Oseola-seminolların başçısı. Джеймс Фенимор Купер
Чтение книги онлайн.

Читать онлайн книгу Oseola-seminolların başçısı - Джеймс Фенимор Купер страница 6

Название: Oseola-seminolların başçısı

Автор: Джеймс Фенимор Купер

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241808 

isbn:

СКАЧАТЬ çox şeyi soruşub öyrənmək istərdim, ancaq bizim uşaq sadəlövhlüyümüz çəkilib getmişdi. Biz keçmiş barədə, daha doğrusu, adada olan gəzintilər və görüşlər barəsində heç vaxt söz açmırdıq.

      Biz dörd nəfər idik və qəribəsi odur ki, mən ancaq öz sevgim barədə bilirdim. Gənc hindunun bacıma hansı nəzərlərlə baxdığını bilmirdim. Öz sevgimə qapılmışdım. Arzularımda sevildiyimi xəyal edirdim. Amma ola bilsin ki, Mayumi məni heç sevmirdi də.

* * *

      Beş il keçdi və mənim təhsilim başa çatdı. Son imtahanlardan da uğurla çıxaraq fərqlənmə diplomu aldım. Mənim hansı qoşunda olacağımı seçmək hüququm oldu və mən piyada qoşunlarını seçdim. Leytenant rütbəsi almağım haqqında xəbər qəzetlərdə dərc edildi.

      Bacım da qadın məktəbindəki kursu fərqlənmə ilə bitirdi. Biz evə birlikdə getdik.

      Atam bizi qarşılamadı, təkcə dul qalmış anam gəlişimizi göz yaşı ilə müjdələdi.

      Seminollar

      Mən Floridaya qayıdan zaman vətənimin başı üzərini qara buludlar almışdı. İlk hərbi sınağım da doğma yuvanın müdafiəsi oldu.

      Hindulara öz torpaqlarında rahat yaşamaq qismət deyilmiş. Ağ macəra axtaranlar gəldilər və hinduların sərhədləri yaxınlığında köç saldılar. Qiymətli hindu torpağını görən kimi onlarda bu yerlərə malik olmaq istəyi baş qaldırdı. Ağlarla hindular arasında sülh içində yaşayacaqları barədə müqavilə olsa da, ağlar müqaviləni ləğv etmək qərarına gəldilər. Lakin ağlar bu müqaviləni birdən-birə poza bilməzdilər. Hinduları öz yurdundan çıxarmaq üçün onlara səbəb gərək idi. Hinduların tənbəl olması və öz torpaqlarını əkib-becərməməsi kimi boş səbəblər artıq işə yaramırdı. Ona görə də hinduların azğınlıqları barədə şa-yiələr hər tərəfə yayıldı: mal-qaranın oğurlanması, plantasiyaların dağıdılması, qətl və qarətlərin törədilməsi kimi bəd əməllər guya “vəhşi seminol tayfalarının” işləri imiş.

      Ağların “qırmızıdərili vəhşilər” adlandırdıqları seminollar, əslində, inkişaf etmiş sayılan insanlardan daha ədalətli idilər. Ancaq onları indi öz doğma torpaqlarından qovub çıxarmaq istəyirdilər.

      Ölkədə tez bir zamanda seminollara qarşı düşmənçilik duyğuları alovlandı. Hamı düşünürdü ki, hinduların torpaq hüquqlarını ləğv etmək, onları sürgün etmək elə də çətin deyil. Ancaq bütün bunlara müqavilə mane olurdu. Ona görə də ondan yaxa qurtarmaq lazım idi.

      Zirək prezident agentinin məsləhəti ilə ağlar qərara gəldilər ki, hindu başçılarını pul və “odlu su”* vasitəsilə ələ alıb onlara yeni müqavilə imzalatsınlar. Bu cür də etdilər. 1832-ci il mayın 9-da seminolların başçıları tam heyətdə Oklavaha çayının sahilində bir araya gəldilər və dədə-baba torpaqlarını ağlara verdilər!

      Lakin bu, qəzetlər yaydığı xəbər idi. Əslində, seminolların heç də bütün başçıları müqaviləyə imza atmamışdılar və tezliklə onların böyük hissəsinin müqavilənin şərtlərini qəbul etmədiyi məlum oldu. Başçıların çoxu ona qol çəkdiklərini dandı. Yalnız ən qüdrətli qəbilə başçıları – Omatla qardaşları, Qara Gil və Böyük Döyüşçü bu sənədə imza atdıqlarını açıq şəkildə bəyan etdilər.

      Amerikalılar hindularla savaş baş verərsə, qalib gələcəklərinə əmin idilər. Bu savaşda zəfərin çox rahatlıqla əldə olunacağına heç kim şübhə etmirdi. Heç kim hinduların savaşmaq istəyəcəyinə inanmırdı.

      Lakin hindular arasında öz torpağını sevənlər çox idi. Onlar arasında həmin dövrdə ad çıxarmış biri vardı ki, onun adına qəzetlərdə tez-tez rast gəlinirdi. O, köçürmənin qızğın əleyhdarlarından idi. Biz – Uest-Poynt kadetləri bu gənc oğlana valeh olmuşduq. Qəhrəmana xas olan bütün keyfiyyətləri ona aid etmək olardı. Deyilənə görə, onun nəcib görkəmi vardı, cəsur, yaraşıqlı, ağıllı biri idi…

      Ağların qarşısına çıxa biləcək hindu qəhrəmanı məhz bu gənc başçı oldu. Onun adı Oseola idi.

      Sərhəddə ədalət məhkəməsi

      Gəlişimdən bir neçə gün sonra mən Kinq fortuna12 yollanmaq barədə əmr aldım. Seminolların işləri üzrə idarə və Florida ordusunun baş qərargahı burada yerləşirdi. Ordunun komandanı general Klinç idi və məni onun qərargahına ezam etmişdilər.

      Ailəmdən ayrılıb getmək mənim üçün çətin olsa da, getməliydim. Getməsəydim, məni satqın və qorxaq kimi ləkələyərdilər. Evdən könülsüz ayrılmağımın digər səbəbini izah etməyə ehtiyac yoxdur. Qayıtdığım zamandan bəri ecazkar yaşıl adadan gözümü çəkə bilmirdim. Mən Mayumini unutmamışdım…

      Anam və bacımla vidalaşaraq yola düşdüm. Kinq fortuna birgünlük yol vardı. Məni Qara Cek müşayiət edirdi.

      Mən Mayuminin yaşadığı yerə getmək istəyəndə Cek dedi:

      – Massa13 Corc, sizə nə olub? Axı biz tamam başqa yolla gedirik.

      – Bilirəm, Cek. Ancaq mən bir anlığa xanım Pauelə baş çəkmək istəyirdim.

      – Aman Tanrı! Massa Corc, siz, doğrudanmı, heç nə eşitməmisiniz?

      – Nə haqda?

      – Artıq iki ildir ki, Pauellər burada yaşamır.

      – Bəs onlar hara gediblər?

      – Heç kim bilmir.

      – Bəs indi burada kim olur?

      – Heç kim. Ev boşdur.

      – Axı xanım Pauel buradan niyə gedib?

      – Uzun əhvalatdır… Massa Corc, siz, doğrudanmı, heç nə eşitməmisiniz?

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через СКАЧАТЬ



<p>12</p>

Kinq fortu − Amerika ordusunun döyüşlərində fərqlənən bir döyüşçünün şərəfinə belə adlandırılıb

<p>13</p>

Massa − “mister”in qısaldılmış forması