Dəniz kənarı ilə qaçan alabaş. Чингиз Айтматов
Чтение книги онлайн.

Читать онлайн книгу Dəniz kənarı ilə qaçan alabaş - Чингиз Айтматов страница 4

Название: Dəniz kənarı ilə qaçan alabaş

Автор: Чингиз Айтматов

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243413 

isbn:

СКАЧАТЬ daha başqa bağlama və paltarların üstündən adlayaraq qayıq boyunca yeriyib avarçəkənlərin yanından keçdikdə kişi tərini və kəskin tütün qoxusunu duydu. Atası dənizdə olanda onun köhnə kürkünü anasının götürüb qoxlamağı xoşladığı həmin ata paltarının qoxusunu hiss etdi…

      – Yanımda əyləş, – Orqan qabarlı əli ilə onun çiyninə toxunaraq yer göstərdi. – Sən, deyəsən, bir az qorxmusan, hə? Əvvəlcə qorxmamışdın, ancaq sonra…

      Kirisk pörtdü. Demək, qoca Orqan başa düşüb… Bununla belə, qəti etiraz etdi:

      – Yox-yox, atkıçx7, əsla qorxmamışam! Nədən qorxacağam?!

      – Axı birinci dəfədir ki, dənizdəsən.

      – Nə olsun ki, birinci dəfədir?! – Kirisk təslim olmadı. – Mən heç nədən qorxmuram.

      – Onda, əhsən sənə. Amma mən birinci dəfə dənizdə üzməyə başlayanda, çoxdankı əhvalatdır, boynuma alıram ki, bərk qorxmuşdum. Bir də baxanda görmüşdüm ki, sahil görünmür və Alabaş da harasa çıxıb gedib. Ətrafda yalnız dalğalardır. Evə getmək istədim. İstəyirsən, lap Əmrayinlə Mılğundan soruş, gör ilk dəfə dəniz ovuna çıxanda əhvalları necə olub?

      Cavabında onlar söhbəti duyurmuş kimi gülümsədilər, sinələrini kürəklərinin üzərinə gərərək başları ilə təsdiq etdilər.

      – Mənsə qorxmuram! – Kirisk dediyindən dönmədi.

      – Əgər belədirsə, onda əhsən! – Qoca dilləndi. – İndi isə mənə de görüm, Alabaş ha tərəfdə qaldı?

      Kirisk gözlənilməz sualdan fikrə getdi, sonra əlini irəli uzadaraq göstərdi:

      – Bax, orada!

      – Sən əminsən? Elə bil əlin əsir…

      Oğlan özünü ələ alıb bu dəfə sağ tərəfi göstərdi:

      – Bax, orada!

      – Hə, bax indi dəqiq oldu! – deyə Orqan razılaşdı. –Bəs əgər qayıq burnunu bu tərəfə döndərsə, onda Alabaş harada olar?

      – Orada!

      – Bəs əgər külək bizi o tərəfə döndərsə?

      – Onda orada!

      – Yaxşı, indi isə de görüm, bunu necə təyin edirsən, axı ətrafda gözə heç nə görünmür, hər yan sudur? İzah edə bilərsənmi? – Orqan soruşdu.

      – Mənim başqa gözlərim də var, – deyə Kirisk cavab verdi.

      – O nə gözdür elə?

      – Bilmirəm. O gözlər, yəqin, mənim qarnımdadır və onlar baxmaya-baxmaya görürlər.

      Onun bu cavabı hamını güldürdü.

      – O da düzdür, – Orqan dedi. – Belə gözlər var. Ancaq onlar qarında yox, başda olur.

      – Mənimsə qarnımdadır. – Kirisk belə bir gözün başda olması ilə artıq razılaşmış olsa da, öz dediyində durdu.

      Bir müddət keçdikdən sonra qoca Kiriski yenidən imtahana çəkdi və bu dəfə onun dənizin səmtlərini yadda saxlamağı bacardığına tam əmin oldu. Burnunun altında mızıldandı:

      – Hə, qarnındakı gözlər pis deyil.

      Tərifdən xoşallanmış Kirisk özlüyündə Alabaşın yerini müəyyən etməyə davam edirdi. O, Alabaşı gö-zünün önünə gətirərək onu əhatə edən başqa kiçik dağlar haqqında fikirləşməyə bilmir və qeyri-ixtiyari olaraq evlərini yadına salırdı. Onun gözünün qabağına sahil boyu uzanan dağlar arasında balaca bir vadi gəlirdi. Meşə kənarındakı o vadidə isə çayın sahilində yerləşmiş köçəri düşərgəsindən səslər gəlirdi, tonqalların tüstüsü havaya qalxırdı. Anası ilə bacısı Psulk da or-daydı. Anası, yəqin ki, onun, atasının və dənizdə olan ovçuların hamısının fikrini çəkir. Amma qorxur ki, cinlər onun fikirlərini başa düşərlər, onun qorxduğundan agah olarlar. Onun haqqında fikirləşən başqa bir adam varsa da, bu, şübhəsiz, Muzlukdur. Muzluk, ola bilsin ki, indi Psulkun yanına oynamağa gəlib.

      Qayıq dalğalara ehmalca baş vura-vura öz qaydasınca üzürdü. Nivxlər günortadan sonra birinci adacıq olan Kiçik Əmcəyə çatmağı və orada ova başlamağı nəzərdə tutmuşdular. Sonra onlar qaranlıq çökməmiş ikinci adacığa – Orta Əmcəyə üzməli və sahilində qayığı saxlamaq üçün əlverişli yer olduğuna görə elə orada gecələməli idilər. Səhər tezdən isə yenə də dənizə çıxmalı, birdəfəyə üç iri nerpa tuta bilsələr, yubanmadan geriyə istiqamətlənməli idilər. Aydındır ki, dənizi nə qədər tez tərk etsən, bir o qədər yaxşıdır. Qoca Orqan bütün bunları nəzərə almışdı. Onun köməkçiləri – Əmrayin və Mılğun da Üçəmcəyə birinci dəfə getmirdilər. Özləri hər şeyi əla bilirdilər.

      Qoca Orqan dəniz səfərlərinə yalnız ehtiyac üzündən deyil, həm də dəniz onu hər zaman özünə çəkdiyi üçün çıxırdı. Dənizin ənginlikləri qocanı dərin xəyallara daldırırdı. Dənizdə heç nə ona öz aləminə qapılmağa mane olmurdu. Quruda gündəlik qayğılar arasında fikirləşməyə vaxt tapmadığı hər şey haqqında dənizdə yaxşı-yaxşı düşünməyə imkan var idi. Burada heç nə Orqanı böyük düşüncələrdən yayındırmırdı. Burada o özünü dənizə və səmaya yaxın hiss edirdi.

      O anlayırdı ki, sonsuz dənizlə müqayisədə qayıqda olan insan heç nədir. Lakin insan düşünür, özü də bununla dəniz və səma böyüklüyü kəsb edir, bununla da, əbədi fəlakətlər müqabilində özünü təsdiq edir; bununla da, o, dünyaların dərinliyi və ucalığı fövqündə dayanır. Elə buna görə də nə qədər ki insan sağdır, o, ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, çünki onun düşüncəsinin həddi-hüdudu yoxdur. O öləndən sonra isə davamını bir başqası düşünəcək, ondan sonra daha bir başqası və bu beləcə davam edəcək.

      O başa düşürdü ki, ölüm labüddür. Bilirdi ki, ölümlə hər şey bitəcək. Bununla belə, inanırdı ki, qəlbindəki ən əziz şey – Balıq-qadın haqqındakı ülvi yuxuları ölümündən sonra da onunla birlikdə qalacaq. O öz yuxularını başqasına verə bilməzdi, yuxular verilmir və buna görə də belə hesab edirdi ki, onlar izsiz olaraq yoxa çıxa bilməz… Ulu Balıq-qadın ölməzdir, deməli, onun haqqında olan yuxular da ölməz olmalıdır.

      O, dənizdə ikən bu barədə tez-tez düşünərdi. Xeyli susardı, yol yoldaşları ilə heç bir söhbətə qoşulmayaraq öz aləminə qapılardı. O, dənizə baxa-baxa kiməsə müraciətlə yalnız bir şeyi xahiş edərdi: Ulu Balıq-qadın haqqında yuxuları onunla qalsın. Sonra da Balıq-qadınla bağlı yuxularını bir-bir xatırlayardı…

      …Çox СКАЧАТЬ



<p>7</p>

Atkıçx – baba