Название: Oseola-seminolların başçısı
Автор: Джеймс Фенимор Купер
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241808
isbn:
Qəfildən kimsə nohura tullandı. Onun uzun qara saçları və qarabuğdayı çöhrəsi vardı. O bizə yaxınlaşırdı. Bir kəlmə də demədən bu adam bir əlini alliqatorun çiyninə söykəyib onun belinə tullandı. Oğlanın əlində bıçaq parladı və onun tiyəsi alliqatorun gözünə sancıldı. Yırtıcı bacımı buraxaraq ağrıdan nərildədi və belindəki oğlanla suyun dibinə cumdu. Mənsə sahilə çıxaraq huşunu itirmiş Virciniyanı otların üstünə uzatdım.
Metis8
Hadisədən xəbər tutan kimi hamı özünü nohura yetirdi. Nəfəsi kəsilmiş alliqator sahilə çıxarıldı. Hamı alliqatorun çaydan gəlib nohura necə girdiyini düşünürdü. Yaramaz Sarə Cekin heç ağlına da gəlmirdi ki, onun sirri faş olub! Onun yaramazlığından yalnız mənim xəbərdar olduğumu düşünsəm də, bu belə deyildi.
Biz hamımız bacımı xilas eləyən oğlana təşəkkür edirdik. Virciniya da özünə gəlib ona minnətdarlığını bildirdi. Amma o susurdu. Yaşına görə hələ uşaq olsa da, özünü kişitək ciddi tuturdu.
Qartal burnu ona məxsusi bir yaraşıq verir, ağ irqin qan qarışığı isə onun sifət cizgilərini bir qədər mülayimləşdirirdi. Qara saçları hindularda olduğundan daha qəşəng idi. Əynində qırmızı mahuddan şalvar, ala-bəzək parçadan köynək vardı. Mokasinləri9 aşılanmış maral dərisindən idi. Başında isə üç kərkəs lələyi ilə bəzədilmiş sarğı vardı.
– Yaralanmamısınız ki? – mən ondan soruşdum.
– Xeyr. Qətiyyən.
– Siz başdan-ayağa islanmısınız. Mənə elə gəlir ki, paltarlarım sizin əyninizə gələr.
– Minnətdaram. Mən sizin geyimlərə öyrəşməmişəm. Paltarlarımı günəş əynimdəcə qurudacaq.
– Onda bizə gedib nahar edək.
– Sağ olun, az öncə yemişəm.
– Bəlkə, könlünüz şərab istəyər?
– Yox, sağ olun. Mən yalnız su içirəm.
Yeni tanışıma nə deyəcəyimi bilmirdim. O, təkliflərimdən imtina etsə də, məndən ayrılıb getmək istəyini də göstərmirdi. Bəs o nə gözləyirdi? Mükafatmı? Tez cibimdən pul kisəmi çıxarıb onun ovcuna qoydum. O, böyük narazılıqla dollarları suya fırladaraq:
– Mən sizdən pul istəməmişdim, – dedi.
Mən incidim, amma daha çox vicdan əzabı çəkdim. Tez nohura baş vurub əlimdən oraya düşmüş tüfəngi tapdım və onu metisə verdim. O gülümsədi və suyun dibinə baş vuraraq pul kisəmi tapıb gətirdi.
– Bu, qiyamət hədiyyədir, – deyə o, tüfəngi gözdən keçirə-keçirə dilləndi. – İndi biz hindularda, ağların dəyərləndirdiyi çox şey tapa bilməzsən, torpaqlarımızdan başqa! (O bunu xüsusi vurğu ilə dedi.) Bəlkə, siz patrondaş və mokasin götürəsiniz? Mayumi onları qiyamət düzəldir.
– Mayumi?
– Bacımı deyirəm. Mokasinlərdə ov etmək sizin geydiyiniz çəkmələrdə olduğundan qat-qat rahatdır.
“Mayumi! – öz-özümə dedim. – Füsunkar, naməlum ad! Doğrudanmı, bu, odur?”
Bir dəfə meşə cığırında qarşılaşdığım olduqca gözəl qız yadıma düşdü. Mən onu çiçəklərin açdığı yaşıl çəməndə gördüm. Ona baxmağa heç macal tapmamış yox oldu. Ancaq o zamandan bəri bu füsunkar xəyal arzularıma hakim kəsildi. Görəsən, həmin qız bu oğlanın bacısı idi?
– Sizin adınız nədir? – mən soruşdum.
– Ağlar məni mərhum atamın adı ilə – Pauel deyə çağırırlar. Atam ağ idi. Anam sağdır. Getmək vaxtıdır. Ancaq öncə sizə bir sual verməyimə icazə verin. Qullarınızın arasında ailənizə ədavət bəsləyən bədniyyət biri ola bilərmi?
– Deyəsən, beləsi var. Hər halda, ondan şübhələnmək üçün səbəblərim mövcuddur.
– Onun izlərini tanıya bilərsinizmi?
– Düşünürəm ki, tanıyaram.
– Onda mənimlə gedək!
– Ehtiyac yoxdur. Mən hər şeyi bilirəm. O, bacımı tələf etmək üçün alliqatoru buraya tovlayıb gətirib.
– Bunu necə bildiniz?
– Mən bax o qayanın arxasından hər şeyi gördüm. Bəs siz necə öyrəndiniz?
– Bataqlıqda ov edərkən izləri gördüm. İzlərdən şübhələndim və əkin yerini keçərək pöhrəliyə çatdım. Sizi nohurda gördüm. Demə, özümü vaxtında yetiribmişəm.
– Bəli, ən son anda, yoxsa yaramaz öz niyyətinə çatacaqdı. Ancaq o, cəzasını alacaq!
Sonra biz bir-birimizin əlini sıxıb sağollaşdıq.
Qəzəbdən od tutub yanırdım. Mənim zavallı, məsum bacım! Ona ziyan verməyə çalışan cinayətkar cəzasını yubanmadan almalıdır!
Lakin mən bilirdim ki, bu məsələni həll etmək atamın səlahiyyətində deyil. Bu cinayətin həlli ilə daha tələbkar hakimlər məşğul olmalıdırlar.
Evə yaxınlaşaraq atamı və qullara nəzarət edən adamı böyük talvarın altında gördüm. Alliqator ovçusu qoca Hikmen və bir neçə qonşu da burada idi. Mən səhər baş verənləri onlara danışdım. Təəccübdən hamı ildırım vurmuş kimi quruyub qalmışdı. Mənim dediklərimi təsdiqləyən və əlavələr edən şahid də tapıldı. Bu, Qara Cek idi.
Bu səhər o, Sarı Cekin uca palıdlardan birinə dırmaşdığını görmüşdü. Bu, məhz bacımla qulluqçusunun nohu-ra yollandıqları vaxt olmuşdu. Zənci ondan ağaca dır- maşmasının səbəbini soruşduqda o, ağaca qoza yığmaq üçün çıxdığını bildirmişdi. Halbuki ağacdan enəndə onun əlində bir dənə də olsun qoza yox imiş.
Bizim danışdıqlarımız hamını həyəcana gətirdi. Hər tərəfdən qışqırıqlar ucalırdı: “Hanı Sarı Cek?”
Onu portağallıqda və nohurun ətrafında axtarmağa başladılar. Ancaq hədər yerə. Sanki yer ayrılıb mulatı udmuşdu. Onda mənim ağlıma gəldi ki, qayaya dırmaşıb ətrafa göz gəzdirim. Qayaya çıxan kimi mən Sarı Cekin indiqo plantasiyası ilə sürünərək qaçmağa çalışdığını gördüm. Qayadan hoppanıb birbaşa təqibə atıldım. СКАЧАТЬ
8
Metis − hindularla ağdərililərin nikahı nəticəsində yaranmış qarışıq irqin ümumi adı
9
Mokasin − maral dərisindən düzəldilmiş ayaq geyimi