Bizim gözəl dilimiz. Эльдар Мамедов
Чтение книги онлайн.

Читать онлайн книгу Bizim gözəl dilimiz - Эльдар Мамедов страница 2

Название: Bizim gözəl dilimiz

Автор: Эльдар Мамедов

Издательство: ЖекаПринт

Жанр:

Серия:

isbn: 978-9952-4471-0-5

isbn:

СКАЧАТЬ gün səhər tezdən bütün tərcüməçiləri aviasiya məktəbi rəisinin qəbul otağına yığdılar. Rəis ağzı köpüklənə-köpüklənə dedi: “Siz nə üçün bizdən icazəsiz Moskvaya zəng etmisiniz?! Siz burada lazımsınız. Bu yaxınlarda təzə qruplar gələcəkdir. Qoy xaricə başqalarını gön-dərsinlər. Siz zabitsiniz, əmrə tabe olmalısınız. Gedin, işinizlə məşğul olun.”

      …Nəhayət, 1969-cu ilin iyun ayının axırlarında hamımızı Misirə göndərdilər. Bizi Qahirə aeroportunda gecə saat 4-də artıq iki il burada işləyən Zahid Hüseynov qarşıladı. Yoldaşlarımı Qahirədə və ona yaxın yerlərdəki hərbi hissələrə göndərdilər. Məni isə Süveyş kanalına – döyüşən 2-ci ordunun qərargahında artilleriya müşavirinin tərcüməçisi təyin etdilər. Ramiz Mürsəlov artıq bir il idi ki, burada ordu komandanının baş müşaviri general Bukatovun tərcüməçisi işləyirdi. Sovet hərbi müşavirləri, mütəxəssisləri və onların tərcüməçiləri də Misir əsgər və zabitləri kimi blindajlarda yaşayırdılar. Hər həftənin cümə axşamı günü nahardan sonra avtobusla Qahirəyə yollanırdıq. Şənbə günü səhər saat 6-da isə Qahirədən Süveyş kanalına qayıdırdıq. O vaxt Misirlə İsrail arasındakı müharibədə hələ atəşkəs yox idi. İsrailin hərbi təyyarələri Misirin Süveyş kanalı zonasındakı hərbi hissələrinin mövqelərini və hətta ölkənin içərisindəki mülki və hərbi obyektləri də bombardman edirdilər.

      2-ci ordunun qərargahında işləyən sovet mütəxəssisləri cəbhə xətti sayılan Süveyş kanalından təqribən 20 kilometr qərbdə yerləşən Təll-Kəbir şəhərinin yaxınlığındakı qospitalın ərazisində çiy kərpicdən tikilmiş və vaxtilə ingilis serjantları üçün nəzərdə tutulmuş birmərtəbəli evlərdə yaşayırdıq. 1970-ci il yanvarın 7-si gümə axşamı günü idi. Günorta saat 1-ə beş dəqiqə qalırdı. İşdən qayıtmışdıq. Nahar edib Qahirəyə istirahətə getməliydik. Tərcüməçisi olduğum polkovnik A.Y.Anisimov UAZ maşınını mənim yaşadığım evin 5-6 metrliyində olan şlaqbaumun yanında dayandırıb məndən sürücüyə gələn həftə üçün tapşırıqlarını tərcümə etməyi tələb etdi. Dedim ki, narahat olmayın, sonra özüm hər şeyi sürücüyə izah edərəm. Yaxşısı budur ki, indi tez yeməkxanaya gedək. Birinci növbədə – təmiz qab-qacaqda nahar edək, bir az geciksək, ikinci növbəyə qalacağıq. Yeməkxanada işləyən əsgərlərin ikinci növbə üçün qab-qacağı yaxşı təmizləməyə imkanları olmur. Rəisimin acığı tutub getdi. Mən isə öz otağıma girdim. Əsəbiləşmişdim. Dəftərçəmi dolabın üstünə atıb əsgər çarpayısına uzandım ki, bir az istirahət edim. Lakin yeməkxanada birinci növbədə nahar etmək fikri məni rahat qoymurdu. Tərs damarım tutmuşdu, tez qalxıb arxa qapıdan çıxdım. Elə bu vaxt İsrail təyyarələri qospitalı və hərbi hissəni bombardman etməyə başladılar. Mən partlayış səsini eşidib tez yerə uzandım.

      İsrail təyyarələrindən biri o qədər alçaqdan uçurdu ki, hətta təyyarəçinin sifətini lap aydın gördüm. Raketlərdən biri cəmisi bir neçə dəqiqə bundan əvvəl maşınımızın dayandığı yerə düşmüşdü. Mənim otağım və cəmisi bir neçə addımlıqda – şlaqbaumla üzbəüzdə yerləşən mühafizəçilərin ofisi darmadağın olmuşdu. Uzandığım yerdə burnumdan bir qarış aralıda əl boyda bir qəlpə gördüm. Onu xatirə olaraq saxlamaq üçün götürmək istədim. Qəlpə çox isti olduğundan əlimi yandırdı. Tez yerə atdım. Qalxıb yeməkxanaya getdim. Polkovnik Anisimov məni görüb üzrxahlıq etdi: “Əgər mən həmin yerdə sürücüyə tapşırıq verməyə başlasaydım və sən də dediklərimi tərcümə etsəydin, indi biz burada görüşə bilməzdik. Mən sağ qalmağıma görə sənə minnətdaram…” Bir azdan xəbər çıxdı ki, polkovnik N.İ.Kalçenko yoxdur. Məlum oldu ki, o məni axtarırmış. Məndən soruşdular. Dedim ki, mən onu dünəndən bəri görməmişəm. Axtardılar və onun meyitini mənim darmadağın olmuş otağımın kərpiclərinin altından çıxartdılar. Deməyəsən, həmin gün Kalçenkonun ad günüymüş. Lakin general onu qarnizonda növbətçi təyin edibmiş. O da Qahirəyə arvadına telefonla zəng edib bu gün gələ bilməyəcəyini bildirmək üçün mənim yanıma gəlirmiş. Mühafizəçilərin ofisində telefonla tərcüməçisiz danışmaq mümkün deyildi. Deyəsən, mən arxa qapıdan çıxanda o da əsas qapıdan içəri giribmiş…

      Təhlükəsizlik baxımından ordu qərargahında işləyən sovet hərbi müşavirləri və mütəxəssislərini cəbhə xəttindən – Süveyş kanalından nisbətən uzaqda yerləşdirməyi qərara aldılar. Bizi Süveyş kanalından təqribən 60 kilometr qərbdə yerləşən Cəfəriyyə kəndində ikimər-təbəli bir binaya yerləşdirdilər. Bir həftə burada yaşadıq və cümə axşamı günü nahardan sonra Qahirəyə yollandıq. Şənbə günü Qahirədən qayıdanda siçovulların döşəklərimizin pambığını atıq-atıq etdiklərini gördük. Bir neçə gündən sonra hamımızı cəbhəyə yaxın olan Əl-Qassasin kəndinin portağal plantasiyasının ərazisindəki blindajlara köçürdülər.

      O vaxtlar Qahirədə 20 nəfərdən çox azərbaycanlı hərbi tərcüməçi işləyirdi. Bizdən 5-6 nəfər cümə günü Baş Qərargahda tərcüməçi işləyən Zahid Hüseynovun qaldığı mənzilə yığışırdıq, axşam isə kinoya gedirdik. Yanvarın 7-də axşam bir yerə yığışanda bombardmana düşdüyümü və polkovnik Kalçenkonun həlak olduğunu danışdım. Zarafatla dedilər ki, gələn dəfə həmin yerdən uzaqda dayanarsan. Üç həftədən sonra yanvarın 28-də Qahirəyə gələndə tərcüməçi yoldaşlarımın bir yerə yığışdıqlarını gördüm. Gözləri yaşlı idi. Məlum oldu ki, İsrail təyyarələri Qahirədən cənubda yerləşən Dəhşurdakı hərbi hissəni bombardman ediblər. İsrail təyyarəsindən buraxılan raket sovet və Misir zabitlərinin müşavirəsi keçirilən bunkeri darmadağın edib. Tərcüməçi Ziyəddin Yusifov, üç sovet polkovniki və çoxlu misirli zabit həlak olub. Bundan sonra bir daha taleyimdən şikayətlənməməyi qərara aldım. Mən hər gün bombardmana məruz qalan döyüş bölgəsində işlədiyim halda salamat qal-mışdım. Ziyəddin isə Süveyş kanalından təqribən 200 kilometr uzaqlıqda yerləşən Dəhşurda, özü də İsrail təyyarələrinin cəmisi bir dəfə hücum etməsi nəticəsində həlak olmuşdu.

      Artıq bir il idi ki, döyüş bölgəsində işləyirdim. Ordu komandanının yeni baş müşaviri general B.N.Dzotsiyev məni özünə tərcüməçi götürdü. Doğrusu, istəmirdim. Hər bir tərcüməçi bir il döyüş bölgəsində işlədikdən sonra onu Qahirəyə keçirirdilər. Hiss edirdim ki, general məni buraxmayacaq. Elə də oldu. General Dzotsiyev mənim Qahirəyə keçirilmək məsələm ortaya qoyulanda qətiyyətlə bildirdi ki, o, başqa tərcüməçi ilə işləmək istəmir. Buna görə də mənim məsələmi gündəlikdən çıxartdılar. 1972-ci il avqustun 5-dək Süveyş kanalı zonasında işlədim. Misirli zabitlərlə bir yeməkxanada qidalanırdıq. Yediyimiz düyü, mərcimək şorbası, qayğanaq və quru çörək idi. Şam yeməyində yeməkxanada işıq yandırmırdılar: İsrail təyyarəçiləri işıq gələn yerləri bombardman edirdilər.

      1972-ci ilin may ayında Misir ilə SSRİ arasındakı münasibətlərdə müəyyən gərginlik yaranmışdı. Bu barədə öz fikrimi açıqlamaq niyyətində deyiləm. Bu iki dövlətin arasındakı razılaşmaya əsasən 1972-ci il iyul ayının 25-dən başlayaraq Misirdəki sovet hərbi müşavirlərinin və mütəxəssislərinin təcili olaraq ölkədən çıxarılmasına başlandı. Hər gün Qahirə hərbi СКАЧАТЬ