Hekayələr. Чингиз Айтматов
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Чингиз Айтматов страница 5

Название: Hekayələr

Автор: Чингиз Айтматов

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242058 

isbn:

СКАЧАТЬ ilə torpağı eşərək yerində dövrə vurdu və təpəyə qalxa bilməyib dayandı, radiatoru göyə qalxdı və yerindəcə donub-qaldı. Nurbekin qan beyninə vurdu: “Nə etməli? Tez sürəti dəyiş! Hə! İndi də mühərrik söndü. Daha nə edə bilərəm?!”

      Amma artıq gec idi. Birdən traktor geri hərəkət etdi, kotanı altına alıb şaqqıltı ilə əzdi və çevrilməyə başladı, Nurbek özünü kabinədən bayıra atdı. Sonra hər şey bir anda baş verdi. Traktor dərəaşağı diyirlənməyə başladı və get-gedə ağlasığmaz dərəcədə sürətini artırdı. Enişin sonunda o, sərt bir qayaya çırpıldı və dəhşətli bir gurultu qopardı.

      – A-a-a! – Nurbek qışqırdı, ancaq öz səsini özü belə eşitmədi. Metal traktor daş qayaya çırpılarkən qığılcım qopdu, qayadan qopan daş parçaları və traktordan ayrılan dəmir parçaları ətrafa səpələndi, torpaq lərzəyə gəldi və tez də hər şey yatdı, dərəyə zülmət qaranlıq çökdü.

      Nurbek ayaqyalın, başıaçıq, bircə alt paltarında, əllərində fənər hadisə yerinə qaçan insanları gördü. Onu titrətmə tutdu, sanki yer ayaqları altından qaçmağa başladı. İnsanlar isə artıq ora yaxınlaşmışdılar, ətrafı həyəcanlı səslər bürümüşdü.

      – Nahaq özümü kabinədən bayıra atdım, – Nurbek dəhşət içində pıçıldadı. – Gərək traktorla birlikdə mən də əziləydim!

      O özündə-sözündə deyildi, çaşıb-qalmışdı, nə edəcəyini bilmirdi, birdən yerindən götürüldü və hara gəldi qaçmağa başladı.

      Nurbek ətrafına boylanmağa qorxurdu. O, başını çiyinlərinə qısaraq onu əlləri ilə örtdü, ayaqları bir-birinə dolaşdı və yerə sərildi, amma tez də tərpənib dovşan kimi qaçmağa başladı.

      “Tez tərpən! Bir az da ayaqlı ol! Onlar özlərini çatdıracaqlar… Eşidirsən nə deyirlər: “Tutun, tutun canini! Qoymayın qaçsın!..”

      Nurbek var gücü ilə qaçırdı, heç nəyə baxmadan, heç nəyə fikir vermədən… Ancaq elə bil zəhrimara qalmış ayaqlarına qurğuşun bağlamışdılar, yerdən qoparmaq olmurdu, onlar qamçı kimi bir-birinə dolaşırdı, bir yandan da nəfəsi təngiyirdi, havası çatmırdı elə bil, içərisi od tutub yanırdı. Nurbek yaxalığını dartıb qopartdı.

* * *

      Səhər tezdən səmada iki qartal göründü. Onlar hərdənbir könülsüz-könülsüz qanad çalır, sonra havada uzun-uzadı dövrə vururdular. Quşlar sərt qanadlarını yelləyərək havada azadə süzürdülər.

      Bu hüdudu bilinməyən səmada yalnız qartallar hökmranlıq edirlər. Onlar da hökm sahibləri kimi özlərini ağır, ciddi və təmkinli aparırlar. Qartalların qanadları altına nə desən sığır: dağlar, dərələr, çaylar, qarla örtülü düzəngahlar… Onlar yer üzərində baş verənlərin hamısını bütün dəqiqliyi ilə görürlər.

      Budur, dərənin lap dibində oyuncağa oxşar nəsə bir fiqur göründü.

      “… İnsan! Bir bax, bu insandır!” – qartallardan biri qaqqıldadı. “Görürəm, bu, doğrudan da insandır!” – ikinci qartal cavab verdi.

      Düzdür, insan peyda olmuşdu, ancaq qartallar özlərini o yerə qoymayıb etinasızcasına havada cövlan edirdilər. Bu insan onları qətiyyən narahat eləmirdi. Bəyəm bu məxluq onların yuvalarını dağıda bilərdi? Xeyr, bu adam özü öz kölgəsindən qorxur: o ya qaçaqdır, ya da yolunu azmış bədbəxtin biridir. Bunu adamın inamsız addımlarından, qorxu dolmuş gözlərindən, səksəkəli baxışlarından o saat bilmək olurdu. O, tez-tez nigarançılıqla ətrafa boylanır, tərəddüd edib dayanır, yerindəcə donub-qalırdı. Bəyəm bu insan övladı sıldırım qayaların başındakı əlçatmaz yuvaya qalxa bilərdi? Onda o güc, o iradə nə gəzirdi ki, qartallarla əlbəyaxa döyüşə girsin! Məgər məqsədinə çatmaq naminə bu insan özündə güc tapıb onlarla döş-döşə gəlməyə qadir ola bilərdi? Yox, qartal yuvasına əl uzatmaq üçün gərək özün də qorxubilməz qartal olasan! Hətta belə olan halda da kimin qalib gələcəyi açıq döyüşdə bilinəcək. Qartallar üzbəsurət döyüşü sevirlər. Düşmən yuvalarına doğru sürünəndə onlar qışqırırlar: “Dayan! Geri dön!” Sonra qəzəbli bir qaqqıltı eşidilir: “Hazır ol!” Daha sonra isə qartal səmadan qaya parçası kimi üzüaşağı şığıyır. Havanı vıyıltı ilə yararaq caynaqlarını düşmənin sinəsinə pərçimləyib onu dərənin dibinə yuvarlayır. Sonra isə uzun müddət qartallar yuvalarının üzərində cövlan edir, beləcə, gah sevinclə, gah nifrətlə, gah da təəssüflə səmada qıy vururlar…

      Bu insan oğlu isə belə bir döyüş haqda fikirləşmirdi də, elə isə qoy öz yoluyla çıxıb getsin.

      Günortaüstü adam artıq böyük aşırımın başına gəlib çatmışdı. Qartallar elə ki gördülər insan oğlu oradan uzaqlaşdı və bir azdan gözdən itəcək, onlardan biri qaqqıldadı: “İnsan getdi!..” İkinci qartal ona qısaca cavab verdi: “Getdi”.

6

      Nurbek aşırıma gəlib çatana kimi tamam əldən düşmüşdü. O, indiyəcən insan ayağı dəyməmiş qalın qar örtüyünün üstü ilə irəliləyirdi. Aşırımda güclü və soyuq külək əsirdi. Artıq bir sutka olardı ki, dilinə heç nə dəyməmişdi. Aşağılara enmək lazım idi, bəlkə, oralarda çobanların yaşadığı alaçıqlara rast gələ bilərdi. Aşırımdan dağın mənzərəsi ovuc içi kimi görünürdü. Aşağılarda, dərənin lap dibi ilə böyük bir çay axırdı. Ancaq heç bir yaşayış nişanəsi gözə dəymirdi. Nurbek taqətsiz halda bir daşın üstündə oturdu və əlləri ilə üzünü örtdü. “Bu vəhşilər yaşayan dağlarda, ucqar qayalıqlarda insan nə gəzir? – Nurbek fikirləşdi. – Yalnız mənim kimi axmaqlar bu cür yaşaya bilər!” – O, başını bir az da aşağı saldı və gözlərini yumdu…

      Külək güclü əsəndə ocağı ya daha da alovlandırar, ya da tamam söndürər. Əzəlki Nurbek sönmüşdü. İndiki Nurbek isə bir tikə çörəyə həsrət qalmış qaçaq idi, indi o, sakit bir yer tapıb ocaq qalamaq, canını qızdırmaq istəyirdi.

      “… Mənim Aynagülümün dayısının yaşadığı rayona nə vaxta gedib çata bilərəm? – Nurbek fikirləşdi. – Deyirdilər ki, bu aşırımdan o yana ikigünlük yoldur. Ondan borc olaraq yolpulu götürərdim, şəhərə gedib Aynagülə and-aman edərdim ki, bir də “xam torpaq” sözünü dilimə almayacam!”

      Nurbek yerindən durdu və çaya tərəf hərəkət etdi. Aşırımın yüksəkliyindən yol əl içi kimi görünürdü. Ancaq bir az keçmiş Nurbek özünü sal qayalarla əhatə olunmuş bir yerdə gördü; ətrafda daşlardan başqa heç nə gözə dəymirdi. Nurbekin canına qorxu düşdü. O bu daşlı dərədən qaçıb canını qurtarmaq üçün addımlarını yeyinlətdi. Tezliklə ətrafa qaranlıq çökdü, sanki gecə düşmüşdü. Nurbek başını qaldıranda başının üzərində alçaqda toparlanmış qara buludlar gördü. O, bir az da sürətlə yeriməyə başladı. Şimşək çaxdı və daşların üzərinə iri, ağır yağış damcıları düşməyə başladı. Ardınca soyuq və sərt külək qopdu, sonra dolu yağmağa başladı. Dərələri sel başına СКАЧАТЬ