma övrət gəlmir. Bilmirəm ürküdürlər, ya nədi. Deyir getmərəm ki, getmərəm. İndi qalmışam belə. Sizin qulluğunuza gəlməkdə qəsdim bu idi ki, bu ərzimi sizə yetirim, görüm siz nə buyurursunuz. Bu əmrə bəlkə bir çarə tapasınız.

      Bu heyndə haman qız uşağı başını qapıdan soxdu içəri və dedi:

      – Dədə, anam burdadı?

      Qazı qızın üstünə çığıran kimi qız rədd oldu. Sonra cavan oğlan qəlyanı gətirib qoydu qazının qabağına. Oğlan istədi dursun, qazı getməyi işarə elədi. Qazı qəlyanı damağına salıb, üzünü tutdu qonağa.

      – İndi pəs nə tövr deyirsən eləyək?

      – Başına dönüm, qazı ağa, hər necə olmuş-olsa, gərək düzəldəsən bu işi.

      Qazı qəlyana bir bərk qüllab vurub, başını bulaya-bulaya deyir:

      – Bəli, gətdiyin iki girvənkə qənddir, zornan övrəti gətirib qatarıq sənin qoynuna. Get, ay həpənd!

      Xudayar bəy qazının sözünün cavabına bir qədər dikəlib və sağ əlinin şəhadət barmağını yuxarı qalxızıb dedi:

      – Bax, ey qazı ağa, and olsun o bizi yaradan Allaha, sən əgər mənim bu işimi aşırsan, mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyəm.

      – Bəradərim, mənə sənin başın lazım deyil, Allah sənin başını səlamət eləsin. Mənə bu lazımdır, bax bu.

      Qazı bu sözləri deyəndə sağ əlini də yerdən böyük СКАЧАТЬ



<p>12</p>

Xalı və xalçalar