Название: Uzaq sahillərdə
Автор: Имран Касумов
Издательство: Altun Kitab
Серия: Azərbaycan ədəbiyyatı
isbn: 9789952245042
isbn:
Bakıya boş əllə qayıtmağa utanırdı. Tanışları ona xarici dillər fakültəsini tərifləyirdi. Sənədlərini verib Leninqrad Pedaqoji Xarici Dillər İnstitutuna daxil oldu. Birinci kursdan sözləri elə təmiz tələffüz etməyə başladı ki, müəllim və professorlar heyrətdə qaldılar. O, institutun «Linqvist» divar qəzetinin redaktoru oldu. Tərtib etdiyi qəzetlər şəhər baxışında dəfələrlə birinci mükafat aldı. İndi hər kəs onu leninqradlı hesab edirdi…
Mehdi tez-tez muzeylərə, Peterhofa, Ermitaja gedir, saatlarla sənət əsərlərinə tamaşa edirdi. O, gec-tez rəssamlığa qayıtmağı arzulayırdı… Ancaq institutda da vaxtını boş yerə keçirməmişdi. Fransız, ispan və alman dillərini mükəmməl öyrənmişdi.
1941-ci il gəldi. Mehdi müharibəyə Stalinqrad cəbhəsində girdi. Qızğın döyüşlərin birində onların hissəsi mühasirəyə düşdü. Mehdi ağır yaralanmışdı, lakin yenə də döyüşürdü. Mühasirə halqası daraldıqda, daha doğrusu, düşmənləri beş addımlıq məsafədə gördükdə avtomatın lüləsini sinəsinə dayayıb tətiyi çəkdi… Onun gözləri qaraldı, ətrafa məzar sükutu çökdü. Özünə gəlib gözlərini açanda tanımadığı bir yerdə uzandığını gördü. Hər tərəf almanlarla dolu idi. Mehdi onların addım səslərini, verdikləri əmrləri eşidirdi. Ətrafdakı yaralılar zarıyırdılar… Solğun bənizli, yorğun bir qadın onun başı üstündə dayanıb yarasına yaş dəsmal qoyurdu…
Mehdi xırıltılı bir səslə soruşdu: «Mən haradayam?»
«Olmaz… – qadın astadan cavab verdi. – Bura yaxşı deyil, burada lazımdır sakit…»
Qadın rusca yaxşı danışa bilmirdi. Sonralar Mehdi onun polşalı olduğunu öyrəndi. Onlar həbs düşərgəsində idilər. «Mənim üçün bir az zəhər tap…» – Mehdi xahiş etdi.
Qadın isə eyni sözləri təkrar edirdi: «Olmaz… Olmaz… Sakit lazımdır…»
Mehdinin yarası sağaldıqca onu tez-tez dindirməyə aparırdılar. İstintaq zamanı deyirdi ki, ağır yaradan sonra hafizəsi pozulub. Alman dilini çox gözəl bildiyi üçün faşistlər onu siyahıya alıb nəzarət altında saxlayırdılar. Mehdi özünü onların yanında sərbəst aparırdı, faşistlərdən çəkinmirdi. O, ölümə nifrət bəsləyirdi, indiki həyatını isə ölümdən də betər hesab edirdi. Buna görə də heç bir şeydən çəkinmir, faşistlərlə təkəbbürlə danışırdı…
Sergey Nikolayeviçin səsi onu xəyallardan ayırdı:
– Bilirsən, Karranti sənin qonağını güllələyib.
– Niyə?
– Guya sənin qonağın ona az qala bir milyona qədər pul təklif edib. Deyirmiş ki, pulu alıb bizi 11-ci kvadrata aparsın. Qonaq planının pozulduğunu görəndə qaçmaq fikrinə düşüb. Bərk bir şeylə Karrantini vurub. O da qonağını öldürüb.
– Karranti yaralıdır?
– Hə, başından, yüngülcə… Məsələ ondadır ki, Ferrero «P» yoldaşdan almanların 11-ci kvadrata cəza diviziyası göndərəcəyi haqqında məlumat alıb.
– Deməli, Karranti doğru deyir?
– Belə çıxır ki, doğru deyir.
Sergey Nikolayeviç qalxıb getməyə hazırlaşdı.
– Daha gecdir, sabah əməliyyata gedəcəyik.
– Mən də sizinlə gedəcəyəm, – Mehdi qəti səslə bildirdi.
– Yox, sən dincəl.
– Mənə inanmırsınız, Sergey Nikolayeviç? – Mehdi gülümsündü. – Qorxursunuz, əməliyyatı korlayam!
– Sənə inanıram, Mehdi. Hamıdan çox sənə inanıram. Məhz ona görə də burada qalmalısan. Karranti də burada qalacaq. Başa düşürsən?
– Aydındır, Sergey Nikolayeviç, – Mehdi cavab verdi. – Demək, siz Karrantidən şübhələnirsiniz?
– Bəli, amerikalının başına gələn hadisənin arxasında nə gizləndiyini gərək aydınlaşdıraq.
– Karranti onun yanında nə üçün qaldığımı başa düşməzmi? Axı yaxşı bilir ki, böyük əməliyyatlara gedəndə məni həmişə özünüzlə aparırsınız.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Marka – Almaniyada pul vahidi
2
Müqəddəs Madonna – burada: İsa peyğəmbərin anası sayılan Məryəmə verilən ad
3
Vestibül – ictimai binaların (məs.: muzey, teatr və s.) girişində geniş yer
4
Holl – ictimai binalarda istirahət və ya gözləmə üçün böyük otaq, zal, salon
5
Kadet – orta təhsil verən, eyni zamanda gəncləri hərbi karyeraya hazırlamaq məqsədi güdən qapalı tipli ibtidai hərbi məktəbin tələbəsi
6
Gestapo – Hitler Almaniyasında gizli polis
7
Pruss – burada: keçmiş alman əyaləti Prussiyada doğulmuş və ya СКАЧАТЬ