Название: Oseola-seminolların başçısı
Автор: Джеймс Фенимор Купер
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241808
isbn:
Hər şey bəlli idi, günah sübuta yetirilmişdi. Mulat sahiblərinin həyatına qəsd etmişdi. Deməli, ölüm cəzasına layiq idi. Əksəriyyət canini diri-diri yandırmaq təklifini bəyəndi. Bu amansız qərara hakim də qoşuldu.
Atam hökmü yüngülləşdirməyi – heç olmasa, cinayətkara əzab verməməyi xahiş etdi. Ancaq hakimlər öz qərarlarında qəti idilər. Belə olduqda atam edamda iştirak etməkdən boyun qaçırdı. Bizim ailəmizdən bircə mən camaatın arxasınca gedirdim. Mulat məni gördü və məni yaralaması ilə öyünməyə başladı.
Edam yerinə yaxınlaşdıqda izdihamın arasından gülüş və zarafat səsləri eşidilir, kölələrə qarşı nifrət sədaları yüksəlirdi. Öz ailəsinin ən pis xüsusiyyətlərini irsən əxz edən azğın, amansız yeniyetmə Rinqold bu işdə xüsusi canfəşanlıq edirdi.
Onun bacımdan xoşu gəldiyini bilirdim. Atası qəsəbənin ən varlı plantatoru10 idi və Rinqold özünü hər yerdə istəkli qonaq sayırdı. O, nə qəşəngliyi, nə də nəcibliyi ilə fərqlənirdi. Rinqoldun xasiyyəti xoşuma gəlmirdi. Amma evdə onu gülərüzlə qarşılayırdılar. Gözlərimizin qızıl parıltısından qamaşması adi bir haldır…
Rinqold mulatın öldürülməsini inadla tələb edənlərdən idi. Bu onun nə qədər qəddar olduğunu göstərirdi.
Gənc metis Pauel də burada idi. O, izdihamın arasında olsa da, heç nədə iştirak etmirdi. Rinqold hindunu görən kimi üzündə qəribə bir ifadə yarandı. Bu, minnətdarlıq duyğusu deyildi, əksinə, onun dodağında həqarətli bir təbəssüm oynadı.
– Ey! Qırmızıdərili! – o qışqırdı. – Sən bu işə qol qoymamısan ki? Eşidirsən, qırmızıdərili, səninləyəm!
– Mənə qırmızıdərili deyirsən? – metis ona sataşana məğrur bir baxış fırladaraq hiddətlə səsləndi. – Hər halda, mənim dərimin rəngi sizinkindən yaxşıdır, qorxaq müqəvva!
– Təkrar et, görüm nə dedin!
– Meyliniz çəkirsə, buyurun: qorxaq müqəvva! – metis son sözləri xüsusi vurğuyla dedi.
Bu an Rinqold ona atəş açdı, ancaq güllə yan keçdi. Rəqiblər əlbəyaxa oldular və metis onu yerə yıxdı. Metisin əlində bıçaq parladı və kimsə bıçağı vurub onun əlindən yerə salmasaydı, Rinqold o biri dünyaya yollanacaqdı. Meydandakılar onları bir-birindən ayırdılar.
Birdən kimsə qışqırdı:
– Sarı Cek qaçdı!
Mulat, həqiqətən də, qaçmışdı. Pauelin əlindən kiminsə vurub saldığı bıçaq onun ayaqları yanına düşmüş, o isə bundan məharətlə istifadə edərək ipləri kəsmişdi.
Onun ardınca tapança və tüfənglərdən atəş açılsa da, tüstü çəkiləndə biz mulatın göldə üzdüyünü gördük. Ona tərəf yenə də güllə atılırdı, ancaq güllələrdən heç biri ona çatmırdı.
Mulatın suya atılmasının səbəbi aydın idi. Əgər o, çöllüklə qaçmağa cəhd etsəydi, ya itlərin qənimətinə çevriləcək, ya da daha cəld qaçanlar tərəfindən yaxalanacaqdı. Suda isə onunla bəhsə girə bilənlərin sayı çox deyildi.
Amma yenə də adamlar onu təqib etməkdən əl çəkmirdilər. Lakin nə seyrçilər, nə izləyənlər təqibin nə ilə bitəcəyini ağıllarına belə gətirmirdilər. Heç mulat özü də onu necə qorxunc təhlükənin gözlədiyini xəyal etmirdi. Adanın sahilindəki ağacların kölgəsi artıq onun üzərinə düşürdü və biz onun hər an meşəyə girərək gözdən itəcəyini güman edirdik. Amma o, birdən kəskin şəkildə döndü və sahilboyu üzdü. Biz onun nədən belə etdiyini anlamadıq. O, sahilə çıxmaq istəsəydi, ağac budağından tutub çıxardı. Ancaq bizim çaşqınlığımıza tezliklə son qoyuldu: sən demə, suda üzən tutqun cisim heç də ağac gövdəsi deyil, alliqator imiş. Bu mənzərə qarşısında hamı tutulub qaldı. Yalnız mulat öz həyatını qurtarmaq məqsədilə bütün gücünü sərf edərək üzürdü.
Həmin an mən mulatın cinayətlərini unutmuşdum – az qala ona ürəyim yanırdı. O, ağac budağından yapışaraq sudan çıxmağa və alliqatordan canını qurtarmağa çalışırdı. Lakin insan çəkisinə tab gətirməyən budaq sındı. Mulat, arxasınca da alliqator cəhəngi aralanmış şəkildə suyun dibinə getdilər.
Biz nəfəsimizi qısaraq bu səhnəni izləyirdik. Sudakı ən kiçik ləpə belə gözümüzdən yayınmırdı. Onun dərinliklərində nə adamdan, nə də yırtıcıdan əsər-əlamət görünürdü. Tezliklə gölün səthi hamar və sakit bir şəkil aldı.
Adamlar bütün adanı axtardılar, ancaq mulatın heç bir izinə rast gəlinmədi. Əvəzində suda qırmızı köpük tapdılar və bunun mulatın qanı olduğunu qət etdilər.
Rinqoldun qisası
Mulatın ölümü dəhşətli olsa da, insanların ona kəsdikləri cəza daha dəhşətli idi. Göylər cəzanı yüngülləşdirərək ona qarşı yerli hakimlərdən daha mərhəmətli oldu.
Camaat dağılışanda mən hindunu axtarmağa başladım. Amma o, deyəsən, getmişdi. Rinqold kinli adam idi. Onun qisas almaq istəyinə düşəcəyini bilirdim. Düşündüm ki, Rinqolda onun davranışını təqdir etmədiyimi deyim. Lakin onu tapa bilmədikdə qoca Hikmenə yaxınlaşıb:
– Siz Arens Rinqoldu görməmisiniz? – soruşdum.
– Elə indicə getdi.
– Hansı istiqamətdə?
– Çayla üzüyuxarı. Bill Uilyams və Ned Spenslə.
– Atınızı mənə bircə saatlığa verərsinizmi?
– Yabımı? Məmnuniyyətlə! İstəyirsinizsə, bir günlüyə götürün. Ancaq siz yaralı əlinizlə necə gedəcəksiniz?
– Eyib etməz! Bircə yəhərə minməyimə yardım edin.
Onların hindunun ardınca pis niyyətlə çapdıqlarını təxmin edirdim. Çaya yaxınlaşdıqda təxminlərimin əsassız olmadığına əmin oldum. Pauelin üstündə silah olmadığı üçün üç nəfərə müqavimət göstərə bilməmişdi. Onlarsa onun köynəyini çıxarıb özünü ağaca sarımışdılar. Öz yığılıb qalmış qəzəblərini boşaltmaq üçün onlar onun çılpaq kürəyini qamçılamağa hazırlaşırdılar.
– Utanın, Arens Rinqold! – qışqıraraq onlara yaxınlaşdım. – Xəcalət çəkin! Bu, əclaflıqdır.
– Lənətə gəlmiş hindu buna layiqdir! – Uilyams mızıldandı.
– Nəyə görə, mister СКАЧАТЬ
10
Plantator − böyük torpaq sahələri və qulları olan adam