Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə
Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə страница 2

Название: Seçilmiş əsərləri

Автор: Cəlil Məmmədquluzadə

Издательство: ЖекаПринт

Жанр:

Серия:

isbn: 978-9952-8252-1-3

isbn:

СКАЧАТЬ deyərəm iki il olar ki, biz tapışmışıq. Əhvalat bu cür oldu: bir günləri bir neçə top çit qoltuğuma vurub getdim Sadığın dükanına. O vədə bizim aramızda bir elə rəfiqlik yox idi. Bir qədər oturdum. Sadıq bir çubuq doldurdu verdi, mən başladım çəkməyi. Dükanda qeyri bir şəxs yox idi. Mən çubuğu çəkməyə məşğul oldum. Sadıq da, söz yox, başladı söhbəti. Mənə onun söhbəti həmişə xoş gəlirdi, necə ki, qabaqca ərz etdim qulluğunuza; amma bu dəfə mən bu kişiyə lap aşiq oldum. Bu dəfə mənim rəfiqim bir elə şirin əhvalat başladı ki, mən deyərəm bəlkə iyirmi, otuz müştəri dükana girdi və boş çıxdı. Hər gələnə deyirdik ki, sən istəyən şey dükanda yoxdu. Dedi, dedi, dedi, axırı bir yerdə dayandı. Bir diqqətnən baxdı mənim üzümə, bir ah çəkdi və dedi:

      – Xəlil əmoğlu, mənim bir arzum var.

      Dedim:

      – Qardaşım, nədi arzun?

      Dedi:

      – Əmoğlu, mən artıq əfsus eləyirəm ki, biz ölüb gedəcəyik, amma bu gözəl əhvalatlar yaddan çıxacaqlar.

      Dedim:

      – Əmoğlu, heç ürəyini sıxma, mən əhvalatları götürərəm yazıya və bir kitab bağlayıb adını qoyaram “Danabaş …” Biz ölüb gedərik, mən vəsiyyət elərəm ki, mən öləndə məni nə Kərbəlaya aparsınlar, nə də mənə ehsan versinlər; çünki əgər mən Allah-taalanın xoşbəxt bəndələrindənəm, ehsansız da elə axirətdə üzüm ağ olacaq, yoxsa günahkar bəndəyəm, nə ehsan kömək edər, nə qeyri bir şey. Mən vəsiyyət edərəm ki, var-yoxumu satıb pul eləsinlər və yazdığım əhvalatları versinlər çapa və kitabları müftə paylasınlar ona-buna.

      Bu sözləri mən dedim qurtardım və Sadıq cəld yerindən durub gəldi və məni bərk qucaqladı, o üzümdən, bu üzümdən öpdü və ağlaya-ağlaya dedi:

      – Əmoğlu, mənim arzum məhz bu idi. Bunu sən əmələ gətirdin, Allah səni hər iki dünyada həsrət qoymasın.

      Pəs, mənim əzizlərim, bu cür oldu bizim rəfiq olmağımız. Sonra hər nə Sadığın fikrinə gələrdi, hər bir yaxşı xəbərlər, əhvalatlar eşidərdi, ya qeyri bir mətləb yadına düşərdi əlüstü gəlib məni tapardı. Mən çıxardardım dəftəri, götürərdim qələmi və yazardım. Çünki bu dəftər həmişə mənim qoltuq cibimdə olardı və çünki mənim peşəm həməvəqt kəndləri dolanmaqdı, mən hər bir xoş vaxtda dəftəri çıxardıb başlardım oxumağı.

      Bir övqat6 çox şirin tutdu. Hər yanda məni görçək çağırıb qonaq aparardılar. Məhz ondan ötrü ki, təzə bir əhvalat oxuyum. Əvvəl mənim adımı qoydular nağılçı; amma sonra gördülər ki, bu ad mənə yaraşmır. Xülaseyi-kəlam, mənim adım qaldı qəzetçi.

      Söz yox, mənim adımın qəzetçi olmağına bais yoldaşım olubdu, necə özünüz də görürsünüz və söz yox ki, mənə xoş gəlmir ki, atam-anam qoyduqları adımın yanına bir özgə ad qondaralar; amma mən genə ürəyimi sıxmıram. Qoy avam hər nə deyir-desin. Əksər ovqat avam yaxşıya deyir pis, pisə deyir yaxşı. Hələ bəlkə bir az gərək fəxr edək ki, avam bizim üstümüzə gülür.

      Dünyada hədsiz şəxslər avamdan gilaylı qalıblar. Biz də dağarcığımızı çəkirik çuvalların cərgəsinə.

Yazılıbdır Danabaş kəndində İrəvan quberniyasında, 1894-cü sənə.Lağlağı Sadıq və qəzetçi Xəlil

      EŞŞƏYİN İTMƏKLİYİ

      I

      Miladiyyə tarixinin min səkkiz yüz doxsan dördüncü ilində avqust ayının əvvəllərində Danabaş kəndində bir qəribə əhvalat olubdu. Əhvalat budu ki, Məhəmmədhəsən əminin eşşəyi oğurlanıb.

      Söz yox, o kəsin ki, bu əhvalatdan xəbəri yoxdu, mənim sözümə inanmayacaq; çünki doğrudan da eşşəyin itməkliyi bir elə təəccüblü şey deyil ki, bundan bir qəribə əhvalat çıxsın. Hər kənddə və hər şəhərdə gün olmaz ki, eşşək itməsin. Amma xeyr, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyinin özgə eşşəklərin itməkliyinə bir tük qədər də oxşarı yoxdu.

      Vallahi, billahi, Məhəmmədhəsən əminin eşşəyinin itməkliyi bir qəribə əhvalatdı ki, nağıl edim, siz də qulaq verib ləzzət aparasız.

      Əvvəl görək kimdi Məhəmmədhəsən əmi?

      Hər kəs Danabaş kəndini tanıyır, o yəqin Məhəmmədhəsən əmini də tanıyır; çünki Məhəmmədhəsən əmi kəndin sayılan şəxslərindən biridi. Məhəmmədhəsən əminin olar əlli dörd, əlli beş yaşı. Artıq olmaz. Hərçənd ki, saqqalı ağarıbdı, özü ki, and içir ki, əgər məni kasıblıq sıxmasaydı, heç kəs deməzdi ki, mənim sinnim qırxdan artıq ola. Elə yalan demir Məhəmmədhəsən əmi; çünki kişinin bu sinnində genə yanaqları qıpqırmızı qızarır.

      Məhəmmədhəsən əminin başına çox işlər gəlib. Əgər duraq hamısını nağıl eləməkliyə, çox uzun çəkər. Nələr gəlib Məhəmməd-həsən əminin başına, nə işlərə düçar olubdur!

      Vəssalam ki, ruzgar bu kişinin üzünə gülmüyübdü. Məhəmməd-həsən əmi olardı on-on iki yaşında ki, atası Hacı Rza vəfat elədi. İki il keçməmişdi anası öldü. Yaxşı dövlət qalmışdı mərhum atasından: neçə zəmilər, neçə ilxılar, nə qədər fərş, çoxluca pul. Amma çox heyif! Elə ki, Hacı Rza və övrəti öldülər, Məhəmmədhəsən əmi qaldı başsız-paraxsız. Əmiləri dövləti bir ilin içində dağıtdılar, axırda bir barmaq hesabı göstərdilər.

      Elə ki, Məhəmmədhəsən əmi özünü tanıdı, gözünü açdı, baxdı gördü qalıbdı lap lüt madərzad. Sonra bir qıznan sevişdi, həmin qızı aldı və bir neçə il gedib İrəvan tərəflərində qürbətlik çəkdi, bəlkə puldan-zaddan qazanıb gətirib əlində maya eləsin. Qərəz, tutmadı işi, əliboş kəndə qayıdıb üç-dörd eşşək alıb, başladı çarvadarlığı. Amma gəldikcə işi tənəzzül elədi. Axirüləmr gəldi tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı və bura bir-iki pud undan, buğdadan, tut qurusundan, iydədən düzüb, başladı sövdəni, ta ki, gəldi çatdı bu yaşa ki, indi biz görürük; külfəti də, söz yox, gəldikcə törədi.

      Pəs bir tövrnən indi Məhəmmədhəsən əmi başını girləndirir. Amma kasıb olanda nə olar, çox yaxşı adamdı Məhəmmədhəsən əmi. Doğrudan kişinin başı özünün deyil; kişi bu kasıblıq vaxtında heç zaddan müzayiqə eləməz. Birisi gedə deyə “Məhəmmədhəsən əmi, mənə üç-dörd manat pul lazımdı”, əgər özündə olsa, əlüstü çıxardıb verəcək, olmasa çalışacaq hər tövrnən olmuş-olsa, özgəsindən tapsın, sənin işini düzəltsin. Vaqeən çox yaxşı kişidi Məhəmmədhəsən əmi.

      Məhəmmədhəsən əmi dünya malına əsla və qəta talib deyil və lakin tək bircə arzusu var. СКАЧАТЬ



<p>6</p>

Vaxtlar, zaman